"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.
Məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.
Vəkil Fuad Ağayev bildirib ki, Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.
M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.
M. Əliyev həbsdə saxlandığı yerdə ona normal münasibət göstərildiyini də qeyd edib.
Qeyd edək ki, Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Qazaxıstandan qayıdandan sonra prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq-mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.
Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?