GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə Dövlət Universitetində qış rüşvət sessiyası

Gəncə Dövlət Universitetində qış rüşvət sessiyası

Tarix: 27-01-2017, 20:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 070
Gəncə Dövlət Universitetində qış rüşvət sessiyası

Tələbələrdən rüşvət dollarla alınır?

Bu yaxınlarda mediada Azərbaycandakı ali təhsil ocaqları ilə bağlı maraqlı bir məlumat dərc olundu.
Belə ki, Azərbaycanın bütün media orqanlarının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işinin yekunlarını açıqladı. Mərkəz ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanalı və sosial şəbəkə daxildir. Universitetlərlə bağlı dekabr ayı üzrə olan məlumatlar maraq doğururdu. Məlumatda bildirilirdi ki, 2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında lider kimi isə Gəncə Dövlət Universiteti (28 xəbər — universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s.) idi. Bunu təsadüfən xatırlamadıq. Qəzetimizin oxucuları xatırlamamış deyil ki, tez-tez digər media orqanlarında olduğu kimi, “Gündəm Xəbər” qəzetində də GDU-dakı rüşvət, korrupsiya və digər qanunsuz əməllərlə bağlı tez-tez yazılar dərc olunur.

Gəncə Dövlət Universitetində qış rüşvət sessiyası

Bəli, artıq uzun müddətdir ki, mətbuatın gündəmindən düşməyən, təhsil sahəsindəki əyər-əskik cədvəlində "ulduz"a çevrilən Gəncə Dövlət Univeersitetində sular durulmur ki, durulmur. Gəncəbasarda fəaliyyət göstərən ali və orta təhsil ocaqlarında rüşvət cədvəlində Gəncə Musiqi Kolleci ilə bir sırada adı gedən GDU-da rüşvət təhsilin onurğasındakı sağamaz xəstəliyə çevrilib. Buna səbəb nədir?

Rəhbərliyin işinin öhdəsindən lazımı səviyyədə gələ bilməməsi, ya bilərəkdən korrupsiya şəbəkəsinə yol verməsi? Son zamanlar GDU haqqında bir çox mətbu orqanlarda korrupsiya ilə bağlı məlumatlara geniş yer ayrılsa da, bu gün gedişat onu göstərir ki, GDU-nun rektoru Yusif Yusifov tutduğu postda möhkəm oturub. Belə ki, Təhsil Naziri Mikayıl Cabbarovun Yusif Yusifova irad tutması və ya adı gedən universitetdə baş alıb gedən özbaşınalıq, rüşvətxorluğa göz yummasının yalnız bir cavabı var. O da Yusif Yusifovun Maliyyə nazirliyində məsul postlardan birini tutan qardaşı Cavanşir Yusifovun olmasıdır.

Məlumat üçün bildiririk ki, Yusif Yusifovun GDU-dakı rüşvət gəmisini batıra bilməməsinin əsas məqamlarından biri odur ki, universitetdə fəaliyyət göstərən əsas rüşvət şəbəkəsini idarə edənlər necə deyərlər, təcrübəli rüşvətxorlardır. Daha dəqiq desək, 90-cı illərdə Xalq Cəbhəsinin meydanlarda çıxıb etiraz aksiyaları keçirən zaman ziyalı təbəqənin ətəkyindən tutub, indiyə qədər də xeyirlərini güdən bir dəstə işbazlar bu günə kimi GDU-da rəhbər vəzifələrdə fəaliyyət göstərməkdədir. Artıq bu şəbəkə tam olaraq universitetin idarəçiliyini əlinə almağı bacarıb.

Çünki, onlarda illərin "praktikası" var. Hazırda GDU-da payız(qış) imtahan sessiyaları rektoratlıq və dekanatlıqlar arasında bölünüb. Belə ki, tələbələrin bilik səviyyəsi yarı test, yarı yazılı şəkildə aparılır. Test üsulu ilə aparılan imtahan rektoratlıq tərəfindən təşkil olunur. Əsas imtahanlar isə dekanatlıqlarda dekanın sifarışi ilə aparılır. Belə ki, əldə etdiyimiz məlumatlarda deyilir ki, yazılı imtahanlara bi başa dekan nəzarət edir. Yəni bu imtahanların hesabı dekanlıqdır. Qiymətlərə gəlicə, 3 almaq üçün 50 manat, 4 almaq üçün 70 manat tələb olunur. 5 qiymət almaq istəyənlərin işi bir az qəlizlışir. Yalnız maddi baxımdan. Belə ki, əldə etdiyimiz məlumatda deyilir ki, əksər fakultələrdə əla qiymət almaq istəyən tələbə imtahanlara verdiyindən əlavə, üç aylıq tələbə müavinətini öncədən dekanatlıqla yarı bölür. Əksər hallarda tələbənin əlaçı olması onun biliyinin məhsulu ilə deyil, cibi ilə ölçülür. Dekanlıq tərəfindən təşkil olunan imtahanlarda bilikli tələbələr yüksək gərginlik, mübarizə yolu keçərək qiymət ala bilər.

Məlumat üçün onu da bildirək ki, ötən ay plagiat olunan elmi əsərlərlə bağlı pedaqoji fakultədə olarkən rüşvətin açıq-aydın , qorxusuz dekanlıqda yığılmasının tam şahidi olduq. Təəssüflər olsun ki, GDU-dakı hazırkı vəziyyətə aydınlıq gətirəcək qurumlar hələ də susur. Belə çıxır ki, rektor universiteti idarə edə bilmir və ya dekanlar rüşvətxorluq əməllərini davam etdirməkdən çəkinmirlər. Vəziyyət isə pik həddinə çoxdan çatıb. Necə ki, GDU-nun bəzi müəllimlərinin illərdən bəri plagiat elmi titulları hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər mənimsənilir.

Daxildə isə ab-hava belədir: rektordan əlavə universitetdə rektorun yaxın ətrafında toplaşan bir qrup tərəfindən şəbəkə yaradılıb. Hansısa dekan, hansısa kafedra müdiri rektorun ətrafında toplaşıb onun böyür-başına "Çin səddi" çəkənlərin qanadının altında qorunur.
Universitetin bir qrup tələbəsi adından redaksiyamıza verilən xəbərdə isə bildirilir ki, təhsil ocağında tələbələrdən müxtəlif adlarla yığlan rüşvətin dollarla gətirilməsi tələb olunur: “Bu tədris ili başlayandan bütün yığımlar dollarla istənilir. Əvvəllər 50 manat olan rüşvət indi 50 dollar olub. Rüşətin özü bütövlükdə qeyri-qanunidir, cinayətdir, bu aydın məsələdir. Lakin bunu bir də dollarla, yəni demək olar ki, ikiqat artıq tələb etmək bizi daha da çətin duruma salıb”.

Görünən odur ki, adıçəkilən universitetdə rüşvət o səviyyəyə çatıb ki, tələbələr təhsillə məşğul olmaq əvəzinə rüşvətlə mübarizə aparmağa məcbur olurlar. Bu da azmış kimi, universitetin adı haqqında ən çox mənfi yazılar yazılan qurumların siyahısına düşüb. Bütün bu qeyd edilənlər GDU-da yoxlamaların aparılacağı haqda iddianın doğruluğuna dəlalət edir. Bir ayda barəsində 30-a yaxın mənfi yazı yazılan bir qurumda işlərin qaydasında olduğunu demək mümkün deyil.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Mehriban Əzizqızı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adı ən çox korrupsiyada hallanan bankların SİYAHISI

    Adı ən çox korrupsiyada hallanan bankların ...

    23-11-2015, 19:44

  • 
  • Pensiyaçılara şad xəbər

    Pensiyaçılara şad xəbər ...

    20-12-2013, 12:38

  • 
  • Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”

    Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı ...

    8-01-2014, 16:35

  • 
  • Azercell”də korrupsiya məsələsinə aydınlıq gətirdi

    Azercell”də korrupsiya məsələsinə aydınlıq gətirdi ...

    13-01-2014, 23:10

  • 
  • ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı azalıb

    ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı ...

    16-01-2014, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu