GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Flora Kərimovaya efir qadağası: itirən telekanallardır

Flora Kərimovaya efir qadağası: itirən telekanallardır

Tarix: 17-05-2017, 16:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 697
Flora Kərimovaya efir qadağası: itirən telekanallardır


Bir vaxtlar Xalq artisti Flora Kərimovanın efirə biraxılmadığı hərkəsin yadındadır. Özü də bu uzun müddət davam etdi. Səbəbi isə bəlli idi. Flora Kərimova müxalif siyasi partiyalardan birində təmsil olunurdu. Şübhəsiz ki, o zaman Flora Kərimovanın bədxahları da bu faktdan ona qarşı istifadə edir, onun efirə buraxılmamasına çalışırdılar. Flora Kərimova ilə mərhum müğənni İlhamə Quliyeva ilə arasındakı konflikt də bu məsələdə az rol oynamamışdı. Amma sonradan nə yaxşı ki, bəzi telekanal rəhbərləri Flora Kərimova kimi əvəzsiz bir sənətçini efirə buraxmamağın nə qədər yanlış bir addım olduğunu dəyərləndirə bildilər. Əlbəttə, Flora Kərimovanın efirə buraxılmamasının ən böyük zərbəsi Azərbaycan musiqisinə, eləcə də Flora xanımın pərəstişkarlarına dəyidi.Nəhayət, uzun müddətlik qadağa aradan qaldırıldı, bütün telekanallar Flora Kərimovaya "yaşıl işıq" yandırdı. Bundan isə qazanan hamı oldu: həm həmin televiziyalar, həm də xalqımız. Elə ATV-də Nanə Ağamalıyevanın verlişini xatırlatmaq kifayətdir. Flora xanım orada ekspert qismində iştirak edirdi.
Ancaq artıq xeyli vaxtdır ki, Flora Kərimovaya yenidən efir qadağası qoyulub. İndi Nanənin proqamı da etiraf etmək lazımdır ki, Flora xanımsız o qədər də maraqlı deyil. Təkcə ATV-nin deyil, yenə də bütün telekanalların qapıları Flora Kərmovanın üzünə bağlanıb. Çox təəssüf...


Səbəbinə gəlincə, Xalq artisti Flora Kərimova bunu açıq şəkildə çoxdan bəyan edib. Onun sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi… Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına… Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara… Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda… Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.

Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. Efir qadağası da məhz bundan sonra tətbiq edilməyə başlanıb.

Flora Kərimova Zeynəb Xanlarovanın telekanal rəhbərlərinə təsir etdiyini düşünür: "Zeynəb Xanlarova məndən uşaq kimi şikayət edib. Cürəti çatmır ki, mənimlə danışsın, suallarıma cavab versin, kişi kimi mənimlə döyüşsün. Amma əlaltı məndən ora bura şikayət edir".

Xalq artisti Zeynəb Xanlarova ilə konfliktin necəyarandığına da aydınlıq gətirib: "Bizimyol saytından zəng gəlmişdi, müsahibə istəyirdilər. Səhhətim yaxşı deyildi deyə, razı olmurdum. Sonra hörmətli bir şəxs zəng elədi, xahiş etdi deyə, mən də razılaşdım. Jurnalistləri gətirib, gəldi bizim bağa ... Söhbətə başladıq. Bu aləmdə olan insanların etibarsızlığından söhbət düşdü. Zeynəb Xanlarovadan danışdıq. Amma mən bunu müsahibə üçün demədim, yəni etibar edib, aramızda söhbətləşdik. Məlumat mətbuata yayılıb, mən dediyimi inkar etmirəm. Zeynəb Xanlarovanın sənəti, səsi yoxdu. Bəli mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz görərsiniz ki, Zeynəb Xanlarova "xoruz" buraxırdı, xoruzsuz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm o səhnəyə mədəniyyət gətirə bilmədi !

Zeynəb Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı".

Sonra Ələkbər Tağıyevin mahnılarını oxudu və onunla da zirvəyə qalxdı. Çünki H. Əliyev cənablarının xoşu gəlirdi həmin mahnılardan ... Heydər Əliyev böyük adam idi ki, Zeynəb Xanlarovanı bağışladı. SSRİ xalq artisti adını da ona Heydər Əliyev verdirdi... O da utanmadı, arsız-arsız gedib Əziz Əliyevin evində yaşadı. Mən nə deyirəm haqlı deyirəm, düz deyirəm. Zeynəb Xanlarova ağzını açsa, Şəki məsələsini yadına salaram. Heydər Əliyev sayəsində onu Türkiyədə əl üstündə qarşıladılar. Bir sözlə Z. Xanlarovanın çörəyi dizi üstündədir".

Flora Kərimova iddia edir ki, Zeynəb Xanlarova dəfələrlə onu təhdid edib:

"Məni təhdid etdirirdi. Ərinə ona buna zəng elətdirirdi... Axırda bezdim, dedim ki, mən ər çörəyi yeyirəm. Heç kəs məni qorxuda bilməz bu həyatda ... Bizim onla ədavətimiz onun ikiüzlüyündən sonra başladı. Onun mənə qarşı səhvi bir olmayıb, iki olmayıb, çox olub. Onu nə müğənni, nə də millət vəkili olaraq qəbul etmirəm. O siyasətçi ola bilməz".

Təəssüf ki, Flora Kərimovanın efirə buraxılmamasında jurnalist həmkarlarımızın da rolu var. Onlar etik normaları gözləmədən Flora xanımın geniş publika üçün demədiyi sözləri tirajlayıb, sanki iki sənətkarın arasında bilərəkdən konflikt yaratmaq istəyiblər. Çox təəssüflər olsun ki, buna nail da olublar. Təəssüf doğuran bir də telekanallarımızın bu məsələyə obyektiv yanaşmaması, tərəf tutması, Flora Kərimovanı efirə buraxmamasıdır. İtirən isə yenə də xalq, sənət və həmin telekanllardır... Amma gəlin, ümid edək ki, yaranmış bu münaqişə aradan qaldırılacaq, Flora xanıma efir qadağası aradan qaldırılacaqdır.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Telekanallar Flora Kərimovaya qadağa qoyub

    Telekanallar Flora Kərimovaya qadağa qoyub ...

    13-01-2017, 23:24

  • 
  • Flora Kərimova qabırğasını sındırdı

    Flora Kərimova qabırğasını sındırdı ...

    31-08-2015, 21:14

  • 
  • Flora Kərimova gözündən əməliyyat olundu – Əməliyyatdan FOTOLAR

    Flora Kərimova gözündən əməliyyat olundu – ...

    26-01-2017, 11:22

  • 
  • Flora Kərimova: "Heç kim bir daha zəng etməsin"

    Flora Kərimova: "Heç kim bir daha zəng ...

    25-02-2016, 14:53

  • 
  • Flora Kərimova Zeynəb Xanlarovanı parodiya etdi - video

    Flora Kərimova Zeynəb Xanlarovanı parodiya etdi - ...

    22-02-2017, 00:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (393)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu