Türkiyədə bir ailənin dramı eşidənləri dəhşətə gətirib.
Adı gizli saxlanılan qız anası və atası tərəfindən bir neçə dəfə fahişəliyə məcbur edildiyini söyləyib.
Dəhşət dolu reportajda saytın əməkdaşı bir qızın valieyinləri tərəfindən başına gətirilən amansız hadisədən danışıb:
"18 yaşı yeni tamam oldu. Adını verə bilmirəm, hazırda dövlət himayəsindədir.
O, öz anası tərəfindən fahişəliyə məcbur edilir. Valideyinləri böyük qadın alveri şəbəkəsiylə əlbirdir. Və öz övladlarını qurban verməkdə pis bir şey görmürlər, eyni şəkildə bacılarını da...
Bacısı - qızın xalası qaçmağı bacarır, amma azyaşlı qız nə zaman qaçsa da, yenidən evə geri qaytarılır.
Qız ananın əlindən qaçıb polisə sığındığı zaman, ata gedib yenidən evə gətirir. Hüquq-mühafizə orqanları əməkdaşları "Bu, qızın anası, atasıdır!" deyib, qızın şikayətlərini ciddi qəbul etmirlər. Nəhayət, qız xalasının yanına qaçmağı bacarır. Türkiyə Qadın Dərnəkləri Federasiyasında bu iki qadının şəxsiyyətləri, ünvanları dəyişdirilərək başqa bir şəhərə aparılır... Lakin nəticədə, bu iki qadını qorumağa çalışan dövlət elə bir səhv edir ki, ünvanlarını, yaşadıqları şəhəri, yeni adlarını, anasına və birləşdikləri şəbəkəyə bildirmiş olurlar... İndi onlar bu şəbəkənin təhdidindən nə edəcəyini bilmirlər. Bir şey başlarına gəlsə, kim məsuliyyət daşıyacaq?"
Özünü təqdim et.
- 18 yaşım var. Mən Türkiyənin cənubunda bir adada doğulmuşam. Liseyin 2-ci sinifinə qədər oxudum, sonra məktəbdən çıxartdılar.
Necə bir ailən vardı?
- Nə ailəsi, nə valideyn... Biz üç bacıyıq. Bacılarımdan birinin 16, birinin isə 4 yaşı var. Bacılarımı da bu insanlardan xilas etməyə çalışıram. Normal bir evimiz olmadı. Atam və anam spirtli içki və dərmanlardan istifadə edirdi. Evə girib, çıxanların sayı-hesabı yox idi. Qadın, kişi əlindən, dava-dalaşdan, səs-küydən, şiddətdən, hər cür pisliyi görmək mümkün idi. Daha açıq demək lazımdırsa, bizim ev fahişəxana kimi istifadə edilirdi.
Daimi bir evimiz olmadı. Evi tez-tez dəyişirdilər. Ev sahibləri vəziyyətdən xəbər tutanda kirayədən çıxarırdılar. Fahişəxanada böyüyən uşaqlarıq. Valideynlərim özlərini qorumaq üçün mənə istənilən pisliyi edə biləcək insanlar idi. Anam, atam məni satdı. O kişilərə satdı. Fahişəliyə məcbur etdilər.
Gənc yaşlarımda anamı başqa bir kişi, atamı isə başqa bir qadınla görürdüm. Yalnız məni yox, anam xalamı da satdı. Onları idarə edən daha güclü insanlar var. Qızlar üçün bir tələ qururlar və bu qızlar artıq o çirkabdan xilas ola bilmirlər. Bu vəziyyətdə mən və ailəm var idi.
Səni bu çirkaba necə batırdılar?
- 6-cı sinifdə oxuyarkən spirtli içki və siqaretə alışdırdılar. Məni istədikləri şeyi etməyə məcbur etdilər. Qaçmaq istədim, cəhd etdim, hər dəfə evə qaytardılar. 14 yaşımdaykən, mən çox üzr istəyirəm, aybaşı olduğumu anam biləndə evdə bayram idi. Anam: "Qadınlığa ilk addımı atırsan!" dedi. O, çox kişiylə cinsi əlaqənin necə zövqverici olduğunu mənə danışmağa başlayırdı. Necə gözəl həyat olduğunu söylədi. Bu yolla pul qazanmağın da çox rahat olduğunu danışırdı. Qəbul etmək istəmədim. Məni məcbur etdi, etiraz etdim. Evdən qaçmaq planım işə yaramadı, intihar etdim. Ancaq xəstəxanaya çatdırdılar. Heç cürə xilas ola bilmirdim.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?