GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tərbiyəsiz məmur balaları atalarının başını yeməkdədir - Şok təfsilat

Tərbiyəsiz məmur balaları atalarının başını yeməkdədir - Şok təfsilat

Tarix: 18-07-2017, 15:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 315
Tərbiyəsiz məmur balaları atalarının başını yeməkdədir - Şok təfsilat


İlham Əliyev hakimiyyətdəki vəzifəli şəxslərin qudurğan uşaqlarına qarşı amansız mövqedədir - onlar həbsə, valideynləri kreslodan evə gedir...


İsmayıllı hadisələrini təkrarladacaq general Novruzəli Orucovun xuliqan oğlunun həbsi və özünün işdən qovulması ilə məsələ bağlanmadı, əməlləri araşdırılır - Detallar

General Novruzəli Orucovun oğlu Rüstəmin xuliqanlığa görə həbs edilməsi və atasının işdən qovulması hakimiyyətdəki bir sıra məmurlara növbəti dərs oldu desək yanılmarıq. Çünki beləsi olmamışdı və ölkə başçısı çox ciddi bir cəza verdi.
“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, prezidentin son müşavirədə icra başçılarına xəbərdarlıq etməsi və məmurlara sərt mesajlar verməsinin ardınca qeyri-rəsmi təlimatlar olub.

Ölkənin məmur korpusunun nəzərinə çatdırılıb ki, sentyabrdan iqtidarın daxili siyasətində yeni strategiya yürüdüləcək.

Bu siyasi kursa zidd fəaliyyət göstərən qüvvələr komandadan qovulacaq və onlara amansız münasibət nümayiş etdiriləcək.

Necə ki, bu günə qədər neçəsi ağır şəkildə cəzalandırılıb və prezident gözünü qırpmadan onlara lazımi yerini göstərib.

General N.Orucovun da oğluna görə vəzifədən çıxarılması başqalarına bir görk idi: kim avtoxuliqanlıq edəcəksə, kim əhalini aşağılayacaqsa, kim nizam-intizamlı olmayacaqsa, harınlıq, qudurğanlıq, lovğalıq, dikbaşlıq edəcəksə özü həbsə gedəcək, atası da vəzifəsindən evinə...

Odur ki, indi general evdə televizora baxır, oğlu dörd divar arasında cəza çəkir – avtobus şoferinə qarşı etdiyi qudurğanlığın ucbatından.


Hakimiyyət kluarlarında gedən müzakirələrə görə, general Orucovun fəaliyyəti araşdırıla bilər. Onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində hansı korrupsiyaya yol verdiyi təftiş edilə bilər.

General oğlunun özbaşınalığının güdazına gedib və eynilə İsmayıllı hadisələrinə bənzər olay yaşanıb.

Xatırladaq ki, İsmayıllıda keçmiş əmək naziri Füzuli Ələkbərovun oğlu Vüqarın içkili halda qəza törətməsi, vurduğu maşının sürücüsünü dostları ilə birlikdə döyməsi və rayon camaatını təhqir etməsi bölgəni ayağa qaldırmışdı.

Ondan sonra məlumdur ki, rayonda icra başçısı olan əmisi Nizami Ələkbərov və nazir atası vəzifəsindən qovuldular.

Generalın oğlu da demək olar ki, eyni qanunsuzluğa yol verib. Sadəcə, bu dəfə əhalinin ayağa qalxmasına ehtiyac qalmayıb. Ölkə rəhbərliyi dərhal qudurğan məmur övladını cəzalandırıb.
Bu arada, generalın fəaliyyətinin təftiş edilə bilməsi xəbəri də yayılmaqdadır. Bildirilir ki, bir qrup Qarabağ müharibəsi iştirakçısının iddia etdiyi – “Orucov Füzulidəki döyüşlərdə iştirak etməyib” məsələsi araşdırıla bilər.

Qazilərin adından mətbuatda yayılmış və zamanında Orucov tərəfindən bir çox saytlardan sildirilmiş həmin materialda deyilirdi:

“Biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib.

Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”.

Bundan başqa, A.Rəhimov və müavini olmuş Novruzəli Orucov rəhbərlik etdikləri qurumu korrupsiya yuvasına çeviriblər. Bu gün də həmin qurum “niqdonı” bilet alveri ilə məşğul olmaqda ittiham edilir.

Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdi.

Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq milyoner “iş adamına” çevrilib.

Hərbi bileti təxminən 4500 - 5000 manat arasında satan İlqar Əlimirzəyevin həmçinin Qəbələdə villa biznesi ilə də məşğul olduğu bildirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda xidmət edirlər.
“Gündəm-Xəbər”in məlumatına görə, N.Orucov A.RəHimovun postuna göz dikmişdi. Generallar arasında bu vəzifə uğrunda mübarizə gedirdi.

Ancaq müavin rəisə bata bilmədi. Onu himayə edən Vahid Əliyev isə PA-dakı vəzifəsini itirdi. Bir tərəfdən də oğluilə bağlı məsələ onun ümidlərini yerə vurdu.

Bundan sonra Orucova vəzifə veriləcəyi inandırıcı deyil. Deyilənlərə görə SHXDÇDX-də bəzi şöbə və rayon idarə rəisləri Orucəli Novruzova “rəis” deyə müraciət edirlər.

Bu müraciətləri ilə onlar Arzu Rəhimovu rəis kimi görmək istəmədiklərinə eyham vurmaqla yanaşı, Orucəli Novruzovu bu postda görmək istədiklərini bildirmiş olurlar. Düzdür, iddia olunan bu məlumatın nə dərəcədə gerçək olduğunu bilmirik.

Ancaq bununla belə Arzu Rəhimovla Orucəli Novruzovun arasının soyuq olduğu strukturda hamıya aydırdır.

Orucəli Novruzov zaman-zaman SHXDÇDX-nin rəis olmaq üçün mümkün olan bütün əlaqələrindən istifadə edib.

Məlumatlara görə, bir zamanlar qılıncının dalı da, qabağı da kəsən sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qrupunda yer alan Novruzəli Orucov rəis olmaqdan ötrü Ziya Məmmədovdan da kömək istəyib.

Ziya Məmmədov isə bu məsələdə Novruzəli Orucova lazımi dəstəyi verəcəyini deyib. Lakin indi hər iki məmur vəzifəsindən uzaqlaşdırılıb.

Novruzəli Orucov bir zamanlar xidmət rəisi olmaq üçün Ziya Məmmədovdan olduğu kimi, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəstəyini ala bilmişdi.

Həmin dövrdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışan Novruzəli Orucovun yeni yaradılan quruma rəis təyin olunması demək olar ki, an məsələsi idi.

Ziya Məmmədovla Vahid Əliyevin hakimiyyətin yuxarı instansiyalarında N. Orucov barəsində formalaşdırdıqları müsbət rəy və bəzi media orqanlarında Arzu Rəhimova qarşı geniş miqyaslı hücum öz işini görməkdə idi. İndi heç biri vəzifədə deyillər.
Məsələnin mahiyyəti başqadır və söhbət qudurğan məmur balalarının yüz minlərlə dollarlıq maşınlarda heç bir qaydalara məhəl qoymadan şütüyərək sözün əsl mənasında terror əsdirməsindən gedir.

Belələrinin şəhərin mərkəzində saatda 180-220 kilometr sürətlə şütüyərək sfetoforun qırmızı işığında keçməsi və qəza törətməsi, yaxud hansısa mağazaya, kafeyə girməsi barədə çoxsaylı insidentlər qeydə alınıb.

Qudurğan məmur balaları təkcə yüksək sürətlə şütüyüb qarşısına keçənləri tapdalamır, onlar elə-belə, kefləri yaxşı olanda qarşılarına keçənləri gülləyə də tuta bilirlər.

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını demişdi.

Belə görünür ki, qudurğan balalar ataları işdən çıxarılandan sonra da puldan korluq çəkmirlər və əvvəlki kimi arxayındırlar.

Prezidentin öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurlarının vəzifədən çıxarılacağı ilə bağlı bəyanatı xalq tərəfindən dəstəklənir və biz də bu çağırışa qoşuluruq

Son vaxtlar bəzi məmur balalarının atalarına vurduğu zərbələrin şahidi oluruq. Məmur balaları millətin, xalqın taleyindən çox, öz valideynlərinin taleyini düşünməlidir. Ən dəhşətlisi odur ki, bəzi məmurlar övladlarını ərköyün böyüdür.

Tərbiyəsiz məmur balaları atalarının başını yeməkdədir - Şok təfsilat


Əslində isə onların övladları vətənpərvər olmalıdır. Bu gün baş verənlərin hamısı əvvəldən qoyulan yanlış tərbiyənin nəticəsidir.

Eyni zamanda vaxtından qabaq yaşına uyğun olmayan təminatla bağlı olan məsələlərdir. Biz prezidentin bu çağırışına qoşuluruq. Bu çağırış bütün millətin və xalqın ürəyindəndir.

Hətta bəzi məmurların da özlərinin də ürəyindəndir. Yerdə qalanlar işdən çıxarılan hər bir məmurdan öyrənməlidir, onlandan ibrət götürməlidir. Birinin oğlu sürətlə maşın sürür, bir ailəni öldürür, o biri ictimai nəqliyyatda sürücünü döyür və s.

Bunlardan bir nəticə çıxarılmalıdr. Məmur düşünməlidir ki, bu məsələ böyüyüb prezidentə çatar və onu cəzalandırarlar. Çox təəssüf ki, bəziləri gözü çıxan qardaşlarından, "podval"a düşənlərdən, vəzifədən qovulanlardan dərs götürmür

Dövlət bu insanlara tapşırılır, prezident onlara etimad edib vəzifəyə təyin edir. Bizim kifayət qədər övladı əxlaqlı olan məmurlarımız var. Elə məmurlar var ki, onlar Azərbaycanın ictimai-siyası həyatında mühim rol oynayır.

Övladları dövlətin inkişafına təkan verən beynəlxalq təşkilatlarda fəaliyyət göstətir. Bir dəfə də olsun adları hallanmır.

Tərbiyəsiz böyüyən məmur övladlarının hamısı valideynlərinin başını yeyəcək. Buna görə də diqqətli olmaq və əxlaq normalarına əməl etmək lazımdır.

Ümid olunur ki, məmurlar uşaqlarına çəki-düzən verəcəklər. Əks halda daha ağır fəsadlar verə bilər. Generalın oğlu az qala İsmayıllı hadisələrinə oxşar olay yaradacaqdı.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında bildirib ki, öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq. Hər halda bu dəfə prezident daha böyük bir dərs vermiş oldu.

Aslan Nəsirov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General generaldan pul alırmış..

    General generaldan pul alırmış.. ...

    18-07-2017, 11:42

  • 
  • General Novruzəli Orucov işdən çıxarıldı - SƏRƏNCAM

    General Novruzəli Orucov işdən çıxarıldı - ...

    11-07-2017, 18:45

  • 
  • Prezident generalı - xuliqan oğul atasını işdən çıxardı

    Prezident generalı - xuliqan oğul atasını işdən ...

    11-07-2017, 21:14

  • 
  • Deputat Əliağa Hüseynov prezidentin işdən çıxardığı generalı müdafiə etdi

    Deputat Əliağa Hüseynov prezidentin işdən ...

    12-07-2017, 14:11

  • 
  • Prezidentin işdən çıxardığı general fərari olub?

    Prezidentin işdən çıxardığı general fərari olub? ...

    13-07-2017, 13:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (199)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu