Son aylar Qazax rayonunun ictimai həyatında yaşananlar, nədənsə daha çox diqqəti cəlb etməkdədir. Buna daha çox səbəb olan amillərdən biri də, hələ ötən ilin may ayında bu rayona yeni icra başçısının təyin olunması və bunun nəticəsi olaraq, şəhər həyatında baş verənlər oldu. Düzdür, həmin təyinatdan xeyli müddət keçib və bu gün rayon rəhbərliyinin adı ilə bağlananlar yavaş-yavaş unudulsa da, yeni-yeni olayların baş verməsi isə, hal-hazırda gündəmi zəbt edən mövzulardan birinə də çevrilir.
Bu sırada ötən həftənin beşinci günü, yəni 27 yanvar 2017-ci ildə Qazax rayon Cümə Məscidinin imamı İlham Süleymanovun günorta namazına toplaşanlar qarşısında danışdıqları, bu gün də müəyyən çevrələrdə müzakirə olunmaqdadır. Belə ki, o, günorta namazına toplaşan və təqribən 200 nəfərin olduğu kütlə qarşısında bildirir ki, “darıxmayın hər şey yaxşı olacaq” deməsi, çox keçmir ki, təkcə onun özünün məsciddə qalması ilə nəticələnir. Çünki, namaza toplaşanlar adı çəkilən məscidin imamı İlham Süleymanovdan dini mövzuda söhbətlər edəcəyini gözləsələr də, o, ölkəmizin ictimai həyatında baş verənlərə toxunur. Bu da o deməkdir ki, Qazax məscidinin axundu məscidin daxilində dinə deyil, daha çox siyasətə və iqtisadi problemlərin müzakirəsinə üstünlük verən şəxsdir.
Sorğu
Yeni dizaynımız necədir?