“MTN işi” ilə bağlı ictimaiiyəti ən çox düşündürən sual, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə hələ də məsuliyyətə cəlb olunmamasıdır Mediada bununla bağlı müxtəlif məlumat lar yayılıb , mülahizələr irəli sürülüb. Bu günlərdə isə məlum olub ki, Eldar Mahmudovun məsuliyyətə cəlb olunmaması bir yana keçmiş naziri istintaqa çağırmaq da mümkün deyil. “Gündəm Xəbər”in məlumatına görə, gununsesi.info saytının yaydığı məlumatda iddia olunur ki, bir neçə gün əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Eldar Mahmudova telefon açaraq onu istintaqa dəvət edib. Keçmiş nazir isə müstəntiqin çağırışına sərt reaksiya verib, hətta onu aşağılamaqdan belə çəkinməyib. “Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb. Məlumatda o da bildirilir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb. Eldar Mahmudovun bu addımını hakimiyyətə meydan oxumaq kimi dəyərləndirmək olar. Bəs Eldar Mahmudovu belə güclü edən səbəb nədir? Əelyhinə çoxsaylı faktların olmasına rəğmən keçmiş nazirin istintaqı saya salmamaq cəsarəti haradan qaynaqlanır? Hələ “MTN işi”nin ilk günlərində Eldar Mahmudovun həbs olunmayacağı barədə iddialar sürülürdü. Bu iddia keçmiş nazirin hakimiyyətin hətta ən nüfuzlu məmurları barədə kompromatlara malik olması ilə əsaslandırılırdı. Lakin ortada hər hansı fakt olmadığından deyilənlər ciddi qəbul olunmurdu. Bir müddət keçdikdən sonra isə dövriyyəyə belə bir məlumat buraxıldı ki, Eldar Mahmudovun əlində 2300 ədəd kompromat tipli videokaset var. Daha sonra mediada maliyyə naziri Samir Şərifovun üç tərəfli agent olması kompromaterial yayımlandı. Beləliklə, Eldar Mahmudovun doğrudan da hansısa ciddi materiallara malik olması barədə ehtimallar yenidən gündəmə gəldi. Eldar Mahmudovun istintaqa saymazlığı isə bu ehtimalları bir qədər də möhkəmləndirir.
Sorğu
Yeni dizaynımız necədir?