GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN generalının Kürdəmir şefi ilə müdhiş əlaqələri faş oldu - Sensasiya

MTN generalının Kürdəmir şefi ilə müdhiş əlaqələri faş oldu - Sensasiya

Tarix: 13-02-2017, 14:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 864
MTN generalının Kürdəmir şefi ilə müdhiş əlaqələri faş oldu - Sensasiya

“Gündəm-Xəbər” Mahmudov bandasının daha bir izinə düşdü və tükürpədici faktların üstü açıldı; vəkil Ramiz Zeynalov dəhşətli cinayətləri ifşa edib

Akif Çovdarovla Ceyhun Cəfərovun Mərdəkanda torpaqları bölüşdürməsi, Kürdəmirdə balıq təsərrüfatı, “RAF-2006” firması üzə çıxıb

Vidadi Zeynalovun yaznəsi olan icra başçısı 2007-də Dövlət İqtisad Universitetindən diplomu necə alıb? - Müəmma

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki çeteyə bulaşmış ayrı-ayrı məmurların əməlləri üzə çıxır. Onların arasında komitə sədrləri, nazir müavinləri, icra hakimləri, bələdiyyə sədrlərina rast gəlinir.

Kimisi MTN-dəki bandanın qurbanı olur, kimisi onun təlimatlarına boyun əyir, kimisi tamahkarlıq edir, kimisi də işbirliyinə gedirmiş. Nəticə etibarı ilə Eldar Mahmudov - Akif Çovdarov tandemi məmurları öz çirkin işlərinə alət ediblər.

Başçı ilə generalın “RAF-2006” işi

“Gündəm-Xəbər”in növbəti araşdırması nəticəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin MTN qruplaşması ilə əlaqələri üzə çıxıb.

Ötən məqaləmizdə Xəzər RİH haqda sensasion bilgilər yer almışdı. Bu araşdırmaların davamı olaraq Kürdəmirin izinə düşmüşük.

Ordan başlayaq ki, həbsdə olan MTN generalı Akif Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC barəsində yeni məlumatlar var.

Media üzərindən yayılan xəbərlərə görə, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da əməlləri faş olub.

Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib.

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da bu işlərdə xüsusi canfəşanlıq nümayiş etdirdiyi ortaya çıxıb. O zaman balıçılıq təsərrüfatı başçının adına çıxarılıb. Lakin Çovdarova aid olduğu aydınlaşıb.

Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib. Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər.

Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin bilavasitə funksional fəaliyyəti demək olar ki, tamamilə dondurulub.

Çovdarovun balıqçılığı...

Kollektorların lildən təmizlənməsi işi başlı-başına buraxılıb, qurğuların həddən artıq lillənməsi isə ətraf ərazilərdə böyük fəsadlara səbəb olub. Əhaliyə məxsus məhsuldar torpaq sahələri şoranlaşmaya məruz qalaraq istifadəyə yararsız vəziyyətə düşüb.

İdarənin faktiki fəaliyyətsizliyi nəticəsində körpülər və su keçirən qurğuların əksəriyyəti istifadəyə yararsız vəziyyətə gətirilib. Kollektor və digər hidrotexniki qurğularda əsaslı və cari təmir işləri isə demək olar ki, aparılmır.

Bu faktlar yerli sakinlər tərəfindən MTN-ə ünvanlanıb. Lakin tədbir görülməyib. Çünki idarənin texnikası Çovdarovun MMC-də istifadə edilirmiş.

Çovdarovun Kürdəmirdə balıqçılıq təsərrüfatı yaratması və bununla bağlı torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi, “Xatirə” kafesinə gedən yolun bağlanması ilə əlaqədar epizoda məhkəmə baxışı davam etdirilib.

Hadisələrin baş verdiyi dönəmdə (2006-2010-cu illər) Kürdəmir Rayon İcra Hakimiyyətində başçının torpaq məsələləri üzrə müavini vəzifəsində işləmiş Əşrəf Şükürov şahid qismində ifadə verib. Bildirib ki, 2006-cı ildə icra başçısına icarəyə torpaq götürülməsi ilə əlaqədar müraciət edilib.

Şahid Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin Ərşəli kəndində ayrılacaq 100 hektar ərazinin yüklü olmaması ilə bağlı bildirişindən sonra həmin ərazinin “RAF-2006” MMC-yə 99 illik icarəyə verildiyini qeyd edib.

Çovdarovla Cəfərovun Mərdəkanı

“Gündəm-Xəbər”in media üzərindən araşdırması nəticəsində məlum olub ki, Kürdəmirdə MTN “əməliyyatları” bitməyib. Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərovun əməlləri rəsmi şəkildə ifşa edilib.

Belə ki, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib.

Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb.

Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır.

Məlum olub ki, Kürdəmir icra başçısıı MTN rəhbərliyinə biət edib. Onların əmrlərinə boyun əymiş icra hakimi onlarla əlbir olub. İddialara görə, onları rabitə nazirliyi ilə də əlaqələri olub. Faktiki olaraq, icra başçıları Mərdəkandakı torpaqları bölüşdürüb.

Məlumata görə, "MTN işi"ndə bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında "vurulma" qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda adıçəkilən icra başçısı işdən çıxarılacaq.

Vidadi Zeynalovla qohumluq...

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Kürdəmir icra başçısının MTN şəbəkəsinə qolu Çovdarovla məhdudlaşmır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, həbsdə olan Vidadi Zeynalovun Ceyhun Cəfərova ciddi dəstəyi olub. Elə o zamandan V.Zeynalovun həbsi eyni onun yaxın qohumu Ceyhun Cəfərovun işlərini dolaşığa salıb.

Xatırladaq ki, V.Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla yeznə-qayındır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur.

Daxil olan məlumata görə, V.Zeynalovun saxlanmasından bir neçə saat sonra Kürdəmir RİH başçısı Ceyhun Cəfərov da Prezident Administrasiyasına çağırılıb.

517 cildlik cinayət işi, 205 şahidi olan Vidadi Zeynalov rəsmi olaraq dövlətin 8 milyon manatını mənimsəməkdə ittiham olunur. Əldə etdiyimiz məlumata görə, sabiq aparat rəhbərinin cinayət işində şahid qismində tanınanlardan biri də Ceyhun Cəfərovdur.

Ceyhun Cəfərov Kürdəmir rayon İcra Hakimiyyətinin hesabat yığıncağında Eldar Mahmudov haqqında sərt ifadələr işlətmişdi. Hələ o zaman Kürdəmirin icra başçısının bu sərt çıxışı onun özünü sığortalamaq məqsədi daşıdığı hamıya aydın idi.

Hadisələrin sonrakı gedişatı göstərdi ki, rəsmi dövlət tədbirinə aidiyyatı olmayan bu çıxışıyla "qaş düzəltmək” istəyən Ceyhun Cəfərov əslində "göz töküb”.

Yasamal projesi batdı

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Əli Abbasovun işdən çıxarılması, qohumu Vidadi Zeynalovun isə həbsə atılması Kürdəmir RİH başçısının gələcəklə bağlı planlarını əməlli-başlı pozub.

Belə ki, son hadisələrə qədər Ceyhun Cəfərov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun köməkliyi ilə Bakının Yasamal rayonuna təyinat almaq istəyirmiş.

Ceyhun Cəfərov 2011-ci ilə qədər Yasamal rayon icra başçısının müavini vəzifəsində çalışıb. Bundan sonra o postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilib, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunub.

Görünür, Yasamal rayonunda işlədiyindən burada daha çox qazanmaq imkanını bilən Ceyhun Cəfərov yenidən adıçəkilən rayona, amma bu dəfə rəhbər sifətilə qayıtmaq sevdasına düşüb. Amma bəlli olduğu kimi himayədarlarının “vurulması” onun bu arzusunu ürəyində qoyub.

İddialara görə, icra başçısı həmin MTN-çi qohumu vasitəsilə idarə-müəssisə rəhbərlərinin gizli səsyazmasını təşkil edərək, sonradan bundan şantaj vasitəsi kimi yararlanırmış. İcra başçısının bu minvalla bir neçə məmurdan küllü miqdarda pul alması haqda məlumatlar dolaşır.

Bütün bunlar isə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını tələb edir. Unutmayaq ki, yuxarıda səsləndirilən ittihamlar olduqca ciddidir.

Həmin ittihamlar öz təsdiqini taparsa Ceyhun Cəfərov canını təkcə tutduğu vəzifəni itirməklə qurtarmayacaq. Ən əsası vəkil Ramiz Zeynalovun açıqladığı yeni fakt başçının MTN-lə əlaqələrini ortaya qoyur.

Çilingərçinin 2007-də diplom işi

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub.

1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Onun 2007-ci ildə ali təhsil alması da maraqlı məsələdir.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis işləyib.

1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir çalışıb.

1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vidadi Zeynalovla icra başçısı məmurları necə intihara çatdırırmış? - Kürdəmirdə

    Vidadi Zeynalovla icra başçısı məmurları necə ...

    5-11-2015, 19:00

  • 
  • "MTN işi" 3 icra başçısını bitirir - siyahı

    "MTN işi" 3 icra başçısını bitirir - ...

    6-11-2015, 14:31

  • 
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29

  • 
  • ŞOK İDDİA! İcra başçısı qaçmağa hazırlaşır – ölkədən çıxışına gizli stop qoyulub

    ŞOK İDDİA! İcra başçısı qaçmağa hazırlaşır – ...

    27-10-2016, 22:48

  • 
  • Eldar Mahmudov işə başladı: mağazaları açıldı

    Eldar Mahmudov işə başladı: mağazaları açıldı ...

    20-10-2016, 23:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu