GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR

Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR

Tarix: 10-10-2017, 12:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 207
Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR


Neçə illərdir ki, Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanalları Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd verilişləri efirdən yığışdırmağa çağırır.

Düzdür, Şuranın özəl kanalların yaradıcılıq fəaliyyətinə qarışmaq səlahiyyəti yoxdur. Qurumun sədri Nuşirəvan Məhərrəmli də bunu dəfələrlə bildirib. Ancaq MTRŞ sədri onu da dəfələrlə bildirib ki, telekanallar milli-mənəvi dəyərlərə, xalqımızın mentalitetinə uyğun, onun maariflənməsinə xidmət edən verilişlər hazırlamalıdır. Lakin reallıqda nə baş verir? Yəqin ki, bu suala cavab vermək üçün çox düşünmək lazım deyil. Elə yazının bu yerində televizoru açıb, kanalları bir-bir dəyişmək kifayətdir ki, vəziyyətin nə dərcədə acınacaqlı olduğunu görəsən. Belə anlaşılır ki, MTRŞ ya telekanallarla bacarmır, ya da onun iradları "xala xətrin qalmısın" xarakteri daşıyır. Biz hələ onu demirik ki, bu məsələyə Prezident Administrasiyası səviyyəsində də dəfələrlə münasibət bildirilib. Telekanalların əyləncəyə, səviyyəsiz, şou verilişlərə üstünlük verdiyi, maarifçiliyə xidmət edən verilişlərin sayının az olduğu kəskin tənqid edilib. Xüsusən də 2009-cu ildə bu məsələ xeyli aktuallaşdırıldı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "«Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» sərlövhəli məqalə ilə çıxış etdi. Bu məqalədən sonra millət vəkilləri, akademiklər, ziyalılar televiziya və mətbuatda telekanalların proqram siyasətini kəskin tənqid etdilər. O zaman belə ümidlər vardı ki, telekanallardakı bütün bu biabırçılıqlara son qoyulacaq. Amma həmin kampaniyadan 8 il ötüb. Vəziyyət çoxmu dəyişib? Təəssüflər olsun ki, yox. Səviyyəsiz aparıcılar, çılpaq müğənnilər, bəzi hallarda küçə leksikonu yenə də Azərbaycanının əksər telekanallarının "bəzəyidir".

Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR


Azərbaycan müstəqillik qazanandan bu yana Qərbə, Avropaya inteqrasiya yolunu tutmuşuq. Qərbin, Avropanın dəyərlərini ölkəmizə daşımağa çalışırıq. Ancaq bəzi vaxtlar bu dəyərlər milli-mənəvi dəyərlərimizin yox olub getməsinə gətirib çıxarır. Bu isə bir xalq üçün çox qorxulu haldır. Çünki hər bir xalq özünəməxsuz dəyərləri qoruyub saxlamayanda, sonda mənəviyyatsızlıq, əxlaqsızlıq baş alıb gedir. Bir xalq olaraq Avropadan yaxşı nələr varsa onu əxz etməli, bizim dəyərlərə mənfi təsir göstərənləri isə kənarlaşdırmalıyıq. Gəlin görək bunu bacarırıqmı?
Əsla yox. Özəl televiziyaların əksəriyyəti xarici kanalların efirə verdiyi verilişləri bayağı formada təkrarlamaqla məşğuldurlar. Bu isə o qədər pis və qeyri-peşəkar formada həəyata keçirilir ki, tamaşaçı bu verilişlərdən zövq almaq əvəzinə iyrənir.

Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR


Bəzi televiziya kanalları Azərbaycan vətəndaşını düşündürmək əvəzinə, mənəviyyatsızlıq və əxlaqsızlıq aşılayan verilişlərə üstünlük verirlər. Bu verilişlərin "qəhrəmanları" isə Aygün Kazımovalar, Nadir Qafarzadələr, Namiq Qaraçuxurlular, Röyalar, Xatirələr, Pişik Günellər və daha kimlər, kimlərdir... Eyni simalar hər gün bir-birini təhqir etməklə, evlərini, maşınlarını, geyimlərini belə nümayiş etdirməklə məşğuldurlar. İtlərinə aldıqları 5 min manatlıq aksesuarlardan danışan belə şou-biznes nümayəndələri üçün milli-mənəvi dəyərlər adlı məfhum yoxdur. Onlar üçün para qazanmaqdır ki, buna görə də hər yolun yolçusuna çevrilməyə hazırdırlar.

Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR


Başqalarını başa düşdük, bəs layiq olmadığı halda Xalq artisti adını alan müğənnilərin yüngül davranışlarına nə deyək? Aygün Kazımova xalq artistidir, ancaq o, bizim televiziya və saytlarımızın sayəsində daha çox qalmaqalları, Azərbaycan qadınına yaraşmayan pozalarda fotolar çəkdirib, naməhrəm yerlərini nümayiş etdirməklə gündəmə gəlir. Nə vaxta qədər "Aygün Kazımova yenə soyundu" , "Aygün Kazımovanın qızı İlqarə də soyundu", Aygün Kazımovanın çılpaq şəkili interneti "partlatdı", "Aygün Kazımova alt paltarında pozalar verdi" kimi xəbərlər eşidəcəyik. Bu müğənni haqqında az qala hər gün hansısa neqativ xəbərlər yayılır. Hətta iş o yerə çatıb ki, xalq artisti adını daşıyan Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açıldığı barədə xəbərlər belə adi qarşılanır. Yeri gəlmişkən, bildirilirdi ki, bu barədə Türkiyə mətbuatının yazdığı xəbərlərə görə, Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilir. Aygün Kazımova isə bu xəbərə münasibət bildirərək deyib ki, bunu edən məni istəməyən vəzifəli bir şəxsdir: "Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşımda belə bir “qara piar”la məşğul olur”.

Azərbaycan efirində Aygün Kazımıva ilə başlayan soyunma, sənətini deyil, bədəninin nümayiş etdirmək ənənəsi təəssüf ki, Röya, Səidə Sultan, Nura Suri, Afaq Aslan və digər onlarla "sənətçi" tərəfindən davam etdirilir. Adətən xalq artistləri, məsələn, mərhum İslam Rzayev, Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova yetişdirdikləri tələbələri ilə fəxr edirlər. Doğrudan da onların dərs dediyi, yetişdirdiyi onlarla müğənni indi sənətdə böyük uğurlar əldə ediblər. Aygün Kazımovanın isə sənətə gətirdiyi yeganə "uğuru" səhnədə soyunmaq ənənəsidir ki, ardıcılları da bunu davam etdirirlər. Nə qədər paradoksal olsa da, bu gün Flora Kərimovda da Xalq artistidir, Aygün Kazımova da... Ancaq gözəl səsi və sənəti olan Flora Kərimovaya bütün telekanallarımız yenə də qapısını bağlayıb. Aygünlər yenə də telekanallarda meydan sulayırlar.

Gənclərin əxlaqını pozan müğənni və aparıcılar - FOTOLAR


Belə anlaşılmasın ki, bizim Aygün Kazımova ilə hansısa qərəzimiz var. Sadəcə, bu tip müğənnilərin hamısı haqqında bir yazıda bəhs etmək texniki baxımdan mümkün deyil.
Eləcə də aparıcılar haqqında. Azərbaycanda televiziya aparıcılarının əksəriyyəti efirə buraxılası adamlar deyil. Onların nə fakturasıŞ nə nitq mədəniyyəti, nə savadı, nə də davranış tərzləri buna imkan vermir. Və belə aparıcıların ümumiləşmiş obrazı kimi də "Xəzər" TV-nin "Ay Zaur"undan - aparıcı Zaur Zaur Kamaldan bəhs edəcəyik. Əslində görünən kəndə nə bələdçi. Zatən Azərbaycanda onun necə aparıcı olduğunu bilməyən yoxdur. Ancaq bu adam efirdə elə biabırçılıqlar törədir ki, bu barədə bəhs etməmək mümkün deyil. Onun bir vaxtlar radioda aparıcısı olduğu verilişdə çox biabırcı bir hal baş verdi. Verilişdə söhbət döymə lərdən gedirdi. Zəng vuran dinləyicilərə, xüsusəndə xanım dinləyicilərə "siz də döyürmüsünüz", "sizin döymə döydürənlərə münasibətiniz" kimi sualarla müraciət edir, sanki zəng vuran dinləyiciləri ələ salıb təhqir edirdi. Verilişin sonunda xanım dinləyici Zaur Kamalı rəsmən mat qoydu. o, "İyirmi faizdən çox torpağı işğal olunan və qız- gəlini əsirlikdə olan millətə bundan böyuk nə döymə ola bilər?" deyərək telefonu söndürdü. Bu kimi hallar Zaur Kamalın aparıcısı olduğu istər televiziya, istərsə də radio verilişlərində az olmayıb.

Başqa bir fakt. “Xəzər” televiziyasında müğənni Mətanət Əsədova ilə aparıcı Zaur Kamal arasında maraqlı dialoq yəqin ki, hər kəsin yadındadır. Mətanət Əsədova efirə çağırılan zaman Zaur müğənniyə əsəbləşdi və “bilmirsənmi, məndə bu tərəf işləmir? Birdən çəkərəm səni təpəsi aşağı düşərsən. Mənə niyə belə naz edirsən. Mən nazı-zadı xoşlamıram. Heç vaxt qızların, xanımların nazını çəkməmişəm. Gəl görüm!” dedi. Daha sonra müğənni Mətanət Əsədova mahnı ifa etdi, rəqs etməyə başladı. Zaur isə musiqini dayandıraraq müğənnidən “most”a getməsini istədi. Mətanət Əsədova isə “Mostu saxla, sənin özüvü aparacam o mosta. Qulaq as! Səni alaram başıma, fırladıb, elə most kimi ataram yerə” deyərək hislərini cilovlaya bilmədi, yarı zarafat da olsa aparıcının cavabını verdi.
Təkcə Zaur deyil, şou aparıcılarının böyük əksəriyyəti özlərini efirdə bu cür mədəniyyətsiz aparırlar. Onlar daha çox təlxəkliklə məşğuldurlar - öz lüzumsuz davranışları, fikirlərilə tamaşaçının əsəblərini korlamaqdan başqa nəyəsə yaramırlar. Elə aparıcılar da efirdən bu millətə əxlaq dərsi keçir ki, onun ümumiyyətlə, əxlaqdan danışmağa mənəvi haqqı çatmır.
Maraqlıdır, bəs telekanalların rəhbərləri bütün bunlardan xəbərsizdirmi? Necə xəbərsiz ola bilərlər? Axı bütün bunlar onların rəhbərlik etdiyi televiziyalarda baş verir. Belə çıxır ki, telekanal rəhbərləri özləri bunda maraqlıdırlar. Onlar öz verilişlərini başqa cür baxımlı edə bilmirlər.
Ancaq telekanal rəhbərləri anlamalıdır ki, aparıcılar kanalların sifətidir. Aparıcılar telekanalların ictimaiyyət arasında nüfuzunu artıra da, azalda da bilər. Onların efirdəki davranışı birbaşa telekanalların özlərinin mənafeyi ilə bağlı olan məsələdir. Telekanal rəhbərliyi bu məsələdə daha diqqətli olmalıdır, bu telekanalları daha çox maraqlandırmalıdır.

Yaxud Azərbaycan dövlətinin vəsaiti hesabına başa gələn və telekanallarımizin nümayiş etdirdiyi serialları götürək. Bu seriallara baxan zaman öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirik.
Azərbaycan gəncliyi kimdən və nədən örnək götürməlidir? Bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri haqqında verilişlər hazırlayıb, gənclərə daha çox bilgi vermək əvəzinə, bəzi televiziya kanalları şou-biznesə üstünlük verirlər. Az qala Aygün Kazımovanı qızlarımıza-gələcəyin analarına, Nadir Qafarzadəni isə oğlanlarımıza-gələcəyin kişilərinə örnək olaraq təqdim edirlər. Çoxlarımız isə bu yolun uçurum olduğunu bilə-bilə susuruq. Bəzilərimiz də bunu Avropa dəyərləri kimi qəbul etməyə çalışırıq.

Ancaq bir məsələni yaddan çıxarmamalıyıq ki, müstəqillik qazansaq da, ayaqları tam bərkiməmiş bir dövlətin bu gün möhkəmlənməsi üçün onun gələcəyi sayılan gənclərdə milli vətənpərvərlik ruhunu qaldırmaq lazımdır. Azərbaycanda fəaliyyət göstərən bütün televiziyalarda vətənpərvərlik ruhunu qaldıran, gənclərdə mübarizlik, əzmkarlıq, düşmənə qalib gəlməyi aşılayan verilişlər hazırlanmalıdır.
Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi və incəsənətimizi özündə əks etdirən silsilə verilişlərə yer ayırmaq və bu sahənin mütəxəssislərinin biliyindən istifadə olunmalıdır.
Vətənpərvərlik ruhunu qaldıran filmlərin çəkilişinə başlamaq, ədəbiyyat və incəsənət nümunələri yaradılmalıdır.

Televiziyalar ayrı-ayrı verilişlərlə bağlı mətbuat səhifələrində əksini tapan yazılara, insanlarımızın fikirlərinə diqqətlə və təhlili yanaşsalar gələcəkdə daha yaxşı və yüksək səviyyəli verilişlər ortaya çıxa bilər. Bunun üçün televiziyalar qəzetlərdə müxtəlif verilişlər haqqında yazılanlara qərəzlə, qəzəblə deyil, təmkinlə, milli və dövlətçilik maraqlarımızdan yanaşmalıdır.

Rahib Bəxtiyarov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTRŞ sədrindən telekanallara xəbərdarlıq

    MTRŞ sədrindən telekanallara xəbərdarlıq ...

    4-02-2014, 16:06

  • 
  • Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”

    Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı ...

    8-01-2014, 16:35

  • 
  • ANS-lə bağlı AÇIQLAMA

    ANS-lə bağlı AÇIQLAMA ...

    31-08-2016, 13:03

  • 
  • Nuşirəvan Məhərrəmlidən telekanallara XƏBƏRDARLIQ

    Nuşirəvan Məhərrəmlidən telekanallara XƏBƏRDARLIQ ...

    2-10-2015, 12:13

  • 
  • MTRŞ teleaparıcılar barədə qərar qəbul edəcək

    MTRŞ teleaparıcılar barədə qərar qəbul edəcək ...

    15-10-2015, 20:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu