GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rektor prezidentin göstərişlərinə məhəl qoymur

Rektor prezidentin göstərişlərinə məhəl qoymur

Tarix: 7-11-2017, 17:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 036
Rektor prezidentin göstərişlərinə məhəl qoymur


Universitetin müəllimləri İbrahim Cəfərovdan şikayətçidir

Artıq dünyada neft erası sona çatmaq üzrədir. Siyasi və iqtisadi baxımdan diqqət mərkəzində olan neft ölkələrində, o cümlədən də Azərbaycanda iqtisadi böhran və böhrandan çıxmaq üçün uğurlu addımlardan ən əsası ölkə başçısının göstərdiyi kimi, qeyri-neft sektorunun inkişafı və ona uyğun olaraq ayrı-ayrı sahələrdə aparılan kadr islahatlarıdır. Hazırda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Qafqazda qeyri-neft sektoru sayılan aqrar sahə üzrə kadr yetişdirmək zəminində fəaliyyət göstərən yeganə təhsil ocağıdır.

Amma adı gedən təhsil oçağında bu gün başqa ab-hava yaşanır. Ölkə başçısının regionların inkişafı, kadr siyasəti ilə bağlı göstəriş və tövsiyələri universitetin rektoru İbrahim Cəfərov tərəfindən tələbə və müəllimlərinin üzünə bağlı olan qapılarının arxasında "özünəməxsus" şəkildə həyata keçirilir. Özünü universitetin tam sahibi hesab edən rektor rəhbərliyi dövründə aqrar sahəyə kadr yetişdirməklə məşğul olan təhsil oçağında kadr islahatlarını özünəməxsus şəkildə aparır, əgər onu kadr siyasəti adlandırmaq olarsa...

Rektor prezidentin göstərişlərinə məhəl qoymur


Bu günlərdə “Gündəm Xəbər”ə ADAU-nin bir qrup müəllimlərinin, o cümlədən ADAU-nun "Menecment və aqrar marketinq" kafedrasının dosenti Vahid Tofiq oğlu Əmrahovun şikayəti daxil olub. Şikayət edən müəllimin dediklərindən məlum oldu ki, artıq bir neçə ildir iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Aqrar bazarda dövlətin struktur siyasətinin iqtisadi mexanizminin təkmilləşməsi" mövzusunda yerinə yetirdiyi dissertasiya işinin müdafiəsinə AAK-ın 06.06. 2014-cü il (protokol 08-R) tarixli iclasının qərarı ilə icazə verilib. Daha sonra Vahid müəllim bildirdi ki, müvafiq dissertasiya şurasının qərarı ilə müdafiənin tarixi 12 dekabr 2014-cü il tarixə müəyyən edilsə də, bu günə kimi doktorluq işinin müdafiəsi baş tutmayıb. Müdafiənin baş tutmasına əsas səbəb isə ADAU-nun rektoru İbrahim Cəfərovla onun arasında olan şəxsi qərəzçilikdir.
Onu da qeyd edək ki, İ.Cəfərov özü də iclaslarda Vahid Əmrahova qarşı qərəzi ilə bağlı açıq-aydın etiraflar edib. Məhz elə buna görə də Vahid Əmrahovun doktorluq işinin müdafiəsi baş tutmur ki, tutmur.

Hətta doktorluq işinin müdafiəsini ləngitmək üçün rektor V.Əhmədovun gənclik dövründən tanıdığı , hazırda Gəncə hava limanında texniki-təchizat şöbəsinin müdiri işləyən Mübariz İsgəndərovu ADAU-da 0,5 ştat vahidi ilə işlə belə təmin edib. Vahid Əmrahovun şikayət ərizəsində yazılanlardan məlum olur ki, M.İsgəndərov bir çox yuxarı instansiyalara Vahid Əmrahov haqqında böhtan, yalan, iftira dolu məktublar yazıb, bu gün də sifarişlə yazılan məktubların sayəsində doktorluq işinin müdafiəsinə maneəçilik törətməyə hələlik müəssər olur. Vahid Əmrahov isə öz növbəsində hüquqlarını müdafiə etmək üçün yazdığı doktorluq dissertasiyasının köçürmə olmaması ilə bağlı Göygöl rayon məhkəməsinə müraciət edib. Göygöl rayon məhkəməsi M.İsgəndərovun V.Əmrahova qarşı qaldırdığı doktorluq işinin köçürmə olması ilə bağlı iddianın doğru olub-olmamasını təyin etmək üçün dissertasiyanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərib. Nəticə etibarı ilə M.İsgəndərovun V.Əmrahova qarşı iftiraları öz təstiqini tapmayıb. Sonradan Gəncə Appelyasiya Məhkəsi və Ali Məhkəmənin qərarlarından Vahid Əmrahovun doktorluq işinin köçürmə olmadığı ortaya çıxsa da, bu gün doktorluq dissertasiyası hələ də müdafiə olunmamış qalıb.
Qərəzin hardan , kim tərəfindən törədilməsi sualına isə Vahid müəllim belə cavab verdi: "Qərəzçiliyin səbəbi odur ki, bir neçə il öncə mən kafedra müdiri işləyən zaman universitetin sıravi müəllimi olan İbrahim Cəfərovun mənim rəhbəri olduğum kafedra ilə bağlı şəxsi zəmində ardı-arası kəsilməyən xahişlər edirdi. Mən bu xahişləri yerinə yetirə bilmirdim. Qanun buna imkan vermirdi".
Qismət elə gətirdi ki, İbrahim Cəfərov ADAU-ya rektor təyin olunur, onun birinci işi çox erkən yaşlarında elmlər namizədi olan, öz bilik və davranışı ilə universitet kollektivinin rəğbətini qazanan dosent Vahid Əmrahovu kafedra müdirliyindən azad etmək olur. Daha sonra rektor analoqu olmayan , lakin adıgedən universitetdə əvvəlki illərə nisbətdə hazırda daha tez-tez təkrar olunan addım atır - "Menecment və aqrar marketinq" kafedrasına baza təhsili uyğun gəlməyən, dissertasiya işinin plagiat olduğu deyilən dosent əvəzi Asif Həsənovu kafedra müdiri vəzifəsinə təyin edir.

Universitet ziyalılarının “Gündəm Xəbər”ə dediyinə görə, ADAU-nun professoru və dosenti elmi adları , "Əməkdar müəllim" kimi titullar bu gün universitetdə əsasən, rəhbərliyə yaxın olanlara , əlalxüsus da hazırki hakimiyyətə müxalif fikirdə olanlara verilir. Burada haşiyəyə çıxaraq qeyd edək ki, İbrahim Cəfərov özü də bir zamanlar Rəsul Quliyevin Gəncədə əsas adamı, onun dəstəkçisi sayılıb. Hətta deyilənə görə, Rəsul Quliyevin Azərbaycandan gedərək Amerikada mühacirətdə olduğu ilk zamanlarda İ. Cəfərov Gəncədə "Rəsul Quliyevin müdafiə komitəsi"adı altında imza toplama kampaniyasının təşkilatçısı olub.

Rektor prezidentin göstərişlərinə məhəl qoymur


Bu günlərdə ADAU-nun rektoru kadr məsələləri sahəsində dosent Vahid Əmrahovun dediklərini əyani təsdiq edən daha bir təyinat edib.
Ömründə auditoriya üzü görməsə də bu gün İbrahim Cəfərovun sayəsində elmi- tədqiqat institutuna direktor təyin olunan "Ümumi əkinçilik, genetika və seleksiya" kafedrasının sabiq müdiri Azad İbrahimovun yerinə kafedrada dosent əvəzi olan sabiq kənd təsərüfatı naziri Aslan Aslanovun bacısı qızı Aynur Həsənova kafedra müdiri təyin edilib. Necə deyərlər, köhnə dostlar unudulmur. Beləliklə , ADAU-nin rektoru növbəti dəfə də adıgedən kafedrada elmlər doktoru, dosentlər olduğu halda Təhsil Nazirliyinin təlimatını pozaraq rəhbər vəzifələri özünə yaxın olanlar arasında paylaşdırır.
Görünür, adı gedən universitetin rektoru İbrahim Cəfərovun başı özünün dediyi kimi daha yüksək post tutmaq haqqında işlərinə möhkəm qarışdığından ölkə başçısının kadr siyasəti, kadr yetişdirmək, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı ilə bağlı göstərişlərinə məhəl qoymağa vaxtı, zamanı yoxdur.
Ölkə başçısının kadr siyasəti ilə bağlı göstərişlərinə məhəl qoymayan rektorun yuxarıda qeyd olunan "Ümumi əkinçilik, genetika və seleksiya " kafedrasına olan qayğı və sevgisi haradan doğub?
ADAU-nin rektorunun adıgedən kafedraya qayğı və diqqətinin səbəbkarı kafedranın sabiq müdiri Azad İbrahimovdur desək yəqin ki, yanılmarıq. Azad İbrahimov kimdir? Bu barədə bir qədər sonra.

Öncə belə bir suala aydınlıq gətirək: ADAU-da Prezident İlham Əliyevin ixrac potensialının artırılması haqqında göstərişləri harada və necə reallaşır ?

Bu gün neft erası başa çatdığından ölkə başçısının göstərişlərinə uyğun olaraq , əsasən də ölkədə bolluq zəminində, iqtisadi böhran hallarından uzaq olmaq baxımından kadr siyasətinin uğurla aparılması sayəsində qeyri-neft sektoru sayılan aqrar sahənin inkişafı üçün ADAU kadr yetişdirməlidir. Amma bu kadrlar necə yetişdirilir? ADAU-nun Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun sabiq direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədovanın bu yaxınlarda ölümündən sonra adıgedən instituta Kənd Təsərrüfatı naziri Heydər Əsədovun xeyir-duası ilə direktor təyin olunan Azad İbrahimov həm də rektor İbrahim Cəfərovun ən yaxın dostudur. Vaxtilə ADAU-dan işindəki ciddi nöqsanlarına görə işdən uzaqlaşdırılsa da, sonradan özünün təbiri ilə desək, "naxçıvanlı rektorun sayəsində" təkrar universitetdə rəhbər vəzifə, auditoriya üzü görmədən "Əməkdar müəllim" titulu ala bilən Azad İbrahimov təyinatından əvvəl "Ümumi əkinçilik, genetika və seleksiya " kafedrasının müdiri işləyib. Yaxın bir neçə günə qədər Azad İbrahimov ADAU-da müdiri olduğu kafedrada qara qızıldan sonra qeyri-neft sektorunun əsas sahələrindən sayılan "ağ"qızıl olan pambıq üzrə mütəxəssis yetişdirə bilməsə də, bu kafedrada universitetə gəlir gətirə biləcək digər sahələrə, o cümlədən qiyabi şöbəyə müdir vəzifəsinə kadr yetişdirə bilib. Bütün zamanlarda ADAU-da söz sahibi olmağı bacaran A.İbrahimovun arzu və təkliflərinə uyğun siyasətlə aparılan kadr siyasəti, artıq bu gün öz çərçivəsindən çıxaraq ziyalıların səbr kasasını doldurub.
Məsələn, ADAU-da torpaqşunaslıq və aqrokimya kafedrasının dosenti ,Məhəmməd Hüseynov Aqrokimya üzrə namizədlik dissertasiyasını müdafiə etməsinə baxmayaraq , "Ümumi əkinçilik, genetika, seleksiya" kafedrasının müəllimi olmasından əlavə hələ üstəlik qiyabi şöbənin də müdiridir. Bu gün M.Hüseynov ADAU-da dərs cədvəli üzrə təyin olunmuş dərs yükünü yerinə yetirməsə də, əsas odur ki, himayədarlarının tapşırıqlarının öhdəsindən gələ bilir.
Bu gün ölkədə, eləcə də dünyada pambıq ixracı əsas gəlir gətirə biləcək sahələrdən sayılır. Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Son illərdə bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir. Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Mərhum prezident Heydər Əliyevin sovetlər dövründə Azərbaycan respublikasının birinci katibi olduğu vaxt 1969–1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmış, torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub və pambıqçılığın elmi bazası gücləndirilib. Bu gün Dövlət proqramında 500 min ton pambıq istehsalı hədəfi qoyulsa da təəsüflər olsun ki, ölkənin aqrar sahədə yeganə kadr yetişdirə biləcək ADAU-ya pambıqçılıq üzrə nə kafedra, nə də mütəxəssis müəllimlər dəvət olunmayıb. Başı universitetin tozundan belə bəhrə götürməyə qarışan rəhbərliyi görünür, bu gün Dövlət Proqramı deyil, yalnız özü maraqlandırır.

Universitetin təcrübə sahələrində hansı işlər aparılır?

ADAU-nin baytarlıq fakultəsinin yerləşdiyi ərazidə bu gün müəllim və tələbələrin adı ilə tərəvəz yetişdirilib, bazar qiymətlərindən də baha qiymətə satılır.
Bildiyiniz kimi, 17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak edib. Müasir tələbənin təhsil alması və yaşamına uyğun salınan tələbə şəhərciyinin hasarının yaxınlığında isə hazırda maldarlıq və atçılıq üçün fermalar tikilib, istifadəyə verilib. Ekologiya ilə bağlı fakultələrin də ADAU-da mövcudluğundan danışsaq, yaşayış yerinin yaxınlığında tikilən fermanın hansı problemlər yaratdığından danışmaq artıqdır. Görəsən tələbələr üçün inşa olunmuş yataqxananın yaxınlığında inşa olunan fermanın ideyasını kim verib, Kənd təsərrüfatı naziri Heydər Əsədov, ya ADAU-nin rektoru İbrahim Cəfərov?

P.S. Müasir və demokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətli olmalıdır. Çünki kadr siyasəti məhz icra mexanizmləri vasitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, müasir və demokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətlidir. Çünki kadr siyasəti məhz icra mexanizmləri vasitəsilə həyata keçirilir.

Mehriban Əzizqızı
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əsədov ADAU-da baş verənlərə göz yumur

    Heydər Əsədov ADAU-da baş verənlərə göz yumur ...

    31-10-2017, 16:30

  • 
  • Aqrar Universitetdən qalan İsmət Abbasov

    Aqrar Universitetdən qalan İsmət Abbasov ...

    6-04-2014, 13:53

  • 
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24

  • 
  • Qafqaz Universitetinə yeni rektor təyin olunub

    Qafqaz Universitetinə yeni rektor təyin olunub ...

    2-09-2016, 12:09

  • 
  • Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirildi, yeni rektor təyin edildi

    Azərbaycan Dövlət Neft Akademiyasının adı ...

    3-09-2015, 19:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu