Elçin Quliyev məhkəmədə faktlar açıqlamaq istədi, özünü çıxılımaz vəziyyət saldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. “Gündəm Xəbər” bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zaur Əzimov ifadə verib. Zaur Əzimov bildirib ki, Amil Yusifov ilə birlikdə siqaret məhsullarının satışı ilə məşğul olub. Onun sözlərinə görə, 2015-ci ilin təxminən yanvar- fevral aylarında ləğv edilmiş Milli Təhlükəsizlik Naziriyinin Binəqədi rayon idarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib: “Nəticədə bizə məxsus 100 qutu siqaretin saxlanılıb və MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb”. Zərərçəkmişin sözlərinə görə, bundan sonra “Range Rover” markalı avtomaşı da əlindən alınaraq həmin idsrəyə aparılıb: “Mən də həmin idarəyədəvət olunaraq sorğu-sual olundum. Amil Yusifovun da həmin problemi tanışı vasitəsi ilə MTN-nin Binəqədi rayon idarəsində həll edib”. Zaur Əzimov qeyd edib ki, onun həbs edilməməsi üçün külli miqdarda pul tələb olunub. O, deyib ki, MTN əməkdaşları tərəfindən telefonu qanunsuz olaraq dinlənilib. Təqsirləndirilən Elçin Quliyev zərərçəkmişin ifadəsinə münasibət bildirib. O, Zaur Əzimovu siqaret qaçaqmalçılığında ittiham edib: “Siz kontrabandalıqla məşğul olurduz. Buna görə də idarə tərəfindən əməliyyat keçirilib, telefonlarınız dinlənilib, barənizdə tədbir görülüb”. Zaur Əzimov isə öz növbəsində həbsdə olan generalı suçlayıb: “Əgər biz kontrabandalıqla məşğul olmuşuq, cinayət törətmişik. Onda bizi niyə həbs etmirdiz? Bizim pulumuzu alırdız, sərbəst buraxırdız? Məqsəd bizdən pul almaq olub”. Növbəti məhkəmə iclası iyunun 23-də davam edəcək. “GX” qeyd edir ki, qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?