GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fransa mətbuatı Mehman Əliyevin həbsindən yazdı

Fransa mətbuatı Mehman Əliyevin həbsindən yazdı

Tarix: 27-08-2017, 12:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 470
Fransa mətbuatı Mehman Əliyevin həbsindən yazdı


Fransanın nüfuzlu qəzeti Liberation “Azərbaycanda yeganə müstəqil informasiya agentliyinin direktorunun həbsi” adlı məqalə dərc edib.


gundemxeber.az muxalifet.az-a istinadən məqaləni təqdim edir:

“Turan” 2003-ci ildən etibarən ölkəni idarə edən Prezident Əliyevin hakimiyyətini tənqid edən bir neçə mətbuat orqanlarından biridir.Turan Qafqazın keçmiş sovet respublikasının yeganə müstəqil mətbuat agenti idi. Turan direktorlarının 24 avqustda həbs edilməsindən və hesablarının Azərbaycan məhkəməsi tərəfindən dondurulmasından sonra fəaliyyətinin dayandırılmasını elan edib. Agentlik öz ana səhifəsində fəaliyyətlərinin dayandırılmasına və direktorları Mehman Əliyevin həbsinə olan beynəlxalq reaksiyaları qırmızı hərflərlə yayımlayır. Prokurorluq təxminən 19000 avro məbləğində vergi ödənilmədiyini iddia edən bir araşdırma çərçivəsində agentliyin bank hesablarını dondurub. Mehman Əliyev ona qarşı edilən ittihamları inkar edir və bunun qurama bir zərbə olduğunu deyir.
Müstəqil media statusu ilə Turan hakimiyyətə qarşı tənqidin əsas səsi idi. Bu neftlə zəngin kiçik ölkənin hakimiyyəti keçmiş KQB zabiti və ölkəni 80-ci illər və 1993-2003 illərdə idarə edən Heydər Əliyevin ölümündən sonra, 2003-ci ildən bəri İlham Əliyevin əlindədir. 2013-cü ildə 85 faiz səslə yenidən seçilən İlham Əliyev, bundan keçmiş sovet respublikasında öz hakimiyyətini gücləndirmək üçün istifadə etdi.
2017-ci ilin fevralında Azərbaycan prezidenti hətta həyat yoldaşı Mehriban Əliyevanı ölkənin vitse-prezidenti təyin edib.
Sosial şəbəkələr bu məhdudiyyəti qismən aradan qaldıra bilsələr də, ümumi nəzarət axtarışında olan rejim həm də KİV-lərin, xüsusilə müxalifətin girişinin olmadlığı televiziya və radionun idarəsinə etibar edir.
Azərbaycan hakimiyyəti son illər media pluralizasiyasına son qoymaq üçün hər şeyi etdi. 2014-cü ilin may ayında “Zerkalo” qəzeti nəşrini dayandırmalı olub. 2014-cü ilin sonunda “Radio Free Europe/Radio Liberty”nin Bakıdakı (paytaxt) ofisi bağlanıb.
Son müxalifət qəzeti olan “Azadlıq” da 2016 sentyabrından etibarən nəşrini dayandırmalı olub. Qəzetin idarəçiləri ölkəni tərk etməyə məcbur olub, və maliyyə direktoru Faiq Əmirov iyul ayının sonunda 3 il 3 ay həbs cəzasına məhkum edilib.
“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Rachel Denber “Liberation”a narahatlığını bildirib: “Turan ölkənin yeganə müstəqil mediası olmuşdu. Bu həbs Azərbaycanda müxalifətin mövqelərini də xeyli zəiflədir”. Agentliyin direktorunun həbsinə gəldikdə isə:”Mehman Əliyev məhkəmə araşdırması zamanı 3 ay müddətinə həbsdədir. O, ona qarşı irəli sürülən ittihamlara görə yeddi il həbs müddətilə üz-üzədir”.
Sərhədsiz Reportyorlar öz saytlarında Mehman Əliyevin “dərhal azadlığa buraxılmasını” tələb edir, onun həbsinin “rejimin Azərbaycanda fəaliyyətdə olan son müstəqil KİV- qarşı təzyiqin qəfildən artması”nı təmsil etdiyini bildirir. Turan öz saytında həmçinin Fransa Xarici İşlər nazirinin Azərbaycanı “azad mətbuat çərçivəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə” və “məhkəmə sisteminin müstəqilliyini təmin etməyə” çağırış edən reaksiyasını təqdim edib.
Mehman Əliyevin həbsi ilə bağlı, analoji materiallar “Le Figaro” və “La Croix” qəzetlərində də dərc edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59

  • 
  • ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – MEHMAN ƏLİYEVİN HƏBSİNDƏN SONRA

    ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – ...

    25-08-2017, 12:20

  • 
  • ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mehman Əliyevi dərhal azad etməyi tələb edir

    ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mehman ...

    27-08-2017, 19:45

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30

  • 
  • RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb

    RATİ Mehman Əliyevin azadlığa buraxılmasına ...

    25-08-2017, 19:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu