GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə Lokomotiv Deposunda müəmmalı oğurluq hadisələri

Gəncə Lokomotiv Deposunda müəmmalı oğurluq hadisələri

Tarix: 4-02-2017, 20:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 492
Gəncə Lokomotiv Deposunda müəmmalı oğurluq hadisələri

Dövlət əmlakını dədə malı kimi satan məmurlar kimlərdir?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunan Cavid Qurbanovdan sonra dəmir yollarına yeni nəfəs gəldi deyə bilərik. Artıq ölkə iqtisadiyyatında , nəqliyyat sistemində unudulmuş sahəyə çevrilən dəmir yolunda hərəkət başladı. Yenidənqurma işləri ilk öncə özünü Bakı-Sumqayıt istiqamətində bərpa olunaraq yeni bir görkəmdə istismara verilən elektrik qatarlarında özünü göstərdi. Daha sonra Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda yeni keçiriləcək islahatlara start verdi, bir sözlə , Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektoruna aid olan dəmir yolunda yeni dönəm başladı. Azərbaycan Dəmir Yolları" QSC-nin investisiya layihələrində aktiv iştirakı, gələcəkdə dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə imkan yaradılması çərçivəsində C.Qurbanovun əməyi hazırda danılmazdır. Hazırda əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dəmir yolu sektoruna qoyulan investisiyaların rentabelliyinin artırılması, dəyişən cərəyanlı dartı sistemi ilə işləyən 50-yə qədər yük lokomotivinin vaxtında təchiz edilməsi və onlar üçün yeni depoların tikilməsi və digər məsələlər müzakirə olunmaqdadır. Bu "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı rəhbərliyi tərəfindən qarşıya qoyulan və həlli istiqamətində tədbilər görülən işlərdir.


Bəs, görək Cavid Qurbanovun yerlərdə təyin etdiyi kadrlar öz növbəsində qarşıda duran yeni işləri, dəmir yollarının müasir standartlara uyğun şəkildə qurulması vəzifəsini necə yerinə yetirirlər. Uzun illərdən bəri, daha dəqiqi, 90-cı illərdən etibarən unudulan, dağılmış dəmir yollarının yenidən qurulması təbii ki, ölkə iqtisadiyyatı üçün önəmli məsələdir. Son 25 ildə yalnız bir qrup məmurun maraq dairəsində olan "unudulan" dəmir yollarının yeni layihələr çərçivəsində canlanması, beynəlxalq standartlara uyğun bərpası yenə də köhnə qalıqlardan olan hansısa əllər tərəfindən qırmızı "stop kran"ı çəkməklə axsadılır. Buna səbəb nədir?

"Azərbaycan Dəmir yolları" QSC-nin bağlı qapıları arxasında nələr baş verdiyindən hələlik məlumatımız olmasa da ,hazırda Gəncə istiqamətində nələr baş verdiyini anlamaq üçün müşahidələrimizin nəticələrini paylaşa bilərik. Demək olar ki, bütün zamanlarda olduğu kimi hazırda da "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə istiqamətində fəaliyyətinin əsas yaralı yeri, eyni zamanda hamıya məlum gəlirli sahəsi Gəncə lokomotiv deposudur . Sanırıq ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başı müasir sistemdə qurulacaq dəmir yoluna qarışdığından onun köhnə dəmir yolunun Gəncə lokomotiv deposunun kimlər tərəfindən talanaraq daşınmasından xəbəri yoxdur. Belə ki, hazırda müasir elektrik qatarlarının alınması ilə əlaqədar olaraq depolarda köhnə elektrovazlar doğranaraq müqavilə əsasında metal şəklində doğranılaraq təhvil verilir. Aldığımız məlumatda deyilir ki, bu proses hal-hazırda Gəncə lokomiv deposunun rəhbərliyi tərəfindən yerinə yetirilir. Daha doğrusu, depoya yeni təyin olunan İslam Əsgərov depodakı rəhbər vəzifələri "əməliyyatçılar"ı cəlb edərək bölüb. Buna səbəb nə ola bilər? Özünü gah Əlirza Süleymanovun, gah da Cavid Qurbanovun kadrı adlandıran rəisin isə dəmiryolçularla son zamanlar dil tapmaması elə təyinatların uğursuzluğu ilə xarakterizə olunur. Hələ 90-cl illərdən üzü bu yana Gəncə lokomotiv deposunun dəmir yolunda ən yeyintili sahə kimi gündəmə gəlməsində əsas rolu oynayanlardan bir qrupun "işbazlıq" fəaliyyəti bu gün də davam edir. Artıq hüquq-mühafizə orqanlarının belə durdura bilməyəcəyi hadisələr öz məcrasından çoxdan çıxsa da, "stop kran"ını çəkən tapılmır ki, tapılmır. Dövlətin malı isə lokomotiv deposunda göz görə-görə demək olar ki, hər gün talanır. Artıq bir ildən artıq olar ki, Gəncə Lokomotiv Deposuna yeni rəis təyin olunan İslam Əsgərovun depoya təyinatından dərhal sonra aparılan kadr siyasəti ilk öncə dəmiryolçuları sevindirdi. Belə ki, uzun müddət İslam Əsgərova qədər hər gələn müdirin özbaşınalıqlarından zara gələnlər ixtisarlaşma xəbərini eşitsələr də, gözləmə mövqeyində durdular. Təəsüflər olsun ki, bu hal uzun çəkmədi. Çox keçmədi ki, Gəncə lokomotiv deposuna məxsus idarə binasının pəncərələri sındırıldı...Və məlum hadisələr bundan sonra cərayan etdi. Daha sonra məmur özbaşınalığı, mütamadi dava-dalaş, kütləvi oğurluqlar baş alıb getdi. Baş vermiş hadisə ilə bağlı dərhal rəis İslam Əsgərovla əlaqə saxladıqda onun bu hadısədən sonra depressiya yaşaması açıq-aydın görünürdü. Burada haşiyəyə çıxaraq Süleyman Rəhimovun qələmə aldığı "Qanun naminə" əsərindəki prokurar Mehmanı xatırlatmaq istərdim. Deyəsən, elə prokuror Mehmanın da pəncərəsinə daş arılarkən əvvəl qorxması sonra isə əksinqilabçılara qarşı mübarizəsinin sonunda öldürülməsini mənim kimi deponun rəisi də xatırlamışdı. Lokomotiv deposunun idarə binasındakı pəncərələrin sındırılmasının təbii ki, rəhbərliyə, əsasən də kadrlar şöbəsinin rəisinə ultimatum xarakterli ismarıc olmasını adi fəhlədən tutmuş dəmir yoluna aidiyyatı olan istənilən məmura , hətta polisə kimi hər kəsə belə bəlli idi. Ancaq bu günə qədər hamı susur. Həmin zaman aldığımız məlumatda bildirilirdi ki, kadrlar şöbəsinin rəisi Səbuhi Həsəncanovun əlində çox sayda adı işdə, özü isə Allah bilir harada olan dəmiryolçuların bank kartları depo rəisi tərəfindən aşkar olunub. Buna görə o, işdən azad olundu. Daha sonra aldığımız məlumatda deyilirdi ki, bütün zamanlarda depoda qalmaqal salaraq hər zaman sudan quru çıxan Qasımov qardaşları hadisə ilə bağlı şübhəli bilinsələr də, sonda məsələ ört-basdır edildi. Baş vermiş hadisənin mahiyyətinin heç kimi, hətta hüquq-mühafizə orqanlarını belə o qədər də narahat etməməsi deponun "Qaloş"ların neçə deyərlər hızlı hərəkətə keçməsinə səbəb oldu. Bütün zamanlarda Gəncə lokomotiv deposunda dəmiryolçuların haqlı narazıqlarına səbəb olsalar da, Qasımovlar yenə də hakimiyyəti ələ ala bildi və nəinki dəmiryolçuların , eləcə də dəmir yolunun qara günləri başladı. Vaxtilə uzun müddət əvvəl Gəncə lokomotiv deposunda rəis vəzifəsində, daha sonra isə "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv istismarı sahəsində sabiq rəisi olan Asim Qasımovun hətta özünün belə öhdəsindən gələ bilmədiyi Sabit Qasımov rəisi idarəetmə pultunu ələ aldı. Məlumatda bildirilir ki, hamını, hətta polis əməkdaşlarını belə görüntü, səs yazmaları ilə şantaj etməklə vahiməyə salmağı bacaran S.Qasımovun adı dəfələrlə "mis əməliyyatları”nın təşkilatçısı kimi hallandırılsa, əməlləri sübuta yetirilsə də, hansısa evinə yalnız çörək pulu aparan dəmiryolçu günahlandırılaraq işdən azad olunandan sonra Sabit Qasımov yenə də qalib çıxmağı bacarır. Dəmir yolu sahəsinin strateji əhəmiyyətli sahə olmasına baxmayaraq, həqiqi hərbi xidmətə yararsız olan, ancaq "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncədəki xəstəxanasının işə yararlı, sağlam olması haqqında arayışını alan, ali təhsili olmadan birbaşa rəis müavini vəzifəsinə oturdulan Sabit Qasımovun hansı nailiyyətləri, qabiliyyətləri rəhbərlik tərəfindən diqqət çəkdi? Keşmişə nəzər salaq. Gəncə lokomotiv deposunda adı zaman-zaman baş verən "mis əməliyyatları”nın baş tutmasında hallanan, lakin hətta polisin belə sübuta yetirə bilmədiyi, bəlkə də nə vaxsa yetirsə də, göz yumduğu bir həqiqət var ki, o da onun iz qoymadan hərəkət etməsidir. 2000-ci illərdə özünün dediyi kimi Gəncə dəmir yolu xətti polis idarəsi tərəfindən (Yarmetovun rəis olduğu dövr) xeyli miqdarda mislə tutularaq sonradan azadlıqda olmağı bacaran Sabit Qasımov nəhayət, bu qənaətə gəlir ki, ya gərək əlin möhkəm ətəklərdə olsun, ya da...

S.Qasımovun deponun tam yaxınlığında kommunal şəraiti olmayan binanın arxa həyətində evi var. Orada yaşayanlarınəksəriyyətinin evində normal tualeti yoxdur. S.Qasımov isə ümumi tualeti sökərək orada ev tikdirib. Onun evinin kirəmitinin altındakı kontaktorları görmək kifayətdir ki, Qasımovun neçə “məharətli” işçi olması ortaya qoyulsun.

Hazırda Gəncə Lokomotiv Deposu ən gərgin anlarını yaşayır desək, yerinə düşər. Əslində gərginliyi rəhbərlik deyil, dəmiryolçular yaşayır desək, daha dəqiq olar. Belə ki, iş yerini hər an itirmək qorxusunda olan dəmiryolçunu iki cür aqibət gözləyir. Ya alnı açıq, üzü ağ işdən getmək, ya da deyilənlərə əməl edərək rəhbərliyin "tapşırıqlar"ını müzakirəsiz yerinə yetirmək. Elə bu səbəbdən dəmiryolçuların özləri demişkən, onlar hər gün səhər açılanda hansısa oğurluqla bağlı yeni bir olayla rastlaşaçaqlarına artıq tam əmindilər. Bundan əlavə dəmiryolçuları ən çox narahat edən bir məqam da var ki, o da depoda hazırda "edənə verilir təzə, görənə verilir cəza" məntiqinin hakim olmasıdır. Bu yaxınlarda baş verən hadisələrdən bezərək özünə qəsd etmək istəyən sıravi dəmiryolçunun sözlərindən bir sitat gətirmək istəyirik. O deyirdi ki, görəsən, bu hadisələrdən dövlətin xəbəri varmı? İlk öncə xəbəri olacaq şəxs varsa, o da Cavid Qurbanovdan öncə məslələrə aydınlıq gətirəcək şəxs - "Azərbaycan Dəmir Yolları" QSC-nin Qərb istiqamətindəki kordinatoru Qurban Nəbiyevdir. Depodakı problemlərlə bağlı Qurban Nəbiyevə dəfələrlə müraciət etsək də, sonda onun cavabı bu oldu ki, "siz mediya nümayəndələri gedin, öz işinizlə məşğul olun". Biz təbii ki, öz işimizlə məşğul olaraq dövlət mülkiyyətinin bir qrup tərəfindən açıq şəkildə, dəmiryolçuların gözü qarşısında demək olar ki, talanmasına münasibət bildirə bilərik. Əsas işin ağırlığı isə zənnimizçə, hüquq-mühafizə orqanlarının çiyninə düşür. Məlumat üçün onu da qeyd edək ki, Gəncə Lokotiv Deposunun yerləşdiyi ərazi iki ayrı-ayrı qurum tərəfindən mühafizə olunur. Arxa qapıları "Azərbaycan" kücəsinə açılan depodan edilən oğurluğa necə şərait yaradılır. Məsələ burasındadır ki, deponun mühafizəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin tərkibində fəaliyyət göstərən mühafizə idarəsinin deyil, yerli rəhbərliyin özünün işə qəbul etdiyi gecə növbətçilərinin ümidinə qalır.


Müasir dövrdə strateji əhəmiyyətli sayılan lokomotiv deposunun qorunması üçün onun ətrafında kameraların quraşdırılmaması təəcüb doğurur. Əvvəlki illərdə Gəncə Lokomotiv deposu "Azərbacyan Dəmir Yolları" QSC-nin mühafizə idarəsi tərəfindən qorunsa da, sonradan ali təhsili olmasa daŞ pul çıxan yeri yaxşı bilən sabiq depo rəisi Faxrəddin Məmmədov kiminləsə əlbir olaraq məsləhətləşib özünə xeyirli şəkildə onları gecə növbətçiləri ilə əvəzlədi. Ümumiyyətlə, hazırda depoda vəziyyət kritik nöqtədə olduğundan gərginlik yaşanır. Aidiyyatı qurumlar isə hələ də vəziyyətə münasibət bildirmək istəmir. Məlumat üçün bildiririk ki, hazırda İslam Əsgərovun deponu idarə etmək üçün müavinin sözü ilə ətrafına topladığı kadrlar adıgedən müəssisəni idarə etmək haqqında deyil, daha çox öz mənafeləri barədə düşünürlər.

Mehriban Əzizqızı

P.S. Böyük bir binanın tikintisinin sonunda dəhşətli uçqun olur, bina çökür. Araşdırma aparılaraq, sonda iş məhkəməyə verilir. Məhkəmənin sonunda kərpicə 5 il, quma 10 il, sementə isə 15 il iş oxunur. Cəzasının digərlərindən cox olduğunu görən sement qəflətən dilə gələrək bildirir ku, "mənə nəyə görə bu qədər iş kəsilməlidir, mən ki heç orada olmamışam".

P.S.S. Hazırda Nəqliyyatda Baş Polis İdarəsində və eyni zamanda Gəncə dəmir yolu xətti polis idarəsində
Gəncə Lokomotiv Deposunda mütamadi olaraq baş verən oğurluq hadisələrinin istintaqı aparılır. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adı gedənlərin mövqelərini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

    Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini ...

    1-08-2015, 01:57

  • 
  • Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək

    Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək ...

    12-10-2013, 12:58

  • 
  • «130 MANATA SATIB, 65-ə SƏNƏDLƏŞDİRİRLƏR»

    «130 MANATA SATIB, 65-ə SƏNƏDLƏŞDİRİRLƏR» ...

    27-12-2016, 21:41

  • 
  • Gəncə Lokomotiv Deposunda müəmmalı olaylar  Məlum olduğu kimi, 2015-ci ildə "Azərbaycan Dəmir Yolları"QSC-də struktur dəyişikliyi aparıldı.

    Gəncə Lokomotiv Deposunda müəmmalı olaylar Məlum ...

    3-11-2016, 20:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu