GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Laçın təhsili “qan ağlayır”

Laçın təhsili “qan ağlayır”

Tarix: 2-03-2017, 20:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 481
Laçın təhsili “qan ağlayır”

Cəbhədə düşmənlə üz-üzə döyüşüb qəhrəmanlıq göstərən xalq, nədən məişətdə məmurların “intellektual terror”una müqavimət göstərə bilmir və dözüm nümayiş etdirmək məcburiyyətində də qalırlar?
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 19 may 2015-ci il tarixdə Binəqədi rayonu ərazisində yanan bina ilə bağlı korrupsiya əleyhinə olan çıxışından başlayaraq, indiyə qədərki çıxışlarında irəli sürdüyü "Qoy hamı bilsin ki, heç kəs məsuliyyətdən kənarda qala bilməz" çağrışı, bir çox KİV-də təkrar-təkrar ictimailəşdirildiyinə görə, korrupsiya məngənəsində əzablara məruz qalan əhali, xüsusilə də, Laçın rayon sakinləri həmin çıxışı böyük ümid hissi ilə və sevinclə qarşıladı. Görəsən bəzi məmurlar müxtəlif ünvanlarda belə bir çağırışa necə münasibət bəslədilər? “Təhsil millətin gələcəyidir”. Əsrlərin sınağından çıxmış bu kəlam, bu gün də bəşəriyyətin tərəqqipərvər qisminin intellektual sferasında öz aktuallığını saxlamaqdadır. Bu kəlamı və möhtərəm Prezidentimizin məlum antikorrupsiya çağrışlarını, yəqin ki, Laçın rayonunun Təhsil Şöbəsinin zirehləndirilmiş sabiq müdiri rayonda heç kəsi, hətta qanunları belə vecinə almayaraq, təhsili iflic edən Malik Vəliyev və onun başçlığı altında fəaliyyət göstərən mütəşəkkil korrupsioner banda (yalnız Vəliyev Malikin meyarları əsasında seçilmiş əksər məktəb direktorları və təhsil şöbəsinin bəzi məmurları) da eşitməmiş deyil. Bəs, bu müqəddəs yola başqa cür baxanlar necə? Onları kimə bənzətmək olar? Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili demək olar ki, darmadağın edən Vəliyev Malik və onun başçılığı altında fəaliyyət göstərən mütəşəkkil korrupsioner dəstənin əməllərini saymaqla qurtarmaq olmaz. Belə ki, Vəliyev Malik və seçilmiş məmurlar sindromu sayəsində məlum ünvanda mütəmadi olaraq tədris ilinin əvvəlində şagird şəbəkəsini təsdiq etdirmək, az qala hər ay “yuxarıdan gələn” yoxlamaları yola salmaq, məktəbə yanacq, peç, truba və digər avadanlıqlar almaq, məktəbi təmir etdirmək, müxtəlif tədbirlərə vəsait, müxtəlif ünvanlara sovqat göndərmək və s. adı ilə məktəblərdəki işini itirmək istəməyən hər işçidən müəyyən məbləğdə pul yığılır. Bu seçilmiş mütəşəkkil dəstənin fəal üzvləri respublikanın hansı rayonunun sakini olmasına baxmayaraq, biliyi öz şagirdinin bilik səviyyəsindən çox aşağı olanları, diplomu saxta olanları, işləməyə icazə yaşı çoxdan bitənləri axtarıb taparaq işə düzəldir və adlarına külli miqdarda əməkhaqqı yazıb həmin əməkhaqqının çox az bir hissəsini onlara verir, daha çoxunu isə isə özləri götürürlər. Dünyanın hansı ölkəsində yaşama sından aslı olmayaraq yalnız əmək stajına razı olan hər bir kəsi axtarıb taparaq, onların adlarına fantastik miqdarda əməkhaqqı yazıb özlərinə götürülər. Nə orta, nə də ali məktəbdə bir gün də olsun dərsə getməsə də “diplom”u olanlardan, hətta Vətənimizin müharibə vəziyyətində olduğu bir vaxtında hərbi xidmətdən dolayı yollarla yayınan “dezertirlər”dən hər kəs, Malik Vəliyevin könlünə yatan məbləği verərsə, istənilən məktəbdə, hətta, təhsil şöbəsinin aparatnda istədiyi vəzifəni ala bilər. Bir sözlə, Laçın rayon təhsil şöbəsində müdir vəzifəsini daşımış Malik Vəliyev və seçilmiş direktor labirinti sayəsində dövlət büdcəsini və müəllimləri amansızlıqla çapıb-talamaq peşəkarlıq göstəricisi hesab olunur. Laçın rayon Təhsil Şöbəsinin zirehləndirilmiş sabiq müdiri Vəliyev Malkin dünya təhsil sisteminə və pedaqogika elminə gətirdiyi “yeniliklər”dən biri də ondan ibarətdir ki, seçdiyi pedaqoji təhsili olmayan, diplomu saxta olan, hətta iki eşşəyin arpasını bölməyi bacarmayan direktorlardan bəzilərinin əlinə bir neçə gerbli möhür verərək, həmin məktəblərin direktorluğunu onlara həvalə etməklə, yenə də, pedaqoji kollektivə və əhaliyə anoloqu olmayan cəhənnəm əzabını yaşatmaqdadır. Hələ Malik Vəliyevin təhsil şöbəsinin aparatına yerləşdirdiyi və tamam təhsili olmasa da, “diplom”ları olan “dezertirlər” dəstəsinin nələrlə məşğul olduğunu bilsək, ən qatı düşmənlərimizə belə şükür edərik. Hər ay hər müəllimin əməkhaqqından 21% həcmində vergi pulu tutulur. Bundan əlavə, maaş cədvəlində müəllimlərin bir hissəsinin maaşlarından kəsib başqa müəllimlərin adına yazırlar, həmin pulu isə, sonralar direktorlar “artıqdan yazılmış saat” kimi həmin müəllimlərdən alırlar. Fəal məktəb direktorları az qala ayda bir dəfə məktəbdə işləyən məcburi köçkünlərin hamısından nə yolla olursa-olsun, şəxsiyyət vəsiqələrinin surətlərini alırlar. Çatdırılan məlumatlara görə, həmin surətlər əsasında onların adına yardım kimi əlavə pul yazaraq özləri mənimsəyirlər. Hər tədris ilinin sonunda hər müəllimdən “sığorta pulu” adı ilə 8-10 manata qədər pul saxlanılır. İldə bir neçə dəfə sinif rəhbərliyi pullarının və texniki işçilərin maaşlarının hamısı zorla da olsa əllərindən alınır. 2014/2015-ci tədris ilindən isə, rayon üzrə bütün müəllimlərin 25 avqust—15 sentyabr dövründəki maaşlarından əməkhaqqı cədvəlində 3 günün əməkhaqqısı kəsilməkdədir. Hər il hər müəllimin maaşından “qəzet pulu” adı ilə 15 manat saxlanılsa da, heç kəsə heç vaxt qəzet verilmir. Testdən keçib iş yerinə gələn müəllimləri qorxudub iş yerindən qaçırırlar, həmin dərsləri isə “artıq saatlar”kimi ona-buna yazaraq, sonra özlərindən alırlar. İşdən hali olan müəllimləri əvvəlcə aldatmaq istəyirlər, aldanmayanları isə “ağıllı” olmağa dəvət edirlər “Ağıllı” olmaq istəməyən məzlumların ərizələrindəki məlumatları isə, yerli hökumətin rəsmi səlahiyyətlərinin zoru hesabına yalana çıxardaraq, onlara böhtançı damğası vururlar. Sonra isə işə cəlb edilmiş rayon məhkəməsinin sifarişli qərarı ilə, məzlumların yalana çıxarılmış məlumatları vəzifəli şəxslərin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edlir. Bunun ardınca isə, daha bir sifarişli “məhkəmə qərarı” ilə yurdsuz-yuvasızlardan külli miqdarda pul alınaraq, həmin məmurlara ödətdirməklə məmurların alçaldılmış şərəf və ləyaqətlərini guya bərpa etməyə çalışacaqlar. Hər kəs bu acınacaqlı sonluqdan özü üçün ibrət dərsi alacaq. Yoxsa, bütün bunlara görədirmi ki, Vəliyev Malk harada gəldi nümayişkaranə tərzdə bəyan edirmiş ki, pulum var, nə qədər hesab istəsələr verib ya rayona icra hakimiyyətinin başçısı, ya da regional təhsil idarələrindən birinə müdir keçəcəyəm. Vay o xalqın halına ki, bu günü də görə. “Niyyətin hara, mənzilin ora” deyiblər. Həm də bu yolla?... Bu yolun bizi Laçına aparmayacağını ən qatı düşmənlərimiz belə, nə qədər vicdansız olsalar da danmazlar! Kimsələr nə danışsalar belə! ... Allah qorusun bu xalqı! O xalqı ki, həm cəbhədə yağı düşmənlə mərdliklə döyüşür, həm də məişətində zirehləndirilmiş Malikkimilərin rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilmiş mütəşəkkil korrupsional fırıldaqlarına çarəsiz qaldığından dözməyə davam edir. Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili tamamilə darmadağın edən dəstənin “qlavar”ı (başçısı) olan Vəliyev Malikin belə yüksək mövqelərdən birini zəbt etməsinin onsuz da başı kifayət qədər dərddə olan xalqımıza gətirəcəyi fəlakətlərin miqyasını və miqdarını hesablayıb qarşısını ala bilmək üçün, təkcə mahir riyaziyyatçı olmaq kifayət etməz. Bunun üçün bir balaca milli qürur hissinə sahib olmaqla bərabər, həm də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşa bilmək cəsarəti tələb olunur. Çatdırılan məlumatlara görə artıq bir ilə yaxındır ki, Vəliyev Malik Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərtər Regional İdarəsinə müdir təYin edilib. Əgər bu təyinat Malikkimilərin məlum təcrübəsini yaymaq məqsədi daşıyırsa, onda vay Azərbaycan xalqının halına!...Çünki, vastilə Laçın rayon Təhsil şöbəsində Vəliyev Malik tərəfindən təşkil edilmiş mütəşəkkil korrupsiya əməliyyatları bütün gücü ilə davam etməkdədir. Əcaba, ola bilərmi ki, Laçın rayonunda nə icra hakimiyyətinin indiki başçısı, nə də Laçın rayon Təhsil şöbəsinin indiki müdiri Vəliyev Malikin qoyduğu qaydalardan kənara çıxmaq gücünə malik olsun? Azğın korrupsioner məmurlar tərəfindən xalqın əzilən qismi olaraq, biz möhtərəm Prezidentimizin davamlı antikorrupsiya çağrışlarında ictimai nəzarətin nə qədər vacib olduğu tezisini dəstəkləyərək, rayonumuzda zirehləndirilmiş bəzi məmurların rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilən mütəşəkkil korrupsiya əməliyyatları haqqında məlumat verməklə, təxirəsalınmaz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq.
Hörmətli KİV nümayəndələri! Sizdən artıq dərəcədə xahiş edirik ki, cəmiyyətimizin mühüm bir strateji sahəsindəki cəzasızlıq şəraitində yüksələn templə tüğyan edərək, bizi daha fəlakətli uçrumlara sürükləyən bu mütəşəkkil korrupsiya şəbəkəsinin aradan qaldırılması üçün, nüfuzunuzun və vəzifə səlahiyyətlərinizin imkanlarından maksimum dərəcədə istifadə edərək, daha effektli tədbirlərin görülməsində öz köməkliyinizi əsirgəməyəsiniz. Bunu etməklə Siz həm öz vətəndaşlıq, həm də vəzifə borcunuzu yerinə yetirmiş hesab olunacaqsınız. Respublikamızın əyalətlərində yaşayan əhalisinin “burda mənəm, Bağdadda kor xəlifə” əhvali-ruhiyyəli məmurların özbaşınalıqlarından ümidlərini itirib gözləri yoldan, qulaqları səsdən yığışmış qisminin deyil, ümidlərini itirmədiklərinə görə hələ də gözləri yolda, qulaqları səsdə qalan qisminin ümidlərinə güvənib Sizə müraciət edirik ki, bizim haqq səsimizi eşitməzlikdən gələn ünvanlara çatdırasınız... Nə qədər çətin olsa da...
Yazırıq ki, bu uzun naməni hər yan oxusun,
Amma əvvəlcə bizim Molla Süleyman oxusun!
Qoy oxusun ki, rayon təhsil şöbəsini, yəni mühüm milli-strateji bir sahəni yağı düşmənsayağı darmadağın edən Malik Vəliyev kimi fərdlərin, vəzifə kürsüsündə daha yüksək pillələrə can atması iddiasının haradan qaynaqlandığına təəccüblənməsin. Sən demə ,bir xalqı məhv etmək üçün onun nə müəllimini, nə də həkimini savadsız etməyə ehtiyac yoxdur. Əgər onun yaşadığı cəmiyyətin idarə edilməsi proseslərində malikkimlər istədikləri vaxt istədikləri yüksək mövqeləri zəbt edə bilirlərsə, ....
Hörmətlə: Bir qrup sakinlər adından Zeynalov Samir, Həsənov Musa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Laçının təhsil şöbəsində Malik Vəliyev faktoru - ŞOK İDDİALAR

    Laçının təhsil şöbəsində Malik Vəliyev faktoru - ...

    14-01-2017, 12:53

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27

  • 
  • Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi

    Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi ...

    27-04-2016, 17:16

  • 
  • Laçın... - Fotolar

    Laçın... - Fotolar ...

    15-05-2014, 18:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu