GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hərcayi İran generalı, Kərkükün alınmasının gizli məqamları...

Hərcayi İran generalı, Kərkükün alınmasının gizli məqamları...

Tarix: 23-10-2017, 13:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 414
Hərcayi İran generalı, Kərkükün alınmasının gizli məqamları...


Ötən cümə günü toplar susub Kərkük-Ərbil yoluna sakitlik çökəndən bəri İraqın şimalındakı xəritə əsaslı şəkildə dəyişib. Bundan sonra kürd peşmərgələr bir az da şimala - geri çəkilməli olublar. İraq Kürdüstanının ərazisi bir xeyli "əriyib". Bu haqda “The Observer”in məqaləsində deyilir.

İraq qoşunları beş gün davam edən və müqavimətlə qarşılaşmayan yürüşlə 14 min kvadrat kilometrlik ərazini kürd döyüşçülərdən geri alıb. Beləliklə, kürdlər muxtar Kürdüstana daxil olmayan, lakin İŞİD-dən geri aldıqları neftli ərazini itiriblər. "The Observer" yazır ki, bu hadisə kürdlərin müstəqillik ambisiyasını azı bir nəsil uzağa atıb.

Məqalədə deyilir ki, bu qələbə ilk növbədə İraqın baş naziri Heydər əl-Abadiyə və İranın hərcayi generalı Qasım Süleymaniyə aiddir.

İran hökumət rəsmiləri də, Məsud Bərzaninin əslində ilhaq etdiyi Kərkükün geri alınmasını bayram edirlər. "Biz Kərkükün qopardılması kimi sionist layihə ilə heç vaxt barışmamışdıq. Kərkük İraq iqtisadiyyatının sütunudur və heç vaxt Bərzaniyə məxsus olmayacaq"-Xalq Səfərbərlik Birlikləri (XSB) kimi tanınan hökumətyönlü şiə silahlı qruplaşmasının komandanlarından biri deyib.

8 milyard barrel neft

Bütün tarix boyu mübahisəli Kərkük kürdlərlə yanaşı, həm də ərəb və türkmanların yaşadığı bir şəhərdir. Buradakı neft mədənlərinin altında 8 milyard barrel qara qızılın yatdığına inanılır.

Əslində son üç ildə İraq Kürdüstanının muxtariyyətini ayaqda saxlayan məhz bu yataqlar olub. Kürdlər buradan Türkiyəyə çəkilmiş kəmərlə günə 600 min barrel neft vururdular.

"The Observer" yazır ki, Kərkükün itirilməsi kürdlərin arasındakı köhnə ixtilafın çat xətlərini açıb. İraq Kürdüstanını müstəqil edəcək bu referendumda kürdlərin 93 faizi müstəqilliyə səs versə də, Tələbani tayfası heç vaxt bu səsverməni tam razılıqla qəbul etməyib. Kərkük mədənlərini məhz bu klanın peşmərgələri qorumalı ididlər.

İraqda çalışan bir Avropa diplomatı deyib ki, Tələbani klanı heç vaxt liderin Bərzani olmasını qəbul etməyəcəkdi. Onun sözlərinə görə, üstəlik İran Kərkükün itirilməsini qəbul edə bilməzdi. Diplomat deyir ki, bu halda İran İraqa hərbi müdaxilə edəcəkdi. Qısası Talabaninin kürdləri lap əvvəldən başa düşürdülər ki, müstəqillik kimi məsələlər birtərəfli qaydada həll edilmir.

Hərcayi İran generalı

Əlbəttə Bağdadda qələbənin İran tərəfindən əldə edilməsinə dair iddiaları rədd edirlər. "Xalq arasında belə bir rəvayət dolaşır ki, hansısa İran generalının bu ölkədəki bütün işlərdə əli var. Guya o bir növ vəzir kimidir. Bu, həqiqətə uyğun deyil. Bu ölkə çox kəşməkeşlərdən keçib və indi şəhidlərinin qanı ilə və vətəndaşlarının qurbanları ilə ayağa qalxır"- İraq nazirlərindən biri deyib.

"The Observer" yazır ki, bu rəsmidən adının çəkilməsini niyə istəmədiyini soruşanda vəziyyətin həssas olduğunu bildirib. Sonra isə əlavə edib: "İranı qıcıqlandırmaq lazım deyil".

Kərkükün geri alınmasında İraq hərbiyyəsi mühüm rol oynasa da, şiə qruplaşmalarının da rolu az olmayıb. Onlar isə birbaşa Süleymaninin komandanlığı altındadırlar. XSB-nin iki rəsmi lideri var: Hadi əl-Amiri və Əbu Mehdi əl-Mühəndis.

Kürdlər referendum keçirməzdən əvvəl Bərzaninin yanına öz elçilərini göndərib onu müharibə ilə hədələyən də məhz əl-Amiri olmuşdu. Kürd rəsmilər deyirlər ki, hətta Bərzanini referendum fikrindən daşındırmaq üçün Süleymaninin özü şəxsən onun görüşünə gəlibmiş. Deyilənə görə Bərzani onun ricasını rədd edəndən sonra o, ikinci görüş istəyib, lakin bu dəfə onu qəbul etməyiblər.
Daha sonra ötən iki ay ərzində general Süleymaninin Bərzani tayfasına düşmən kürd Tələbani tayfasının rəhbərləri ilə Süleymaniyyədə danışqılar apardığı deyilir. "The Observer" xatırladır ki, kürd müstəqilliyi referendumunun keçirilməsinə, xüsusilə də bu referenduma Kərkükün daxil edilməsinə ABŞ da etiraz edirdi. Kərkükün alınmasında Süleymaninin qüvvələri bilavasitə iştirak etsə də, Vashington tam neytrallıq nümayiş etdirib.

"Tarixi xəyanət"

"The Observer" yazır ki, oktyabrın 15-də, İraq və şiə qüvvələrinin Kərkük yaxınlığında cəmləşdiyi bir vaxtda Bərzaninin KDP partiyası Tələbaninin vətənpərvər ittifaqı fraksiyası ilə göl sahilində yerləşən Dukan şəhərində danışıqlarda olub.

Bu görüşə Bərzani oğlu Məsrur və iki başqa vəzifəli ilə gəlmişdi. Kürd Vətənpərvər İttifaqını (PUK) Cəlal Tələbaninin dul xanımı Hero İbrahim Əhməd, onun böyük oğlu Bafel və PUK-un təhlükəsizlik komandanı Lahur təmsil edirdi.

"The Observer" qəzetinə məlum olub ki, bu görüşdə Bafel Abadi ilə danışıqlarda olduğunu və İraqın qızıl diviziyasının (Bağdad antiterror qüvvələri) Kərkükə buraxılması məsələsini müzakirə etdiyini deyib. O deyib ki, İraq Respublika Qvardiyası bəzi məntəqələri götürə bilər.

Bərzani tərəfi Bafeldən Bağdadla sövdələşməyə razılıq verib-vermədiyini soruşub. Bafel bu suala"yox, sadəcə müzakirə etdik" deyib.Bərzaninin rəsmilərindən biri "The Observer" qəzetinə deyib: "Biz Bafeldən bir daha soruşduq ki, o, Bağdadla sövdələşməyə giribsə, desin, biz buna müvafiq olaraq öz qüvvələrimizi lazımi mövqelərdə yerləşdirək". Lakin Bafel "yox" deyib.

Bərzani rəsmisi daha sonra deyib: "Bu yalan idi. Bu tarixi bir xəyanət idi. Əslində onlar əvvəlcə Süleymaniyyədə - Tələbaninin yas mərasimində, sonra isə Bağdadda razılığa gəlibmişlər. İkinci görüşdən sonra bu barədə Abadiyə də məlumat verilib".

Kərkük heç vaxt kürdlərin olmayacaq

Bərzaninin KDP rəsmiləri inanırlar ki, Bafel və Lahur ayrıca olaraq Kərkükün 60 kilometrliyində yerləşən Tuz Xurmatu məntəqəsində Xalq Səfərbərlik Birlikləri liderləri ilə də gizli görüşüblər. Bu görüşlərdən birində İran generalı Qasım Süleymani də olub.Lakin ötən cümə çıxış edən Bafel Tələbani deyib ki, referendumun keçirilməsi böyük səhv idi.

"Hətta Kərkük döyüşündə də imkan var idi. Baş nazir, Abadi cənabları bizə xəbər göndərdi və biz də mötəbər bir kompromis əldə etdik" - Bafel deyib.

"The Observer" yazır ki, qalanı artıq tarixin işidir. İraq qüvvələri və şiələr tez bir zamanda yeni sərhəd xəttini möhkəmləndirməkdədirlər. "Bu onlara çox ağır bir dərs oldu. Qoy gedib bu barədə və tarix barədə fikirləşsinlər. Kərkük heç vaxt kürdlərin olmayacaq"-Xalq Səfərbərlik Birliklərinin komandirlərindən biri deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran kürdlərin müstəqillik referendumu keçirmək niyyətinə etiraz edir

    İran kürdlərin müstəqillik referendumu keçirmək ...

    11-06-2017, 21:23

  • 
  • Müəmmalı sövdələşmə: “boz kardinal” kürdlərin əsas ixrac neft kəmərini aldı

    Müəmmalı sövdələşmə: “boz kardinal” kürdlərin ...

    22-10-2017, 11:48

  • 
  • 250 min əsgər qarşı-qarşıya - Bölgənin taleyini həll edəcək MÜHARİBƏ BAŞLAYIR

    250 min əsgər qarşı-qarşıya - Bölgənin taleyini ...

    12-10-2017, 11:36

  • 
  • Peşmerge İŞİD-ə şok yaşatd

    Peşmerge İŞİD-ə şok yaşatd ...

    21-12-2014, 01:16

  • 
  • İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq müstəqillik referendumu keçirmək niyyətindədirlər

    İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq ...

    14-08-2017, 12:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu