ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bölgəyə səfərlərinin yekununa dair bəyanatla çıxış edib.
Həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin prezidentinin görüşünə hazırlığı müzakirə ediblər.
Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıb.
"Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib", bəyanatda bildirilir.
Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq./amerikaninsesi/org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?