GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovla bağlanan qırılmaz dostluq telləri

Eldar Mahmudovla bağlanan qırılmaz dostluq telləri

Tarix: 2-10-2017, 21:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 531
Eldar Mahmudovla bağlanan qırılmaz dostluq telləri


Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində qohumbazlıq kabusu

Məktəbəqədər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra, bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub. Məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesi bir xeyli çətinləşib.

“Gündəm Xəbər” bildirir ki, bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Az sayda uşaqlar təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir.

Eldar Yunusovun “baxça biznesi”

Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir.

Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.

Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur. Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə E. Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb . Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E. Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edə bilir. E. Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Baxça müdirlərinə nəzarəti və onlardan alınan "haqq" məsələsini də Fuad həyata keçirir. Əgər qanunla nəzərə alsaq ki, dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib olmamalıdır. Məgər bunun nə qədər qanuni olub-olmamasının hüquq-mühafizə orqanlarının araşdırması vacibdir. Açıq-aydın görünür ki, Eldar Yunusovun öz yaxın qohumunu baş mühasib təyin etməsi məqsədyönlüdür.

Əgər Eldar Yunusovun adi məmurun yaşayışından fərqlənən dəbdəbəli, zəngin həyat tərzinə baxsaq bunun heç də halal maaşdan qaynaqlanmadığını görərik. Çünki, sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün E. Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Elə paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlər də onun məmur fəaliyyətindən daha çox bizneslə məşğul olduğunu göstərir.

Eldar Mahmudovla bağlanan qırılmaz dostluq telləri


Müəmmalı İsrail səfərlərinin sirli pərdəarxası

Mötəbər mənbələrin “Gündəm Xəbər”ə bildirdiyinə görə, Eldar Yunusov ildə bir neçə dəfə İsrailə müəmmalı səfərlər edir. Bu səfərlərin sayını bilmək üçün onun xarici pasportuna vurulan möhürləri saymaq kifayətdir. E. Yunusovu İsrailə bağlayan heç də bu ölkənin təbiəti və yaxud tarixi abidələri deyil. Bu səfərlər onun bu ölkədə tək biznes maraqlarını təmin etmək məqsədi daşımır. İsraildə olarkən onun keçirdiyi gizlin, müəmmalı görüşlərin də araşdırılması zəruridir. Bir məmurun belə gizlin görüşləri sıradan bir fakt hesab olunmamalıdır. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən E.Yunusov eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətində İqtisadiyyat komitəsinin sədri vəzifəsini icra edir. O, bu vəzifəni daşımaqla başçısı ilə olan münasibətlərinin daha yüksək səviyyəyə çatmasına nail olmuşdur və o bundan da məharətlə istifadə edərək "sirli" qazanclara sahib çıxmışdır.

Bu gün cidd-cəhdlə gizlətməyə çalışsa da Eldar Yunusovun zamanında MTN şefi Eldar Mahmudovla olan sıcaq münasibətləri də hər kəsə bəllidir. Zamanında E. Mahmudovun adamı olduğunu fəxrlə bildirən, hətta bu yolla külli miqdarda pul qazanan E. Yunusovun oğlu da bu yaxınlıqdan öz nəsibini alıb. Eldar Yunusovun oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb. Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Zamanında bu taborda xidmət etmək üçün 10-15 min manat “şirinlik” tələb olunsa da Yunusovun oğlu bu imkandan havayı yararlanıb. Ümumiyyətlə, adaşların bu dostluğu həm də çoxşaxəli iqtisadi maraqlara söykənib. Bu qarşılıqlı maraqlar hər iki tərəfə kifayət qədər qazanc gətirib.

Ölkəmizin, dövlətimizin gələcəyi məhz məktəbəqədər təhsil müəssisələrində yetişir. Lakin, Eldar Yunusovun yarıtmaz fəaliyyəti bu sahəni məhvə sürükləyir, körpələrimizin təlim-tərbiyə ocaqlarını rüşvət yuvasına çevirir. Rəhbərlik etdiyi sahəyə gəlirli obyekt kimi yanaşması təhsilimizin təməl pilləsini çıxılmaz dalana dirəyib. Nədənsə hamının gördüyü, bildiyi bu faktları aidiyyatlı qurumlar görməzdən gəlirlər. Bu isə daha çox suallara meydan açır. Araşdırmamız davam edir. Növbəti sayımızı izləməyi unutmayın.

Cəfər
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

    Azərbaycanda yeni növ təhsil müəssisələri ...

    15-04-2017, 00:39

  • 
  • Abutalıbovun "Eldar Yunusov" kabusu

    Abutalıbovun "Eldar Yunusov" kabusu ...

    29-06-2016, 16:03

  • 
  • Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı

    Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı ...

    18-11-2013, 15:01

  • 
  • Bağça və uşaq evləri vergidən azad edildi- Sərəncam

    Bağça və uşaq evləri vergidən azad edildi- ...

    4-02-2014, 21:37

  • 
  • Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılacaqmı?

    Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə ...

    19-11-2013, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu