GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “QARDAŞIM KƏRƏMLƏ ELDARIN QURBANI OLDU…” – MTN şərindən bəraət alan Mustafayev

“QARDAŞIM KƏRƏMLƏ ELDARIN QURBANI OLDU…” – MTN şərindən bəraət alan Mustafayev

Tarix: 27-10-2017, 16:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 689
“QARDAŞIM KƏRƏMLƏ ELDARIN QURBANI OLDU…” – MTN şərindən bəraət alan Mustafayev


Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin saxta ittihamları ilə şərlənərək, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə barəsində 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş Mətləb Mustafayev bəraət alıb.

“QARDAŞIM KƏRƏMLƏ ELDARIN QURBANI OLDU…” – MTN şərindən bəraət alan Mustafayev


Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş əməkdaşı olan M.Mustafayev, 2014-cü ildə mətbuatda komitə sədri Kərəm Mustafayevin əleyhinə kompromatlarla zəngin yazılar dərc etdirəndən sonra MTN tərəfindən həbs olunmuşdu. M.Mustafayevin həbsindən sonra isə onun elə MTN-də şöbə rəisi işləyən qardaşı, polkovnik Malik Mustafayev yaşadığı evdə üzünü asaraq intihar etmişdi. M.Mustafayev bütün bu baş verənlərə görə ƏMDK sədri Kərəm Mustafayevi ittiham edir.

Artıq bəraət alaraq təmizə çıxmış M.Mustafayev Gununsesi.info-ya müsahibəsində bir daha keçmişə nəzər salıb. “Eldar Mahmudov və onun dəstəsi sizdən nə istəyirdi” sualına Mustafayev belə cavab verib: “Bu barədə istər istintaq, istərsə də məhkəmə materiallarında geniş danışmışam. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışırdım. Orada hüquqlarım pozulduğu üçün qanuni vasitələrdən istifadə edib, haqqımı tələb edirdim. Ancaq bu Kərəmin və ətrafındakıların xoşuna gəlmirdi. Həmişə məni yaxın dostu olan Eldar Mahmudovla hədələdib. Mən səhv bir iş görsəydim, onun bu hədələrindən çəkinərdim. Amma hüquqlarım uğrunda mübarizəmi davam etdirdim. Dediyi kimi də etdi və məni şərlətdi. Eldar Mahmudov nazir olanda prokurorluq və məhkəmə sistemi onun gücünün qabağında aciz idi. O zaman bu şərdən qurtula bilmədim. Məni silahla şərləyib cəzaya məhkum etdilər. Məndən bəzi adamların əleyhinə ifadə istəyib, şərləmək planları vardı. Mən də onların bu oyununa getmədim. Tələb edirdilər ki, Kərəm Həsənovdan yazdıqlarımı guya kimlərinsə sifarişi ilə etdiyimi etiraf edim”.

M.Mustafayev MTN polkovniki olan qardaşının intiharı haqda bunları deyib: “Mən Malikin intiharını çox sonralar bildim. O məni qoruya bilmədiyinə görə, bu addıma getdi. İntihar etdiyi gün Anti-terror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyev mənə dedilər ki, qardaşın sənlə görüşmək istəyir. Qardaşım MTN-nin ən peşəkar zabitlərindən olub. O, rüşvətdən kənar adam idi. Məni qolu qandallı öz çalışdığı binada görəndə üzümə baxmadı və bir anlıq susub pıçıltı ilə “30 il xidmət etdiyim qurum mənə xəyanət etdi” dedi. İkimiz də kövrəldik. Mənə bildirdi ki, bu əclaflardan səni qoruya bilmədim, bağışla məni. Bu sözündən sonra gedib intihar etmişdi. Çox sonralar bunu bildim. Dəli kimi olmuşdum. Mənim qardaşım korrupsioner Kərəmin, alkaqolik Eldarın qurbanı oldu”.

M.Mustafayevin fikrincə, bu gün də Eldar Mahmudovun əlaltıları dövlət qulluğunda qalırlar. “Hakim Novruz Kərimov, müstəntiq Elşən Murtuzov… Hesab edirəm ki, indi həbs növbəsi onundur. Bəraət almağıma gəlincə, bu uzun mübarizə bahasına başa gəldi. Olaylardan sonra Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi. Dünən isə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə bəraət hökmü çıxarılıb.

Yeri gəlmişkən, ədalətli qərara görə Prezident İlham Əliyevə, Ali Məhkəmənin hakimi Gülzar Rzayevaya, DTX rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Prokurorluğun Ağr Cinayətlərə dair üşlər üzrə istintaq idarəsinin müstəntiqi Kamil Zeynalova və hakim Rizvan Səfərova təşəkkür edirəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov həbs etdirdi, məhkəmə bəraət verdi

    Eldar Mahmudov həbs etdirdi, məhkəmə bəraət verdi ...

    26-10-2017, 13:38

  • 
  • MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO

    MTN-dəki dəstənin ölümə bais olduğuna dair ...

    4-11-2015, 15:42

  • 
  • Eldar Mahmudov və dəstəsinin əməlləri barədə yeni fakt

    Eldar Mahmudov və dəstəsinin əməlləri barədə yeni ...

    25-05-2016, 16:17

  • 
  • Keçmiş MTN polkovniki bəraət tələb edir

    Keçmiş MTN polkovniki bəraət tələb edir ...

    18-08-2017, 13:25

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu