Eldar Mahmudov dəstəsinin törətdiklərindən sonra MTN ləğv olunsada cəmiyyətdə belə rəy yaranmışdı ki, bununlada hüquq-mühafizə orqanlarına inam yaratmaq mümkün olmayacaq. Hətta peşəkar mütəxəssislərdə bu fikirdə idilər və yeni yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin uğur qazanması, inamı geri qaytarması çox çətin olacaq. Bəs bu gün necə DTX ümidləri doğrulda bildimi? Aparılan monitorinqlər təsdiqləyir ki, DTX ona olan inamı tam doğrultmağa nail oldu.
DTX rəisi Mədət Quliyevin cəmiyyətə açıq olması ilk növbədə DTX-in nüfuzuna müsbət təsir göstərdi. Mədət Quliyev rəis kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətə mesaj verdi ki, DTX-in fəaliyyətinin önəmli hissəsi terrorla mübarizəyə həsr olunacaq. Bu günə qədər keçirilən əməliyyatlarda sübut etdi ki, DTX terrora qarşı sərt mübarizə aparır və bir neçə terrorçu həbs edildi, fiziki baxımdan məhv edildi. Bu DTX-in ciddi uğurlarından birincisidir. DTX-in fəaliyyətində diqqəti cəlb edən başqa bir nüans isə reketliklə məşğul olanlara qarşı atılan addımlar oldu. Bu günün özündə bir neçə reket jurnalist həbs edilib və belə görünür ki, bunlar çox ciddi bir şəbəkə yarada biliblər və minlərlə insanı daim şantajla basqı altında saxlayıblar. DTX-in atdığı addımlar nəticəsində isə bir durulma prosesi gedir və yəqin ki, proses bundan sonrada davam etdiriləcək. Nəhayət DTX-in həlledici uğurlarından biri də vətən xainlərinin ifşası ilə bağlı oldu. Məhz bu əməliyyatdan sonra cəmiyyətdə DTX-ya olan inam tam bərpa olundu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?