GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İqtidarın “5-ci kolon”u Qərbi hakimiyyətin üstünə qaldırdı - Gərginlik

İqtidarın “5-ci kolon”u Qərbi hakimiyyətin üstünə qaldırdı - Gərginlik

Tarix: 29-08-2017, 15:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 974
İqtidarın “5-ci kolon”u Qərbi hakimiyyətin üstünə qaldırdı - Gərginlik


Kremlə bağlı qüvvələrin Mehman Əliyevin həbsi sifarişi beynəlxalq təşkilatları ayağa qaldırdı; ABŞ Dövlət Departamenti, ATƏT və Avropa Şurası “Turan” rəhbərini dərhal azad etməyə çağırdı

Moskva şəbəkəsi Tramp-Əliyev əlaqələrini korlamağa çalışır; prezidentin media siyasətini kimlər baltalayır ? - Pərdəarxası

Azərbaycan hakimiyyəti içərisində “cəza maşını” rolunu oynayan ruspərəstlər beynəlxalq təşkilatları iqtidarın üstünə qaldırır.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı iki həftə ərzində başlanmış prosesin həbslə nəticələnməsi göstərir ki, “5-ci kolon” xüsusi təlimatlandırılıb.
Nala-mıxa bəyanatı
“Gündəm-Xəbər” ötən həftə yazmışdı ki, M.Əliyevə qondarma vergi ittihamının irəli sürülməsinə və cianyət işi açılmasına Prezident Administrasiyasında Əli Həsənovun rəhbərlik etdiyi İctimai-siyasi şöbə hələ də mövqeyini bildirməyib.
Bir həftə keçmədi ki, M.Əliyevin həbsi baş verdi və yenə də reaksiyalar yoxdur. Yalnız Mətbuat Şurasının sədri Əflatun Amaşovun bəyanatı yayıldı.
O bəyanat isə verilməsə ondan daha abırlı olardı. Çünki “Turan” kimi ciddi və müstəqil medianı fəaliyyətsizlikdə suçlayırdı.
MŞ sədri gözəl bilir ki, bu agentlik hansısa göbələk kimi çıxan xəbər portallarından deyil, onun şou informasiya verməklə Feysbukda oxucu toplamağa ehtiyacı yoxdur.
Sadəcə, PA-dan gələn təlimat və Ə.Həsənovun siyasi konyukturasına uyğun addım atan MŞ belə bir bəyantla “nala mıxa” vurmağa çalışdı. Ardınca növbəti çıxışı biabırçılıq oldu.
Ə.Amaşov dövlət başçısı İlham Əliyevə müraciət edərək M.Əliyevlə bağlı məsələni nəzarətə götürməyi xahiş etdi. Bir neçə gün ərzində hansı siyasi ssenarilər yazıldısa, ona adekvat olaraq Ə.Amaşov iki mövqe nümayiş etdirdi.
Beləliklə, M.Əliyevin həbsinin rəzalət olduğunu yuxarılarda da yaxşı dərk edirlər. Onu da anlayırlar ki, siyasi çəkisi, ictimai mövqeyi, peşəkar jurnalistika məktəbi olan “Turan” direktorunun qandallanması Qərb təşkilatlarını hərəkətləndirməkdir.
Bundan sonra rəsmilər beynəlxalq təşkilatları qərəzlilikdə və təzyiq göstərməkdə ittiham edə bilməzlər. Faktiki olaraq, ölkənin mühüm media orqanı rəhbəri həbs edilib.
Amma bu siyasi təxribatın arxasında iqtidar daxilində hegemonluq edən 5-ci kolon üzvlərinin dayandığını demək lazımdır.
Onlar həm Qərb təşkilatlarını ayağa qaldırır, həm İ.Əliyevə təzyiq göstərmək üçün onunla beynəlxalq aləmi qarşı-qarşıya qoyur. Həm də Qərbyönümlü medianı sıradan çıxarmağa çalışırlar.
Qərbi ayağa qaldırmaq

“Gündəm-Xəbər”in məlumatına görə, M.Əliyevə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamların təsdiqlənməsi üçün heç bir fakt və arqument ortaya qoyulmayıb. M.Əliyevin harda, nədə vəzifəsindən sui-istifadə etdiyi açıqlanmır.
Vergidən yayınmaya gəlincə, mediada vergi məsələsində ən məsuliyyətli şəxslərdən biri “Turan” direktoruydu.
Lakin Kremlin qalxanı rolunu oynayanlar Azərbaycan prezidentinin media siyasətini baltalamağa çalışır. Bir ay qabaq prezident tərəfindən jurnalistlərə ev paylanır, indi jurnalist həbs olunur.
Bununla sifarişçi qüvvələr məhz İ.Əliyevin mətbuatla bağlı siyasi kursuna qarşı getməkdədirlər. Axı M.Əliyev haqqında nəinki həbs-qətimkan tədbiri, ümumiyyətlə, heç bir qətimkan tədbirinin seçilməsi üçün qanuni əsas yoxdur?!
Çünki ona verilən ittihamlar əsassızdır. ABŞ prezidenti Donald Tramp demişkən, “fake”dir, saxtadır. “Turan”ın fəaliyyətində qanunsuz sahibkarlıqdan söhbət gedə bilməz.
Həmin maddənin dispozisiyasına görə, təşkilat qeydiyyatdan keçməsə, bu cinayətin tərkibi yarana bilər. “Turan” uzun illərdir ki, qeydiyyatdan keçib.
Yaxud təşkilat lisenziya qaydalarını pozmalıdır, lisenziyası olmamalıdır ki, bu cinayətin tərkibi yaransın.
Hamıya məlumdur ki, KİV-lər lisenziyalı fəaliyyət növü deyil. Bu da o deməkdir ki, Mehman Əliyevlə bağlı məsələdə bu cinayətin tərkibindən danışmaq mümkün deyil.
ABŞ-dan reaksiya
“Gündəm-Xəbər”in məlumatına görə, M.Əliyev sıradan bir media adamı deyil. Ona görə həbsinə yüksək səviyyədə reaksiyalar da gözlənilən idi.
Odur ki, artıq avqustun 27-də, həbsindən cəmi 3 gün sonra gecikmədən ABŞ Dövlət Departamenti Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı bəyanat verib.
Bəyanatda qısa və aydın şəkildə deyilir: “Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu - Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk.
Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır.
Azərbaycan hökumətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.
Biz Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq”.
Bəli, bəyanatda məhz beləcə də qırmızı xətlə keçir - Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu...
Deməli, ABŞ ölkəmizdə medianın hansı vəziyyətdə olmasından xəbərdardır. Yəni, bunu səbrin son daşması kimi qiymətləndirmək də olar.
Əfsus ki, yeni həftə başlanıb, bütün qurumların, təşkilatların, yerli və xarici orqanların M.Əliyev barədə reaksiyaları olub, təkcə PA-da ictimai-siyasi şöbədən başqa...
Tramp-Əliyev əlaqələrinə çomaq
“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, M.Əliyevi həbsdə çox saxlamaq mümkün olmayacaq. Çünki sıradan bir jurnalistin cibinə narkotik atıb həbs etməyiblər.
M.Əliyev kifayət qədər nüfuzlu media rəhbəridir və onun ciddi əlaqələri, hörməti var. Departamentin də çevik və operativ reaksiyası da göstərir ki, bu həbsə laqeyd münasibət olmayacaq.
Baxmayaraq ki, Azərbaycan-ABŞ münasibətləri yenidən yaxınlaşıb, mehribanlaşıb, Trampdan Əliyevə isti mesajlar verilib, buna rəğmən departament bu həbsə çox kəskin mövqe bildirdi.
Deməli, hakimiyyətdəki Moskva qruplaşması öz istəklərinə qismən nail olub- Qərblə prezidentin arasını vurmağa müvəffəq olmaqdadır.
ABŞ Administrasiyasını bu həftə Azərbaycanda həbs olunmuş veteran jurnalist Mehman Əliyevin azadlığı üçün Bakıya təzyiq göstərməsinə çağıran petisiya Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilib.
Petisiya müəllifləri yada salırlar ki, Mehman Əliyevin yeganə "cinayəti" ölkənin sonuncu müstəqil media qurumuna rəhbərlik etməsidir.
Bundan əlavə "Turan"ın keçmiş Sovetlər məkanında yaradılmış ilk müstəqil informasiya agentiyi olduğu da yada salınır.
ATƏT və AŞ-dan etirazlar
“Gündəm-Xəbər”yazır ki, Avropa Şurasının baş katibi Tornbörn Yaqland da Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə əlaqədar bəyanatla çıxış edib.
“Mənə bildirdilər ki, tanınmış jurnalist, Turan agentliyinin direktoru dünən vergidən yayınma ittihamı ilə saxlanılıb. Saxlanmadan öncə Turan-da axtarış aparılıb.
Agentliyin hesabları dondurulub ki, bu da kollektivi sentyabrın 1-dən işi dayandırmağa məcbur edib”, - bəyanatda vurğulanır.
"Avropa Şurası saxlanılan şəxs dövlətin və ya onun vətəndaşlarının təhlükəsizliyinə qorxu yaratmadığı halda lazımsız həbslərə yol verilməməsi üçün cəzaların yumşaldılması istiqamətində Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir.
Bu təşəbbüs prezidentin qərarının tərkib hissəsidir və bu qərar Azərbaycan hakimiyyəti tərəfindən rəsmən Avropa Şurasına təqdim edilib.
Mən Azərbaycan hakimiyyətini Avropa Şurası ilə əməkdaşlıq ruhuna hörmətlə yanaşmağa və demokratik cəmiyyətlə bağlı öz öhdəliklərini tam yerinə yetirməyə çağırıram.
Mətbuat və jurnalistlər təqib və ya əsassız müdaxilə təhlükəsi olmadan öz vəzifələrini sərbəst yerinə yetirmək imkanlarına malik olmalıdır", - T.Yaqland bildirib.
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb, onu dərhal azad etməyi tələb edib.
"Mehman Əliyevin həbsinin siyasi motivli olduğunu hesab etmək üçün bütün əsaslar var və mən Azərbaycan hakimiyyətini israrla jurnalisti dərhal və qeyd-şərtsiz azad etməyə, onun fundamental hüquqlarının pozulmayacağına zəmanət verməyə çağırıram", deyə bəyanatda qeyd edilir.
Dezir qeyd edir ki, istintaq aparmaq və ya Mehman Əliyevin rəhbərlik etdiyi özəl “Turan” agentliyinin işini əngəlləmək üçün jurnalisti həbsdə saxlamağa ehtiyac yoxdur.
Bəyanatda xatırladılır ki, Əliyev vergi ödənişindən yayınmaqda ittiham olunub və müəyyən edilmiş cərimənin ilkin məbləği 18 min avro olub. Amma məhkəmədə daha böyük məbləğin mənimsənilməsi və 60 min manat (30 min avro) məbləğində verginin ödənilməməsi ittihamı irəli sürülüb.
Agentliyin ofisində aparılan axtarışlar və onun bank hesablarının dondurulması kollektivin sentyabrın 1-dən fəaliyyətini dayandırmağa qərar verməsinə səbəb olub.
Dezir avqustun 17-də Azərbaycan hakimiyyətinə ilk müraciətində artıq "Turan”ın işinə və ölkədə fikir plüralizminə təsir edə biləcək hər hansı addımdan çəkinməyə" çağırmışdı.
"Mehman Əliyev media sahəsində tanınmış ekspert və ATƏT tədbirlərinin aktiv iştirakçısı, mütəfəkkir və dərin hörmət bəslədiyimiz həmkarımızdır", deyə Harlem Dezir qeyd edib. O, Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğunu ifadə edib

Zöhrab Təmrazov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mehman Əliyevi dərhal azad etməyi tələb edir

    ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mehman ...

    27-08-2017, 19:45

  • 
  • Rəsmi Vaşinqton Bakıya: Mehman Əliyevi dərhal azad edin

    Rəsmi Vaşinqton Bakıya: Mehman Əliyevi dərhal ...

    27-08-2017, 10:45

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59

  • 
  • Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezidentə müraciət etdi

    Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezidentə ...

    25-08-2017, 13:00

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu