GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qaçan dustaqların işi generalı bitirə bilər - şok açar fiqur

Qaçan dustaqların işi generalı bitirə bilər - şok açar fiqur

Tarix: 25-10-2017, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 445
Qaçan dustaqların işi generalı bitirə bilər - şok açar fiqur



İki cani harada gizlənir: İran, Rusiya, yoxsa Azərbaycan?; Qatardan qaçan məhkumlara altıbucaqlı açarı kim və necə düzəldib?; Penitensiar Xidmətin üç əməkdaşı saxlanıldı, əsas fiqur Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur; Etibar Məmmədov və Əli Ağaminin mümkün gizlənmə yerləri...

Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbusların qaçması ölkə gündəminin müzakirə mövzularından biridir. Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli Əli Ağaminin axtarışları davam edir.

Onların məhz harada qaça bildikləri dəqiq bilinmədiyi üçün axtarışların da əhatə dairəsi məlum deyil. Məsələn, son iki gündə paytaxt Bakıda xüsusi gücləndirilmiş tədbirlər gözə dəymir. Bu o anlama gəlir ki, məhbusların Bakıda gizlənə biləcəyi versiyası hələ ki yoxdur.

Bu arada lent.az saytı qaçışın necə gerçəkləşməsi barədə sensasion xəbər yayıb. Bildirilir ki, hər iki məhbus daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb-gətirilib.

Məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar “28 May” stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.

Astara-Bakı qatarı bir neçə məntəqədə İran sərhədinə yaxın keçir. Ola bilər ki, istintaq məhkumların qaçaq yolla İrana keçə biləcəkləri versiyasını da araşdırsın. Məhkumların qaçmasının gec bilindiyi (amma nə qədər gec, bu, açıqlanmır) səbəbindən onların hətta Rusiya və ya Gürcüstan istiqamətinə də gedə biləcəkləri istisna edilmir. Amma böyük ehtimalla qaçışı planlaşdıranlar bütün marşrutu dəqiq düşünüblər. Onların hələ də Azərbaycanda gizləndikləri də gümanlar sırasındadır. Ə.Ağami iki il əvvəl Şirvanda “Krıtı Elvin” kimi tanınan Elvin Nəciyevi öldürüb. O, Samux dövlət sərhəd-keçid məntəqəsini keçmək istəyərkən yaxalanıb. E.Məmmədov həmin qətl işinə görə tutulsa da, rəsmi məlumatdan göründüyü kimi, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin satışında suçlanır.

Hər iki şəxs barəsində ötən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib. Daha bir ilginc məlumat isə budur ki, qaçan məhbuslara oktyabrın 24-də Lənkəran Şəhər Məhkəməsində hökm oxunacaqmış (modern.az). “Belə olduğu təqdirdə onlar oktyabrın 23-də Bakıya hansı məqsədlə gətirilirmiş?” sualına gəlincə, bildirilir ki, Lənkəranda istintaq təcridxanası yoxdur. Təqsirləndirilən şəxslər müvəqqəti saxlanma yerinə aparılarkən polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılır. Mövcud qanunvericiliyə görə, şəxslərin 10 gündən artıq müvəqqəti saxlanma yerində qalmasına icazə verilmir.

Daha bir maraqlı fakt 1980-ci il təvəllüdlü “Qoca” haqqındadır. Məlum olub ki, o, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. “Maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. “Qoca”nın həbsxanada “nadzor”u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən onun avtoriteti qəbul edilib.

Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada “bunt” qaldırdığı bildirilir. O, azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca”nın “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın olduğu iddia olunur.

Qaçanlar hələ tutulmasa da, Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb olub. Belə ki, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs son iki günü Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında keçirib. Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə dindirilir.

Qarovul rəisi Ceyhun Səmədovun Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğlu olması barədə məlumat yayılıb (“Report”). Uzun illər prokurorluq orqanların işləmiş H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavinidir. Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müavininin ən yaxın qohumu olması generalın da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların həbsindən sonra üzə çıxacağı gözlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (cəza) veriləcəyi etimalını gücləndirir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edildi - Qaçan məhbuslara görə

    Bakıda Penitensiar Xidmətin üç əməkdaşı istintaqa ...

    23-10-2017, 22:28

  • 
  • Məhbusların qaçması faktı ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB - FOTO

    Məhbusların qaçması faktı ilə bağlı cinayət işi ...

    23-10-2017, 15:34

  • 
  • Qaçan məhkumlarla bağlı Penitensiar Xidmətdən - AÇIQLAMA

    Qaçan məhkumlarla bağlı Penitensiar Xidmətdən - ...

    23-10-2017, 14:36

  • 
  • Generalın bacısı oğlu da istintaqa cəlb edildi - Avtoritetlərə görə

    Generalın bacısı oğlu da istintaqa cəlb edildi - ...

    24-10-2017, 11:43

  • 
  • Azərbaycanda iki kriminal avtoritet həbsxanadan qaçdı - Rəsmi açıqlama

    Azərbaycanda iki kriminal avtoritet həbsxanadan ...

    23-10-2017, 13:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu