GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış

Tarix: 26-08-2017, 14:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 608
Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


İctimai-siyasi şəxslər Mehman Əliyevin həbsini pisləyir


Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır.
Mehman Əliyevin həbsinə jurnalistlər, siyasi, ictimai xadimlər münasibət bildirib.

Elçin Şıxlı: “Mehman Əliyevin həbsi hakimiyyətdaxili qrupların savaşının nəticəsidir”

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Mehman Əliyevin həbsini “biabırçılıq” adlandırıb.
Onun fikrincə, Mehman Əliyevin əllərinə qandal vurulması sadəcə dəhşət idi:
“Məgər o, resedivistdir, qaçacaq? Heç nə anlamaq olmur”.
Elçin Şıxlı deyir ki, Mehman Əliyevin həbsilə ölkədə yeni heç nə baş vermir:
“Neçə illərdir aparılan siyasətin son nöqtəsini qoyurlar. Azad mətbuat çoxdan məhv edilib, bir “Turan” İA ilə səs çıxmaz. Ümumiyyətlə, bu agentliyin fəaliyyətinin davam etdirilməsinin də mənası yox idi”.
Elçin Şıxlı iddia edir ki, Mehman Əliyevin həbsi hakimiyyətdaxili qrupların savaşının nəticəsidir:
“Bu mübarizənin qurbanlarından biri hazırda mühacirət həyatı yaşayan Rauf Mirqədirov oldu. Rusiyaya bağlı “beşinci kolon” öz işini görür, hər şey göz önündədir”.

Zərdüşt Əlizadə: “Bu həbsi həyata keçirənlər İlham Əliyevin bədxahlarıdır”

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


Siyasi icmalçı Zərdüşt Əlizadə düşünür ki, Mehman Əliyevin həbsinə göstəriş verənlər Azərbaycan xalqının düşmənləridir. Bu adamlar şəxsən prezident İlham Əliyevin bədxahlarıdır:
“Agentlik direktorunun həbsini istəyənlər Azərbaycan dövlətinə ləkə vurmaq, tənə, tənqid hədəfi edib prezidenti zərbə altında qoymağı özlərinə məqsəd seçiblər. Onsuz da Azərbaycanın adı bədnamdır, medianın, mətbuatın, məhkəmələrin icra hakimiyyətindən asılı olması, insan haqlarının durumu baxımından “qara siyahı”dadır. Mehman Əliyevin həbsi isə Azərbaycan düşmənlərinin ölkə üçün “şahənə hədiyyə”sidir. Ki, gəlin, Azərbaycana növbəti təpkini yönəldin”.
Zərdüşt Əlizadə hesab etmir ki, Mehman Əliyevin həbs qərarı birbaşa İlham Əliyevdən gəlib:
“Bu, elə bir məsələdir ki, həbsi həyata keçirəndə prezidentə məruzə etmirlər. Məruzə edəndə də, Mehman Əliyevin haqqında yanlış məlumat verirlər”.
Zərdüşt Əlizadə deyir ki, Mehman Əliyevin həbsini sifariş edənlər Rusiyaya bağlı “beşinci kolon”dur. Bu adamlar Rusiyaya bağlı olmasaydılar, hakimiyyətdə yüksək təsirə malik postları tutmazdılar. İkinci, onlar istintaqa, məhkəməyə və vergiyə nəzarət edirlər. Bu məmur korpusunun kimlərdən ibarət olduğunu təxmin etmək çətin deyil.

Arif Əliyev: Mənim üçün gözlənilməz oldu

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Turan” İA-nə hücumların gözlənilən olduğunu düşünsə də, Mehman Əliyevin həbsini gözlənilməz sayır:
“Son mərhələdə saytlar bloklandı, amma Mehman Əliyevin həbsini gözləmirdim. Bu, artıq media ilə hökumət arasında qalmış sivil münasibətlərin qalıqlarına həlledici zərbdədir. Məsələ ondadır ki, Mehman Əliyev müstəqil Azərbaycan mediasının əsasının qoyulmasında yaxından iştirak edib, hətta azad mətbuatın tənzimlənmə orqanlarının qurulmasında rolu olub. Onsuz da Mehman bəy istintaq orqanlarından yayınmırdı, bu mənada jurnalistin həbsinə heç bir əsas görmürəm”.
Arif Əliyevin agentlik direktorunun həbsinin hakimiyyətdaxili qrupların qarşıdurmasının nəticəsi olması barədə deyilənləri bölüşsə də, hesab edir ki, bu hadisədə vahid hakimiyyət məsuliyyət daşıyır:
“Düzdür, Mehman Əliyevin sonuncu çıxışlarında hakimiyyət daxilindəki “beşinci kolon”a eyhamlar vardı. Bu məsələləri 5-10 ekspert bilər və izahını verər. Ancaq ictimaiyyətin gördüyü vahid səhnədir, cəmiyyətə izah etmək olmur ki, hakim zümrə “beşinci kolon”la bacara bilmir. Hər halda bu həbs Azərbaycanın adına gələn zərbədir. Ona görə də hansısa hakimiyyət daxilindəki qrupun bu həbsdə “əməyi” olubsa, iqtidara haqq qazandırmazdım. İstənilən halda Azərbaycana zərbədir”.

Eldar Namazov: “Mehman Əliyev həbsə layiq insan deyil”

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


Siyasi icmalçı Eldar Namazov Mehman Əliyevin ölkə daxilində və xaricində tanınmış jurnalist və ictimai xadim olduğunu xatırladaraq bildirib ki, müstəqillik dövründə yeni nəsil jurnalistikanın əsasını rəhmətlik Nəcəf Nəcəfov qoyub. Mehman Əliyev də yeni nəsil jurnalistikasının əsas simalarından biridir və son 30 ildə onun xidmətləri danılmazdır.
“Əgər onun hansısa məqaləsi kimdəsə qıcıq doğurubsa, yazıyla cavab vermək olardı, yaxud rəhbərlik etdiyi agentlikdə vergilərlə bağlı nöqsanlar olmuşdusa, o, bütün sənədləri təqdim etməyə hazır olduğunu demişdi. Yəni bu nöqsanları aradan qaldırmağa vaxt verilərdi, sərt addımların atılmasında məntiq və lüzum görmürəm. Mehman Əliyev həbsə layiq insan deyil. Mən ictimai xadimlərin, jurnalistlərin prezidentə müraciətinə qoşuluram”.
Eldar Namazov Mehman Əliyevin həbs sifarişinin dövlətin maraqlarına cavab verdiyinə inanmır:
“Nə dövlətə, nə hakimiyyətə bu həbs divident gətirmir. Axı o, ağır bir cinayət törətməyib, ölkədən də qaçmağa hazırlaşmır, öz mövqeyini müdafiə etməyə də hazırdır”.

İsa Qəmbər: “Rejim bu həbslə beynəlxalq birliyi danışıq masasına geri qaytarmaq istəyir”

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Mehman Əliyevin həbsində bir səbəb axtarmağın tərəfdarı olmadığını düşünür:
“Birinci səbəb odur ki, rejimin ifadə və söz azadlığını boğmaq siyasəti davam edir. Azərbaycanda azad sözün təmsilçisi olan media strukturlarının tam əksəriyyəti sıradan çıxarılıb, “Turan” İA son mogikanlardandır. İkinci səbəb, bu ilin sonu və 2018-ci il ölkəni gərgin böhran mərhələsi gözləyir. Bu mərhələdə hakimiyyət müstəqil medianın qalmasın ilə barışmaq istəmir. “Turan” İA sakit, təmkinli informasiya yayıcısı olsa da, çox dərin təhlil yazıları verir, iqtisadi göstəriciləri hərtərəfli təqdim etməklə bunun idarəetməylə bağlı olduğunu aydın şəkildə ortaya qoyur. Eyni zamanda deyilməyən bir səbəb var ki, mən o barədə də düşünürəm. Son vaxtlar beynəlxalq təşkilatlar hakimiyyətlə siyasi məhbus bazarlığını dayandırıblar. Əvvəllər rejim siyasi məhbus istehsalıyla məşğul olurdu, tanınmış fəalları həbs edirdi, beynəlxalq təşkilatlar da onların azadlıqlarını tələb edirdi, danışıqlar başlayırdı, bir neçə nəfər azad olunurdu. Hansısa mərhələdə bunu uğur kimi qiymətləndirirdilər, amma ardınca başqaları həbs olunurdu. Məncə, son vaxtlar beynəlxalq təşkilatlar siyasi məhbus bazarlığını dayandırdıqlarından rejim narahatdır. Mehman Əliyev beynəlxalq mediada tanınan, hörmət bəslənilən azsaylı xadimlərdəndir, onun həbsilə beynəlxalq birliyi danışıq masasına geri qaytarmaq istəyirlər. Mən bu ehtimalı kifayət qədər ciddi sayıram”.
İsa Qəmbər iddia edir ki, hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti “beşinci kolon”un nümayəndələridir. Ona görə də hakimiyyətdə xüsusi “beşinci kolon” axtarmaq məntiqli deyil:
“Bəli, hakimiyyətdaxili ziddiyyətlər hər gün dərinləşir, bu prosesin də Mehman Əliyevin həbsinə təsiri ola bilər. Bir daha deyirəm, səbəblər çoxdur, bu da onlardan biridir”.

Rauf Mirqədirov: “Sistem müstəqilliyin bizə bəxş etdiyi dəyərləri məhv edir”

Mehman Əliyevin həbsinə ictimai-siyasi baxış


Mühacirətdə olan jurnalist Rauf Mirqədirov düşünür ki, bütövlükdə məsuliyyət qurulan sistemin üzərinə düşür:
“Azərbaycanda bu cür hadisələr baş verəndə hakimiyyətdə islahatçılar, mühafizəkarlar olduğu qeyd edilir və məsuliyyətin də ikincilərin üzərinə qoyulur. Amma söhbət ayrı-ayrı qruplardan yox, mövcud sistemdən getməlidir. Azərbaycandakı mövcud sistem bütün azadlıqları əzir. Yaxud söhbət yalnız Mehman Əliyevin həbsindən, “Turan”ın bağlanmasından, siyasi, iqtisadi azadlıqların sıradan çıxarılmasından getməməlidir, mövcud sistem azadlıq adına hər şeyi sıradan çıxarır, məsələ belə qoyulmalıdır. Bəli, ümidlərimiz ölür, amma yeni ümidlər yaranmalıdır. “Turan” İA da fəaliyyətini dayandırması acınacaqlı haldır, çünki bu, son azad media istehkamı olmaqla bərabər, müstəqilliyin bizə bəxş etdiyi müstəqil agentlikdir. Sovet dövründə belə şey olmayıb. Son illər görün nə baş verdi, müstəqlliyimizlə gələn azadlıq dəyərləri var, məsələn, təhsildə test sistemi, bu qaydanı sıradan çıxartmaq haqqında rəsmilər açıqlama verir. Bu sistemin məhv edilməsi təhsilin məhvi deməkdir. Mətbuata gələk, “Azadlıq”, “Zerkalo” qəzetləri bağlandı, radioların tezlikləri qapandı, saytlar bloklandı. Son dövrlərdəki fəaliyyətindən hamımızın narazı olduğu, həddən artıq güzəştlərə gedən ANS-in fəaliyyətini dayandırdılar. Bu kanal müstəqil televiziyanın qaranquşu idi, amma bağladılar. Sadaladıqlarım sistemin yarıtmaz və qüsurlu olduğunun göstəricisidir. Bəlkə də Mehman Əliyev apelyasiya mərhələsində azad olunacaq, amma sistem qalacaqsa, bu da heç nəyi dəyişməyəcək, sistemin qalması Azərbaycanın gələcəyi ilə bağlı təhlükədir. Bu təhlükə odur ki, sistem cəmiyyətdə nifrət yaradır. Baxın, vaxtilə hakimiyyətdə olan şəxslərə, onlar əzici sistemin “vintləri”ydi, amma təqib olunanda azad mətbuata üz tutdular. Rəsul Quliyev, Fərhad Əliyev, Əli İnsanov, Akif Çovdarov. Əli İnsanovun jurnalistə “konkret rədd ol” deməsi unudulmayıb, amma yenə də sonda azad mətbuata üz tutdu. Bu gün hakimiyyətə xidmət edən media orqanları sabah başqa bir hakimiyyətə xidmət edəcəklər. Ancaq azad media tamam fərqli hadisədir, onun təmsilçiləri qalsaydı, başqa mənzərə yaradacaq və təqibə məruz qalanların sözlərini çatdıracaqdılar. Bütövlükdə belə baxmalıyıq: azad medianın, jurnalistikanın sıradan çıxarılması ilə Azərbaycanın gələcəyi zərbə altına qoyulur”./Bastainfo.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30

  • 
  • Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib

    Turan agentliyinin direktoru Mehman Əliyev 3 ...

    25-08-2017, 20:36

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – MEHMAN ƏLİYEVİN HƏBSİNDƏN SONRA

    ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – ...

    25-08-2017, 12:20

  • 
  • RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb

    RATİ Mehman Əliyevin azadlığa buraxılmasına ...

    25-08-2017, 19:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu