GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabirabad icra başçısının dotasiyası niyə kəsildi? - Şok araşdırma

Sabirabad icra başçısının dotasiyası niyə kəsildi? - Şok araşdırma

Tarix: 17-01-2017, 17:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 087
Sabirabad icra başçısının dotasiyası niyə kəsildi? - Şok araşdırma

Hesablama Palatası və Maliyyə Nazirliyi Nazim İsmayılovla üç müavinin büdcəni talayan maxinasiyalarını təftiş etməyə çağırıldı - Faktlar

Göyçayı oylağına çevirən İsmayılovlar haqda sensasion iddialar var: başçı oğluna villa tikdirir, qardaşı isə vakansiya olan iş yerlərini rüşvətlə satır
Sabirabad rayon İcra Hakimiyyətinin dotasiyası kəsilib. Bu barədə “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, iqtisadi böhran icra strukturlarına ayrılan dotasiyaların dayandırılmasına səbəb olub.
Qanı qaralan məmurlar
Bundan sonra Sabirabad RİH öz resursları hesabına fəaliyyətini davam etdirməlidir. Mərkəzdən gələn qərar yerli məmurların kürkünə birə salıb. Onların maxinasiyalar imkanı məhdudlaşıb.
İcra hakimiyyətindəki məmurların büdcə pullarını çırpışdırması, MMC-lərdə pul silməsi imkanları tükənib. Sabirabadın icra başçısı Nazim İsmayılovun dotasiyaların dayandırılmasına görə qanı qaradır.
İddialara görə, icra başçısı vəzifədən getməyin bundan daha yaxşı olduğunu düşünür. Bildirilir ki, Sabirabad yeyinti üçün əlverişli bölgələrdən biridir. Di gəl N.İsmayılovun dotasiyası kəsilib və pəjmürdə olub.
Bir çox məmurların iş prinsipinə nəzər saldıqda elə düşünmək olar ki, sanki bəziləri özü üçün “toxunulmaz kadr” statusunu təmin edib.
Çünki, onların əməlləri, formalaşdırdıqları korrupsiya piramidası heç bir ölçüyə, qanuna sığımır. Ölkə başçısı dəfələrlə məmurları sərt şəkildə tənqid etsə də bəziləri nəticə çıxartmaq əvəzinə öz bildiklərini etməkdə davam edirlər. Adı zaman-zaman müxtəlif korrupsiya faktlarında çəkilən, qanunsuz əməlləri ilə medyanın gündəmindən düşməyən məmurlardan biri də Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovdur.
Nazirlik və Palata bunları bilirmi?
“Gündəm-Xəbər”in məlumatına görə, mətbuatda maxinasiya faktları bu günə qədər araşdırılmamış qalıb. Hesablama Palatası və Maliyyə Nazirliyinin yoxlaması kifayət edir ki, N.İsmayılovun mənimsəmə əməliyyatları üzə çıxsın.
Rayonda aparılan bütün abadlıq və tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra qurduğu «VVS Tikinti Təhcizat» MMC vasitəsilə həyata keçirib.
Lakin adıçəkilən şirkət məhz tikinti-təmir və abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmayıb. “VVS Tikinti Təhcizat” MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olub.
“VVS Tikinti Təhcizat” MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur. Adıçəkilən şirkət rayon üçün ayrılan bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edib. Bir faktı qeyd edək ki, son illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb.
Söhbət sadəcə "Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir.
Digər ayırmaları, büdcə təşkilatlarından, sahibkarlardan toplanan “aylıq”ları da bura əlavə etsək çox böyük bir rəqəm alınır. Bu isə Sabirabadda korrupsiyanın hansı dərəcədə dəhşəıtli hal aldığının göstəricisidir.
Həsən Həsənov, Vahid Həsənov, Hüseynağa Gülüşov...
“Gündəm-Xəbər” yazır ki, rayondakı büdcə təşkilatları ilə aparılan “haqq hesab” işlərini icra başçısı adından müavini Həsən Həsənov görür.
Bütün “haqq-hesab kitablarını” öz əlində tutan birinci müavin hamıya büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir.
Amma bu da bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır.
Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla?
Əslində Sabirabadda hamı yaxşı bilir ki, Həsən Həsənovun yığdığı vəsaitlər birbaşa icra başçısı Nazim İsmayılova çatır. Başçı isə öz növbəsində həmin vəsaiti özünün şəxsi işləri üçün xərcləyir.
Həsən Həsənov öz növbəsində digər müavin Vahid Həsənovla birləşərək tikinti işlərini özlərinə yaxın şəxslərə məxsus şirkətlərə verirlər. Bu işdə hər iki müavinin başqa bir ortağı isə rayon maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşovdur.
Bununla bağlı mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalardan belə aydın olur ki, məhz “bu üçlük hər il rayonun daxili büdcəsindən ayrılan milyonlarla manatlıq abadlıq, tikinti işlərini öz nəzarətlərinə almaqla külli miqdarada qazanc əldə edirlər.
Bildirilir ki, bir qayda olaraq Hüseynağa Gülüşov əsasən ayrılan vəsaitlərdən 10 faizlik “haqq” götürür. Həsən Həsənovla Vahid Həsənov isə daha böyük maliyyə maxinasiyaları ilə məşğuldurlar.
Yəni onlar qiymətlərin şişirdilməsi vasitəsi ilə ümumi vəsaitin təxminən 50-55 faizini mənimsəyirlər. Bu əməliyyatda rayon icra başçısı Nazim İsmayılovun da payının olduğu deyilir.
Başçının qardaşı iş yerlərini satır?
N.İsmayılov haqda xəbərlər Sabirabadla məhdudlaşmır. Onun əməlləri Göyçaya çatıb. Sosial bu haqda yazılıb.
Göyçayda işaxtaran vətəndaşlardan rüşvət tələb olunması iddiaları ilə bağlı araşdırmalar başlandığı deyilir. Yanvarın 9-da Göyçayda keçirilən əmək yarmarkasının pərdə arxasında qeyri-rəsmi məsələlər üzə çıxıb. Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, işsiz-gücsüz, evinə bir tikə çörə aparmağa imkanı olmayan vətəndaşlardan rüşvət istənildiyi iddiaları meydana çıxıb.
Əvvəlcə ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub. O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaratdığı iddia edilir. Bu da digərlərinin narazılığına səbəb olur. Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur.
Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır.
Bir müddət əvvəl də mətbuatda Mərkəz direktorunun iş yerlərini satışa çıxardığı haqda açıqlamalar olmuşdu. Hüquq müdafiəçisi Rahim Bayramov Feysbukda yazmışdı:
“Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir.
Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur.
Bu da digərlərinin narazılığına səbəb olur. Dostluğumda olan bütün müstəqil jurnalistlərdən və ictimai fəallardan bu məsələni diqqətdə saxlamağı və paylaşmağı xahiş edirəm”.
Yada salaq ki, Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçayda, Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villanın təməlini qoydurub. Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz.
Nazim İsmayılov kimdir?
Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib.
1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub.
31.05.1994 - 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 - 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb. Sonradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 - 21.04.2011-ci il aealığında Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub.
Prezident İlham Əliyevin 21 aprel 2011-c il sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə həmin gün onun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalanıb.
İnternet resurslarında icra başçısı haqda ittihamlar çoxdur və yaxşı olar ki, bunlara aydınlıq gətirilsin yaxud medianın Sabirabadda araşdırma aparmasına şərait yaradılsın. “Gündəm-Xəbər” olaraq rayondan reportaj hazırlamağa hazırıq.
Qeyd edək ki, bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur.
Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması gündəmdədir. Regional idarəetmənin əsas prinsipləri bütün yerli iqtisadi-sosial fəaliyyətlərin özünüidarəetmə üslublarına uyğun qurulmasıdır. İndiki birləşmələr müəyyən mənada inzibati xərcləri azaltsa da, keyfiyyətli və şəffaf idarəetmə üsulu sayıla bilməz.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının oğlu atasının xidməti maşını ilə qəza törətdi

    İcra başçısının oğlu atasının xidməti maşını ilə ...

    12-01-2014, 01:14

  • 
  • İcra hakimiyyətinin binasında şok biabırçılıq – VİDEOFAKT

    İcra hakimiyyətinin binasında şok biabırçılıq – ...

    14-07-2016, 02:39

  • 
  • Hesablama Palatası Sabirabadda yoxlamalara başladı-İCRA BAŞÇISI HƏDƏFƏ ALINDI

    Hesablama Palatası Sabirabadda yoxlamalara ...

    20-11-2014, 23:55

  • 
  • Sabirabadda icra nümayəndəsi qaçdı- icra başçısının başı dərddə

    Sabirabadda icra nümayəndəsi qaçdı- icra ...

    1-12-2015, 13:29

  • 
  • İcra başçısının müavini fəhləni döydü

    İcra başçısının müavini fəhləni döydü ...

    18-07-2013, 15:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu