GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vidadi Zeynalovdan ittihamedici şok açıqlamalar

Vidadi Zeynalovdan ittihamedici şok açıqlamalar

Tarix: 15-12-2016, 00:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 693
Vidadi Zeynalovdan ittihamedici şok açıqlamalar

Vidadi Zeynalov: “Əli Abbasovun göstərişi ilə MTN-nin Teymur adlı rəisinə 50 min, Sübhahir adlı rəisinə 100 min göndərmişəm”
“153 milyon manat pulun mənimsənilməsi Əli Abbasov və İltimas Məmmədovun təşkilatçılığı həyata keçirilib”
Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun vəkilləri vəsatətlə çıxış edib. Onlar proses başlanan kimi bildiriblər ki, müdafiə etdikləri Vidadi Zeynalov bütün təqsirləndirilən şəxslər dindiriləndən sonra ifadə verəcək. Hakimlər də Vidadi Zeynalovun bu vəsatətini müsbət qarşılıyıblar.
Buna görə də dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını oxuyandan sonra ilk olaraq Vidadi Zeynalovun dindirilməsi ilə yox, digər təqsirləndirilən şəxslərin dindirilməsi ilə başladılar.
Artıq bütün təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Bunu görən Vidadi Zeynalovun vəkilləri yenə də məhkəməyə təklif ediblər. Dekabrın 9-da keçirilən prosesdə vəkilləri bildiriblər ki, Vidadi Zeynalov iş üzrə bütün şahidlər dindiriləndən sonra ifadə verəcək. Vəkillərin bu təklifinə hakimlər müsbət cavab verməyiblər. Bildiriblər ki, dekabrın 14-də keçirilən prosesdə Vidadi Zeynalova ifadə vermək təklif olunacaq. Vidadi Zeynalovun ifadəsi məhkəmədə böyük həcimli və maraqlı olması gözlənilir. Onun istintaqa verdiyi ifadəsində də bir sıra maraqlı məqamlar var. Buna görə də onun istintaqa verdiyi ifadəsini oxucularımıza təqdim edirik.
“500.000-600.000 manatməbləğindəpulverib”
Vidadi Zeynalov istintaqa verdiyi ifadəsində özünü elanolunmuşittihamüzrətəqsirlibilib. O, ifadəsində göstəribki, 2004-cüildənRabitəvəYüksəkTexnologiyalarNazirliyininAparatrəhbərivəzifəsindəişləyib: “Özümünvəailəüzvləriminadınaheçbirözəlşirkətiyoxdur, yalnızqohumumunadına “ PLZ”adlıözəltəşkilatvar, həmintəşkilatisətikintivəturizmsahəsindəfəaliyyətgöstərir.RabitəvəYüksəkTexnologiyalarNazirliyində 2 birlik, 5 MMCvə 3 idarəfəaliyyətgöstərir.BakıTelefonRabitəsiİstehsalatBirliyi nazirliyinstrukturunadaxilolanbirlikdənbiridir.HəminnazirlikdəAparatrəhbərivəzifəsindəişlədiyimdövrdənazirƏliAbbasovtərəfindənqoyulmuşqaydaya,dahadoğursuhəminbirliyinbaşdirektoruBeytullaHüseynovaverdiyi tapşırığaəsasənsonuncuhəray,əvvəllər, yəni 2009-cuildəayda 200.000 manat, birliynistrukturuna internetsistemidaxilolduqdanvəbusəbəbdəndəbirliyingəlirləriartdığından 2012-ciildəaylıqolaraq300.000 manat, bəzihallardaisə, yənihəminilinyanvar-
fevralaylarındaabonentləraylıqabunəhaqqınıilkinolaraqbirdəfəyəödədiklərihallarda 500.000-600.000manatməbləğindəpulverib”.
“Tərtib etdiyim məlumatı ƏliAbbasovavermişəm”
Vidadi Zeynalov qeyd edib ki, hərayınsonunda, adətənayınson 28-cigünündənnövbətiayın 2-3-nəkimiolanmüddətdəbirliyindirektoruBeytullaHüseynovnazirƏliAbbasovunqəbulunagedib: “Beytulla Hüseynov birliyingəlirləri, verəcəyipulunmiqdarıbarədənaziri məlmatlandırıb, bundansonra,yəninazirinyanındançıxaraq mənimləgörüşübvəbirliyinbaşmühasibiAnarMustafayevinmənimlə əlaqəsaxlayacağınıbildirib. BundansonrabirliyinbaşmühasibiAnarMustafayevyanınagəlməkistədiyinideyib. Razılığımı alandan sonra Anar Mustafayev yanınagəlib. O, qeydetdiyimmiqdardapulvəsaitinivəhəminpulunmiqdarıbarədəyazılıqeydlərimənə verib. Həminqeydlərəsasındabirliyingəlirvəxərclərinihesablayaraq ümumiməlumattərtibetmişəm və həmin tərtib etdiyim məlumatı ƏliAbbasovavermişəm. Aldığımpuluisəxidmətiotağımdaolandəmirseyfdəsaxlamışam,yazılıqeydiyyatınıisəkağızkəsənaparatdaməhvetmişəm”.
Vidadi Zeynalov ifadəsinə görə, aylıq pul verənlər əsasən BTRİB və “Aztelekom” MMC olub: “Lakin nazirliyin digər strukturları, o cümlədən “Azərpoçt” MMC-dən hər ay təqribən 50.000 manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50.000 manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən (hazırda “Azintelekom” MMC adlanır) isə 220.000-240.000 manat məbləğində pul verilib. Lakin həmin struktur bölmələri həmin məbləğləri mütəmadi olaraq verməyib, yəni elə vaxtlar olub ki,
həmin struktur bölmələrində gəlirlər olmayıb, buna görə də onlar aylıq pul verməyib”.
“İdarələrə ayda 50.000-100.000 manat pul qalıb”
Vidadi Zeynalov bildirib ki, bundan əlavə qoyulmuş qaydalara görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib, BTRİB və “Aztelekom” MMC üzrə isə verilən aylıq puldan onlara verilməyib: “Belə ki, onların fəaliyyət sahəsi nisbətən geniş olub, müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50.000-100.000 manat pul qalıb. “Aztelekom” MMC-dən hər ay pulu cəmiyyətin direktoru Məmməd Məmmədov və ya onun Qulu adlı köməkçisi, həmçinin cəmiyyətin baş mühasibi Oqtay adlı şəxs verib”.
“Nazirin müavinlərin hər ay 30.000 manat pul verilib”
Vidadi Zeynalov ifadəsində həmçinin göstərib ki, qeyd olunan ödənişlərlə bağlı hər birliyin və idarənin rəhbəri nazirə əvvəlcədən məlumat verib və verəcəkləri pulun miqdarını onunla razılaşdırıblar: “Nazirin özü tərəfindən razılaşdırılmış qaydaya görə məndə toplanan pul vəsaitlərini onun göstərişi və müəyyən etdiyi qaydada paylanıb, o cümlədən nazirin tapşırığı ilə bir il yarım ərzində həmin puldan hər ay 50.000 ABŞ dolları pulu MTN-nin Monitorinq Xidmətinin rəisi Teymur adlı soyadını xatırlamadığımşəxsə adını xatırlamadığı sürücüsünün, 2011-ci ildən başlayaraq isə 100.000 ABŞ dolları pulu isə həmin nazirliyin kuratoru familiyasını xatırlamadığı Sübahir adlı şəxsə sürücüsı Ramin adlı şəxsin vasitəsi ilə göndərmişəm. Bundan əlavə hər ay toplanan puldan 200.000-300.000 manat pulu nazirin özünün şəxsi işlərinə sərf olunması üçün onun özünə vermişəm, 520.000 manat pul isə “konvert” şəklində nazirliyin şöbə rəisləri vasitəsi ilə nazirliyin əməkdaşlarına paylanılmışıq. Təxminən 50.000 manat
pul digər xərclərə, o cümlədən bayram şənliklərinə, qonaqlara hədiyyə aldınmasına və başqa xərclərə sərf olunub.Bundan əlavə həmin puldan hər ay əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat pul mənə ayrılıb və mənə verilib. Nazir müavinlərinə ayda əvvəllər 15000-20000 manat, son iki ildə isə hər birinə 30.000 manat pul verilib”.
“153 milyon manatın mənimsənilməsi Əli Abbasovun təşkilatçılığı ilə həyata keçirilib”
Vidadi Zeynalov 22 avqust 2016-cı il tarixdə ona Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29.179.3.2, 308.2 və 313-cü maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ona elan edilmiş ittihamda göstərilən 153 milyon manat pulun mənimsənilməsi və israf edilməsi faktiki olaraq keçmiş nazir Əli Abbasov və nazirin birinci müavin İltimas Məmmədovun təşkilatçılığı, faktiki rəhbərliyi ilə həyata keçirilib: “Nazirliyin Aparat rəhbəri kimi işlərin görülməsinə və mal-materialların alımasına qarışmamışam. Bununla bağlı hər hansı bir sənədə imza etməmişəm, o cümlədən işlərin görülməsi və mal-materialların alınması ilə bağlı kotirovka sorğularının təşkili və keçirilməsi qaydaları aparat rəhbəri kimi səlahiyyətimə aid olmayıb”.
“Gətirilən pulları saymamışam”
Belə ki, istintaq zamanı təqsirləndirilən Vidadi Zeynalov “Aztelekom” MMC epizodu üzrə 2 noyabr 2015-ci il tarixli ifadəsində göstərib ki, “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan təşkilatlardan biri olub: “Əli Abbasov tərəfindən “Aztelekom” MMC-nin Baş direktoru Məhəmməd Məmmədova tapşırıq verilib ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500000 manat pul versin. Ona görə də 2009-cu ildən başlayaraq “Aztelekom” MMC-dən
aylıq “stabil” olaraq mənə 500000 manat pul gətirilib verilib. Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirib. Qulu çox az-az gəlib, belə ki, Məhəmmədin işi olduqda, ya Oktay olmadıqda pulu Qulu gətirib. Hər ayın sonunda, bir qayda olaraq ayın son 28-i günündən növbəti ayın 2-3-nə kimi olan müddətdə “Aztelekom” MMC-nin Baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib və birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırıb. Bildiyimə görə birliyin direktoru nazirə gəlirlərini və gətirilib veriləcək məbləği bildirib. Çünki birliyin direktoru nazirin qəbulundan çıxandan sonra mənim yanına gəlib. O nazirlə görüşdüyünü və birliyin baş mühasibi Oktayın mənimlə əlaqə saxlayacağını deyib. Bundan sonra isə birliyin baş mühasibi Oktay Rüstəmov mənə zəng edərək gəlmək istədiyini bildirib. Razılıq verdikdən sonra o çanta ilə yanıma gəlib və qeyd etdiyim miqarda pulu mənə verib. Heç vaxt gətirlən pulları saymamışam. Çünki onlar “paçka” şəklində və bağlanmış vəziyyətdə olub, pulun məbləğinin düz olduğuna inanmışam”.
“Mənə aylıq 200000 manat pul verilib”
Vidadi Zeynalovun ifadəsinə görə, 2009-cu ildən başlayaraq 2013-cü ilin aprel ayına kimi “stabil” olaraq “Aztelekom” MMC-dən aylıq 500000 manat gətirilib: “2014-cü ildən başlayaraq isə mənə aylıq 200000 manat pul verilib. “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova verdiyi pullardan başqa aylıq 50.000 manat pul qalıb. Eşitdiyimə görə Məhəmməd Məmmədov baş mühasibi Oktay Rüstəmova aylıq 3000 manat, köməçisi Quluya 1000 manat, digər müavinlərinə isə aylıq 1000-2000 manat arası pul verib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qrumları kimi “Aztelekom” MMC-də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri üvafiq sənədlərdə yüksək göstərilmək yolu əldə etdiyi vəsaitin bir
hissəsini mənə verib. “Aztelekom” MMC-nin tabeçiliyində olan telekommunikasiya qovuşağından 2009-2015-ci illər ərzində vəsaitlər köçürülmüş “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-i Namazalı Məmmədova, “Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova “P.L.Z” MMC dostu Mahmuda məxsus olub”.
“Pulun məbləği dəqiq yadımda qalmayıb”
İstintaq üçün zəruri olduğundan təqsirləndirilən şəxs Vidadi Zeynalov əlavə dindirilərkən əvvəlki ifadəsini təsdiq edib və göstərib ki, “Azərpoçt” MMC işlədiyi nazirliyin tabeçiliyində olan qurumlardan biridir: “Həmin MMC əvvəllər dövlət müəssisəsi olub və sonradan MMC-yə çevrilib. MMC-nin baş direktoru Qənbər Bəybalayev, onun müavinlər Sübhan Kazımov, Nazim Süleymanov və Rəsul Bayramovdur. Nazirliyin digər qurumları kimi, “Azərpoçt” MMC-dən də pul almışıq. Həmin pul vəsaitini mənə əksər hallarda həmin MMC-nin direktoru Qənbər Bəybalayev və baş mühasib Vüqar Əfəndiyev təqdim edib. Pulun mənə verilməsinin mexanizmi barədə göstərmişəm ki, “Azərpoçt” MMC rentabelli, yəni gəlirli qurum deyildir. Buna görə də həmin MMC üçün avadanlıqların alınması, yeni binaların tikilməsi və təmiri üçün nazirliyin digər rentabelli təşkilatlarından nazirliyin məktubu əsasında qaytarmaq şərti ilə pul vəsaiti köçürülüb, pul vəsaitinin məbləği mütəmadi xarakter daşımayıb. Ona görə də pulun məbləği dəqiq yadımda qalamayıb.
Lakin, 2009-2015-ci illərdə bu qaydada pul köçürmələri olub. Həmin pul vəsaiti ayrılmamışdan əvvəl özüm Qənbər Bəybalayev və ya baş mühasib Vüqar Əfəndiyevə tapşırıq vermişdim ki, ayrılmış pul vəsaitini konkret şirkətlərin hesabına köçürsün, müəyyən hissəsini isə tikinti işlərinə xərcləsinlər.
Bundan başqa onlara tapşırmışdım ki, ayrılacaq pul vəsaitinin 30 faizini nağdlaşdıraraq mənə qaytarsınlar. Lakin, hər bir halda qeyd etdiyim 30 faiz alınmayıb. Çünki, bəzi şirkətlərlə razılıq bu qaydada olmamış və bir qisim şirkətlər pul verməmişdir. Bu qaydada hansı məbləğdə pul köçürüldüyünü və hansı ayırmalardan pul qaytarıldığını “Azərpoçt” MMC-nin rəhbərliyi tam dəqiqliyi ilə söyləyə bilər. Adətən baş mühasib Vüqar Əfəndiyev və Qənbər Bəybalayevlə danışmışam, pulu onlardan qəbul etmişəm”.
“Pulları necə böldüklərini bilməmişəm”
Vidadi Zeynalov daha sonra ifadəsinə göstərib ki, ayrılmış pul vəsaitinin 5 faiz hissəsi “Azərpoçt” MMC-nin rəhbərliyinə qalıb, yəni bu pul bu sahəyə baxan Sübhan Kazımova və Qənbər Bəybalayevə çatıb: “Onların pulu öz aralarında hansı qaydada böldüyünü isə bilməmişəm. Özümə verilən pulun hansı müəssisələrlə nağdılaşdırıldığını isə Vüqar, Sübhan və ya Qənbər bilib. Çünki, onlar həmin şirkətlərlə əlaqəli işləyiblər. Qənbər Bəybalayev və Sübhan Kazımova pul vəsaiti qalmaması ilə bağlı məlumatların doğru olmadığını, ayrılmış pul vəsaitinin 30 faizi mənə, 5 faizinin isə Qənbər Bəybalayev və digər işçilərə qaldığını, lakin, onların həmin pul vəsaitini necə böldüklərini bilməmişəm”.
“Nazirin adamlarından pul alınmayıb”
Bundan əlavə təqsirləndirilən şəxs qismində əlavə dindirilən Vidadi Zeynalov ifadəsində bildirib ki, onun pul vəsaiti alınan şirkətlərin adları deyil, nümayəndələri daha çox yadındadır: “Bu qaydada pul verən şəxslərdən Azər Namazov, Murtuz, Rafiq və İbrahimin adları yadımda qalıb. Onların da soyadlarını və atalarının adlarını unutmuşam. Həmin dövrdə konkret şəxslərlə işlədiyimdən şirkətlərin adlarını tam bilməmişəm. Şirkətlərin rəhbərləri barədə məlumatlar təqdim edilsə, onların hansı işləri gördüklərini və pul verib-vermədiklərini söyləyə bilərəm”.
Əlavə olaraq bildirib ki, həm “Azərpoçt” MMC, həm də digər qurumlarda nazir Əli Abbasovun yaxınlarının şirkətləri də işlər görüb və onlar nazirin yaxın adamları olduğundan onlardan pul alınmayıb.

Aslan

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Aztelekom”un baş direktoru da saxlanıldı

    “Aztelekom”un baş direktoru da saxlanıldı ...

    17-11-2015, 13:11

  • 
  • Əli Abbasov barəsində cinayət işi açıldı - RƏSMİ

    Əli Abbasov barəsində cinayət işi açıldı - RƏSMİ ...

    26-10-2016, 22:22

  • 
  • “AZTELEKOM”da KÜTLƏVİ HƏBSLƏR - Baş direktor və 12 nəfər saxlandı- SİYAHI

    “AZTELEKOM”da KÜTLƏVİ HƏBSLƏR - Baş direktor və ...

    18-11-2015, 16:07

  • 
  • Oktay Rüstəmovun həbs qoyulmuş mülkləri - Siyahı

    Oktay Rüstəmovun həbs qoyulmuş mülkləri - Siyahı ...

    30-11-2016, 13:45

  • 
  • “Aztelekom” MMC-nin sabiq baş direktorunun saxlanma şəraitindən narazılığı yoxdur

    “Aztelekom” MMC-nin sabiq baş direktorunun ...

    23-11-2015, 20:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu