Nəciməddin Sadıqov Azərbaycanın milli mənafeyini müdafiə edə bilərmi?!
Bu il mayın 7-də baş Prokurorluq, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydıgı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və Xüsusi Xidmət orqanları tərəfindən Müdafiə Nazirliyini Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldıgı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlıgı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlıga cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə Hərbi Prokurorluqda cinayət Məcəlləsinin 274 – cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq - əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.
DTX rəisi: “Bu xəyanətkar şəbəkə 1988 – 1990 – cı illərdən kök atıb” – demişdir.
General Mədət Quliyevin bu fikrinə münasibətimi bildirmək üçün Nəcməddin Sadıqovla əlaqədar iki hadisəni ictimaiyyətin nəzərinə çatdırmagı özümə mənəvi borc bildim.
Beləki, 1992 – ci ilin sentyabr ayının sonu (26 və ya27) idi. Daxili Qoşunların Baş İdarəsindən bizi (bir batalyon şəxsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik – leytenant Nəcməddin Sadıqovun Sərəncamına göndərdilər. Səhərə yaxın (saat 4 – radələrində) Ağdərəyə çatdıq. Şıdırgı yagış yagırdı. Briqada qərargahını mühavizə edən qaravul rəisinə gəlişimiz haqqında N.Sadıqova məruzə etmək istədiyimi bildirdim. O, isə olmaz. Komandir yatır, dedi. O, saat 7 – də duranda məruzə edərsən dedi. Mən etirazımı bildirərək dedim”döyüş əməliyyatı gedən bölgədə komandir necə rahat yata bilər”. Mühafizəçi : O yatanda heç kim onu oyatmaga cürət etmir, özü nə vaxt istəsə onda da oyanır dedi.
N.Sadıqov oyanandan sonra batalyonun (taborun) şəxsi heyətini sıraya düzüb ona məruzə etdim. O, isə şəxsi heyətlə salamlaşdıqdan sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib axırda dedi: “hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək kimdir”.
Onun bu sözləri məni həm əsəbləşdirdi və həm də məyus etdi. N.Sadıqovun milliyyətcə tatar olan şəxsi heyyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirib dedim: “ Komandir briqadasının çıxışı batalyonun (taborun) şəxsi heyətində ruh düşgünlüyünə səbəb ola bilər. Onun bu çıxışı təxribat xarakteri daşıyır.” N.Sadıqovun müavini isə əli ilə mənə “sus” işarəsi göstərib asta tonla dedi: “Neyləyək, bu belə adamdı, belə komandirdi”. N.Sadıqovun göstərişi ilə batalyonun (taborun) iki bölüyünün şəxsi heyəti agır döyüşlər gedən kəndlərə göndərildi. Məni isə bir bölüyün şəxsi heyyəti ilə “Vəng, Çıldıran” və “Dovşanlı” kəndləri istiqamətində mövqelərimizdə sag qalmış şəxsi heyyəti dəyişməyə (əvəz etməyə) göndərdi. Eyni zamanda müavininə əmr etdi ki, kapitan Nagıyevin (yəni mənim) dəstəsinə 3 (üç) günlük quru yemək (suxoy payok) hərbi sursat və bir ədəd də Radiostansiya verilsin. Mən isə N.Sadıqovdan xahiş etdim ki, mövqelər daglıq ərazidə meşədədir, hərbi sursat bizə biraz çox verilsin, radiostansiya sıradan çıxa bilər, əlaqəmiz sizinlə kəsilə bilər. O, isə bildirdi ki, narahat olma kapitan Nagıyev B. Həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş şiddətlənsə sizə kömək göndəriləcək. Lakin N.Sadıqovun bizim dəstəyə 3(üç) günlük quru yemək verilməsi məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində nəsə xoşagəlməz (təxribat) xarakterli olayın baş verəcəyini hiss edirdim. Çünki, mən bir il (1991- 1992) “OMON”un tərkibində bölük komandiri kimi bölgələrdə( Agdam, Füzuli və Goranboy) döyüş təcrübəsi qazanmış və bəzi təxribat xarakterli hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti qərarım nəticəsində həmin olayların təxribatların qarşısı alınmışdır.
Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu daglıq ərazidə komandirsiz özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. Ikinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (soyadını unutmuşam) ayagından yaralandı. Həkimi qərargaha göndərdim. Rabitəçi – radist əsgər aparatın işləmədiyini, sıradan çıxdıgını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.
Üçüncü gün atışma tədricən şiddətləndi və düşmən ağır artilleriya qurgularından da (silahından) istifadə etməyə başladı. Bizim kordinatlarımızı onlar dəqiq bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıqovun bizə üç günlük quru yemək verilməsini xatırladım. Zirehli maşınlara ağır yaralıları yıgdırıb onları qərargaha göndərdim. Şəxsi heyyətin yüngül yaralı və sag qalanlarına döyüşə- döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmagı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq. Hava artıq qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də meşədən 10-15 km. aralanmışdıq. Qəfildən “dayan kimdi gələn” komandası eşitdik. “Özümüzünkülər” - deyib onların kim oldugunu soruşdum. Dedilər biz OMON-çularıq. Mən soyadımı deyəndə onlar məni tanıdılar. Çünki mən 3 ay olardı Daxili qoşunun tərkibində xidmət etmək üçün OMON-dan keçmişdim. Onlardan xahiş etdim ki, bizə nəqliyyat vasitəsi verin bizi Yevlaxa aparsın. N.Sadıqovun haqqında mən şəxsən özüm Daxili İşlər Naziri İsgəndər Həmidova məruzə edəcəm. OMON-çular bizə yəni 11 nəfərə çay- çörək verdikdən sonra Yevlax şəhərinə getməyə maşın da (avtobus) verdilər. Balakən – Bakı qatarı ilə Bakıya Daxili Qoşunların Baş İdarısinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: “Siz necə olub sag qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”. Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar. Təcridxana dolu idi. Hətta orda bir neçə nəfər hərbi həkimlər də var idi. On gün tədqiqat aparıldı. Gah gündüz, gah da gecə. Tədqiqatçılar tez- tez dəyişirdi. Mən də izahatımda eyni fikri yəni Nəcməddin Sadıqovun məni heç bir döyüş planı ilə tanış etməməsini və heç bir sənədə, plana da imza atmadıgımı şəxsi heyyəti bilərəkdən qırdırmaq istədiyini yazırdım. On gündən sonra tədqiqat başa çatdı. Təcridxanada olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə, gizirləri və məni azad etdilər. Mən də 20 il xidməti stajım olduguna görə sənədlərimi pensiyaya (təqaüdə) çıxmaga hazırladım. Lakin 2 ay keçdikdən sonra məni Daxili İşlər Naziri İsgəndər Həmidov Nazirliyə çagırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, səni kimi zabit bizə lazımdır, sən də pensiyaya gedirsən. Get hazırlaş xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən. 1992 – ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orda döyüşdükdən sonra Ağdərə bölgəsinə yenə də N. Sadıqovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıqov xidməti yığıncağına çağırır. Gecə saat 12- də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadıqovun 10 – 15 nəfər idmançı görkəmli cangüdənləri və mühafizəçisi var idi.
Onlardan dörd nəfəri çadırın girəcəyində durub biz zabitlərdən hərbi sursatı və silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Biraz da boz araqdan vurmuş komandir briqada qıpqırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günahkar hesab edirdi. Onun bu özündən müştəbeh, razı olmağını tabeliyində olanlarla sərt və kobud (qaba ) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə televizor ekranlarında onun şəxsi heyyəti təhqir etməsi. Hətta bəzi epizodlarda əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir.
Kəlbəcər əməliyyatından bir fraqment qarabag müharibəsi veteranının söylədikləri:
(Adı Redaksiyaya məlumdur)
Kəlbəcər əməliyyatı dedikdə 1993 – cü ilin sonu və 1994 – cü ilin yanvar – fevral aylarında işğal altında olan Kəlbəcər rayonu ərazisinin erməni işğalından azad olunması üçün həyata keçirilən hərbi əməliyyat nəzərdə tutulur. Bölük komandiri və həmin hərbi əməliyyatların iştirakçısı kimi bu hərbi kampaniyanın ugursuzluga düçar olmasının əsas səbəblərindən biri kimi əməliyyatlara rəhbərlik edən yüksək rütbəli komanda heyyətinin satqın və xəyanətkar mövqeyindən çıxış etmələriydi. Həmin şəxslərdən biri də Nəcməddin Sadıqov idi. Bunun sübutu olaraq Kəlbəcər əməliyyatından acı xatirələrlə dolu bir döyüş əməliyyatını sizinlə paylaşmaq istəyirəm. 5 fevral 1994 – cü ilin səhərində bir qrup yüksək rütbəli zabitlər qərargahdan bizim Şəmkir taborunun Lev kəndinin üstündəki təkə qayası deyilən məkandakı mövqeyimizə gəldilər. Həmin gün bizə bildirdilər ki, 5-i fevraldan 6-sı fevrala keçən gecə irəlidəki düşmən mövqelərinə, dağlarla böyük bir məsafə qət edərək, arxadan düşmənə zərbə endirmək lazımdır. Həmin yüksək rütbəli zabitlərin dediyinə görə və guya kəşfiyyat məlumatlarına görə ermənilərin vəziyyəti olduqca acınacaqlı vəziyyətdədir. Bizim sol cinahımızda olan Daşkəsən taboru və 702 saylı hərbi hissəyə aid olan mərkəzi qüvvələrə tank və top atəşləri ilə bizim irəliləməyimizi asanlaşdırmalıydılar. Lakin yarım saata yaxın döyüş müddətində və sonrası döyüş əməliyyatında nəzərdə tutulan əməliyyat planına əməl etmədilər. Əgər PDM – 2 (Piyadaların döyüş maşını ) ekipajının əsasən atıcı operatoru Xəlilov Ülvü Zakir oglunun döyüş bacarığı və şücaəti olmasaydı taborun 120 nəfərlik şəxsi heyyəti mühasirədən çıxa bilməzdi. Yuxarıda qeyd olunan komanda heyyətinin döyüş əməliyyatı planına əməl etməmələri mənim nəzərimdə bir xəyanət və satqınlıqdır. Həmin döyüşdə biz bir nəfər şəhidimizin meyidini çıxara bilmədik. Satqınlıgın və xəyanətin nəticəsi olaraq məlum Kəlbəcər əməliyyatı fiaskoya ugradı. Əsas günahkarlar isə hələ də layiqli cəzalarını almayıblar və hələdə iktidarda vəzifə sahibləridirlər.
Keçmiş döyüşçü və bir qələm əhli kimi mən müşahidə etmişəm. Ölkəmizdə bir neçə ildə bu ölkə vətəndaşını şok vəziyyətinə salmaq üçün elə bilki hansısa bir qüvvələr tərəfindən hadisələr baş verir. Bir neçə il əvvəl MTN-nin iki nəfər gənc əməkdaşının izlədikləri terrorçunun günün- günorta çagı Neft Akademiyasında 20 nəfərə yaxın müəllim, professor və tələbəni qətlə yetirməsi. Deyilənə görə terrorçunu izləyənlər isə atışma başlayanda qorxub özlərini itiriblər. Eldar Mahmudovun generallardan və polkovniklərdən ibarət soyğunçu dəstəsi 11 il öz işini davam etdirib. Ancaq gec də olsa ifşa olunublar.
Amma biraz şübhəlidir ki, “banda” başçısı E.Mahmudov azadlıqdadır.
İndi də Tərtər rayonunda baş vermiş olay, uzun illər orduda xəyanətkarların fəaliyyəti vətəndaşları şoka salmış, ictimaiyyətdə dərin rezonans yaratmışdır. Bəs belə olan halda 25 il Azərbaycan ordusunda xidmət edən vəzifə pillələrində liftlə qalxan Nəcməddin Sadıqov haqqında KİV-də nə qədər yazılmalı, deyilməli və televiziya ekranında nə qədər fraqmentlər göstərilməlidir ki, o, öz yerini tapsın və nəyə layiqdirsə onu da alsın. Çünki o, nə qədər döyüş əməliyyatı aparıb heç birinində də qələbə çalmayıb. Ancaq nə qədər igid şəhid olub, əlil olub. N.Sadıqov isə general polkovnik olub. İctimaiyyətə sual olaraq bildirirəm. Qardaşı ermənistanda qoşun komandanı olan bu general bizim milli mənafeyimizi müdafiə etmək istəyəcəkmi?!. Yoxsa bu generalı hansısa bir sehirli əl (qüvvə) qoruyacaq ya da kiminsə tapşırıgını eşidib öz bildiyini edəcək?!
Mövzu davam olunacaq. Yazıda adı çəkilən qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?