GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan hərbçisinə qarşı görünməmiş özbaşınalıq

Azərbaycan hərbçisinə qarşı görünməmiş özbaşınalıq

Tarix: 14-03-2017, 00:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 812
Azərbaycan hərbçisinə qarşı görünməmiş özbaşınalıq

Biləsuvar rayon Baş Pasport Qeydiyyat şöbəsi istefada olan mayora şəxsiyyət vəsiqəsi verməkdən imtina edir

Azərbaycanda analoqu olmayan, təəccüb doğuran hadisələr baş verir. Heç bir məntiqə sığmayan bu hadisələri izah etmək çox çətindir. Bəzən elə qanunsuz, ədalətsiz olaylar baş verir ki, deməyə söz tapmırsan. Bizim yerli məmurların əməlləri, yol verdikləri qanunsuzluqlar, haqsızlıqlar nə mənəviyyata, nə də qanuna-kitaba sığır. İndi barəsində söz açacağımız şikayət də bunu təsdiq edir. İllərlə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən, hərbçilərimizin sağlamlığının keşiyində duran, mayor rütbəsinə qədər yüksələn Abasov Əmir Sahib oğlu şəxsiyyət vəsiqəsi ala bilmir. Daha dəqiqi, vermirlər! Onu müxtəlif bəhanələrlə neçə aylardır ki, get-gələ salrılar. Sanki bu şəxs Azərbaycan vətəndaşı deyil, Azərbaycanda yaşamayıb və Azərbaycan ordusunda xidmət etməyib. Bu qədər də haqsızlıqmı olar? Bu məmurlar, Dazili İşlər Nazirliyinin rəhbərliyi hara baxır? Bu necə ola bilər ki, 20 ildən artıq bir müddətdə Azərbaycan ordusunda hərbi xidmət keçən şəxsin vətəndaşlıq hüququ şübhə altına alına bilər. Axı qanunvericiliyə görə, hətta əcnəbi vətəndaşlar belə 5 il Azərbaycanda yaşayarlarsa, onların ölkəmizin vətəndaşlığına qəbul olunmaq haqqı vardır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul proseduru buna imkan tanıyır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna əsasən, Azərbaycan ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Qeyd edək ki, 5 il daimi yaşama müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır və o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

Aşağıda göstərilən hallarda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Ancaq Azərbaycan odrusunda 20 ildən artıq xidmət edən, böyük bir hərbi birləşmənin tibb xidmətinin rəisi olan, mayor rütbəli şəxsə Azərbaycanda şəxsiyyət vəsiqəsi verilmir.

İş o yerə çatıb ki, Biləsuvar rayonunda yaşayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti mayoru Abasov Əmir Sahib oğlu üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb. O, şikayət məktubunu həmçinin Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Dövlət Miqrasiya Xidmətinə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisinə də ünvanlayıb. Şikayətin bir nüsxəsi də redaksiyamıza daxil olub.
Şikayətçi Ali Baş Komandan İlham Əliyevə xitabən yazır:

"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox xidmət etmişəm, ömrüm boyu heç bir xarici dövlətdə olmamışam, yaşamamışam, xidmətimin böyük hissəsini düşmənlə təmas olan ərazilərdə keçirmişəm. 2016-cı ilin dekabr ayında yaş həddinə görə ehtiyata buraxılmışam. Bundan sonra Biləsuvar rayon Baş Pasport, Qeydiyyat şöbəsinin rəisi, polis kapitanı Əkrəm İbrahimova iki aydır ki, şəxsiyyət vəsiqəsi ilə təmin olunmağım barədə müraciət etmişəm. Lakin onlar məni bezdirərək, süründürürlər. Belə ki, əvvəl Bakı şəhərinə gedib Baş Pasport və Miqrasiya idarəsindən arayış almağı tələb etdilər, gedib alıb gətirdim, sonra Lənkəran şəhərinə gedib regional miqrasiya idarəsindən arayış almağı tələb etdilər. Ordan isə mənə bildirdilər ki, sənə sənəd versək, sən ümumiyyətlə şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilməyəcəksən. Mən başa düşə bilmirəm, bu, nə biabırçılıqdır? Azərbaycan zabitinə qarşı belə münasibətbəsləmək olarmı?"

Əmir Abasov yazır ki, 10.02.2016-cı ildə bu barədə bir çox orqanlara şikayət eydikdən sonra onu çağırıb, bir neçə sənəd siyahısı veriblər: "Mən isə bütün sənədləri toplayıb gətirib verdim, buna baxmayaraq, yenidən mənim sənədlərimi Azərbaycan Respublikası vətəndaşı olub- olmamağımı araşdırmaq üçün Dövlət Miqrasiya Xidmətinə araşdırmaq üçün göndərdilər.
Qeyd etmək istəyirəm ki, mən ömür boyu heç bir xarici dövlətdə olmamışam, vətənim Azərbaycan Respublikasına tibb xidməti zabiti kimi xidmət etmişəm, mayor rütbəsi ilə hərbi briqadanın tibb xidməti rəisi vəzifəsində olmuşam, daim düşmənlə təmas olan ərazilərdə xidmət etmişəm, hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq idarə və təşkilatları mənim Azərbaycan Respublikası vətəndaşlığıma şübhə ilə yanaşırlar, əgər mən Azərbaycan Respublikası vətəndaşı deyiləmsə, necə ola bilər, daim mühüm əhəmiyyətli düşmənlə təmas xəttində olan hərbi hissələrdə xidmət etmişəm, bir çox məxfi və qeyri-məxfi sənədlərlə işləmişəm?".

Şikayətçi hesab edir ki, bütün bunlar Azərbaycan Respublikasının ehtiyatda olan bir zabitnə qarşı məmurların süründürməçiliyi, ədalətsizliyidir və buna son qoyulmalıdır: "Mən Azərbaycan Respublikasına xidmət eməyimə, azərbaycanlı olmağıma baxmayaraq, gedib başqa bir dövlətdən sığınacaq istəməliyəm?"

Daha sonra şikayətçi yazır: "Hörmətli Prezident, cənab Ali Baş Komandan!Sizdən xahiş edirəm ki, mənin tez bir zamanda Biləsuvar rayon Baş Pasport, Qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmağım barədə müvafiq göstəriş verəsiniz".

İstefada olan mayor bildirir ki, əgər Biləsuvar rayon Baş Pasport Qeydiyyat şöbəsi onu şəxsiyyət vəsiqəsi ilə təmin etmək məsələsini həll etməzsə, o, bir çox beynəlxalq təşkilatlara müraciət etmək məcburiyyətində qalacaq.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda iki erməni şəxsiyyət vəsiqəsi aldı

    Bakıda iki erməni şəxsiyyət vəsiqəsi aldı ...

    18-01-2013, 11:00

  • 
  • Gəncədə saxta şəxsiyyət vəsiqəsi alma faktının üstü açılıb

    Gəncədə saxta şəxsiyyət vəsiqəsi alma faktının ...

    12-11-2013, 14:26

  • 
  • Yanan bina sakinlərinə yeni şəxsiyyət vəsiqələri verildi

    Yanan bina sakinlərinə yeni şəxsiyyət vəsiqələri ...

    26-05-2015, 12:50

  • 
  • Şəxsiyyət vəsiqələrində YENİLİKLƏR gözlənilir

    Şəxsiyyət vəsiqələrində YENİLİKLƏR gözlənilir ...

    6-02-2017, 23:41

  • 
  • “Xəstəxanalarda şəxsiyyət vəsiqələri yığılır”

    “Xəstəxanalarda şəxsiyyət vəsiqələri yığılır” ...

    9-10-2013, 11:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu