GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Həbsdəki MTN generalı Eldar Mahmudovu İSTİNTAQA TƏHVİL VERİR

Həbsdəki MTN generalı Eldar Mahmudovu İSTİNTAQA TƏHVİL VERİR

Tarix: 25-11-2017, 11:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 525
Həbsdəki MTN generalı Eldar Mahmudovu İSTİNTAQA TƏHVİL VERİR


Elçin Quliyev sabiq şefinin qandallanması üçün yetərli ifadə verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Artıq prokuror Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.

Məhkəmənin gedişatında E.Mahmudovun əleyhinə danışmayan sabiq işçisi Elçin Quluyev ona cəza istəniləndən sonra çox kəskin çıxış edib.

Bildirib ki, heç bir cinayəti yoxdur. O, kimin cinayət etdiyini açıqlayıb: “Mən özümü təqsirkar bilmirəm. Çünki mənim heç bir günahım yoxdur. Cinayət törətməmişəm”.

Zərərçəkmiş Mətləb Mustafayevin həbs edilməsinə münasibət bildirən general-mayor deyib ki, bunun sifarişini məhz nazir özü edib: “Eldar Mahmudov prokurorluqla razılaşdıraraq, Mətləbin evinə tapança qoydurub, həbs etdirib”.

Zərərçəkmiş Mətləb Mustafayev də bildirib ki, Elçin Quliyev ötən prosesdə çıxış edərək Eldar Mahmudovun onunla görüşmək istədiyini deyib: “Çıxışında açıqca dedi ki, Eldar Mahmudov vəzifədən azad olunandan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Bundan başqa, Elçin Quliyev həbsxanada intihar edən İlqar Əliyevdən danışdı. Elçin çıxışında İlqarın ona zəng edərək, vəkil istədiyini dedi”.

Vəkili E.Quliyevin barəsində bəraət hökmünün çıxarılmasını və mülklərindən həbsin götürülməsini tələb edib. Polkovnik Azər Mehdiyevin vəkili də çıxış edərək bəraət istəyib. Proses noyabrın 27-də davam edəcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adıçəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilmişdi. Daha sonra cinayət işi üzrə həbs olundu.

Onun məhkəmədəki Eldar Mahmudova yönəlik çıxışları ilə tanış olan ekspertlər deyirlər ki, general-mayor sabiq şefinə qarşı çox ciddi ifşaedici mövqedədir. Onun məhkəmədə açıqladığı məlumatlar ciddi şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir: “Hüquqi baxımdan yanaşanda Elçin Quliyevin məhkəmədəki fikirləri Eldar Mahmudovun istintaqa cəlb olunması üçün əsas ola bilər. İstintaq Elçin Quliyevin ifadəsini alıb təsdiqləyici sübutlar toplamalı, zərərçəkən tərəfi dinləməlidir. Elçin Quliyevin dedikləri həqiqətdirsə, Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun sifarişi ilə qoyub özünü həbs ediblərsə, bu halda Eldar Mahmudova ittiham irəli sürülməsi üçün əsas yaranır.

Düzdür, Eldar Mahmudovun MTN-də baş verən cinayətlərdə nazir kimi dolayı və birbaşa əli olduğu bilinən cinayətlər haqda çoxsaylı məlumatlar var. Hazırda isə sabiq nazirin əleyhinə birbaşa tabeçiliyində olmuş, general-mayor rütbəli biri ifadə verir. Bu çox ciddi bir olaydır və Eldar Mahmudovun həbs ediləcəyi artıq mübahisə doğurmur. Bundan başqa sabiq nazirin barəsində bir qədər əvvəl xüsusi qərardad da çıxarılıb və cinayət işi başlanılması üçün Baş Prokurorluğa göndərilib. Göründüyü kimi, Eldar Mahmudov barəsində son addımın atılması üçün bütün şərtlər var. Onu yaxın zamanda həbs edəcəklər. Hazırda baş verənlər bunu qaçılmaz edir".

Ekspert xatırladır ki, E.Mahmudovla bağlı 2 ildən artıq müəmmalı şəkildə davam edən proses artıq yeni mərhələyə qədəm qoyub: “Milli Təhlükəsizlik Nazirliyində 2015-ci ilin oktyabrında başladılan proses Eldar Mahmudov üçün yaxşı heç nə vəd etmədiyi bəlli idi. Baş verənlərdən belə nəticəyə gəlmək olurdu ki, hakimiyyətin onunla bağlı perspektiv planları var və gerçəkləşməsi üçün Eldar Mahmudovun azadlıqda olması vacibdir. Məsələn, Eldar Mahmudovdan bəzi maliyyələrin geri qaytarılması istiqamətində danışıqlar aparılması haqda bilgilər vardı. Necə ki, başqaları ilə, eyni qaydada Eldar Mahmudovla da iş aparılırdı. Artıq həmin danışıqlar da, danışıqların mövzusu da həll olunub. Mümkündür ki, Eldar Mahmudov ondan tələb olunanlarla vidalaşıb və ya haradasa razılaşmayıb. İstənilən halda, prosesin nəticəsindən asılı olmayaraq Eldar Mahmudov görüntü xatirinə də olsa istintaqa çağırılmalı, məhkəmə qarşısına çıxarılmalı idi. Ona veriləcək ittihamlardan və barəsində çıxarılacaq hökmdən sonra hazırda Eldar Mahmudovun ətrafında gedən proseslərə daha dəqiq qiymət vermək mümkün olacaq. Hələlik isə bizlər Eldar Mahmudovun ətrafında olan general-mayorun onun üzünə qarşı ifadə verməsini görürük və məhkəmədəki çıxışlar onun həbsi üçün yetərlidir”.

Qeyd edək ki, ləğv edilmiş MTN-in Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş Malik Mustafayevin intihar etməsi və onun qardaşına təzyiqlər edilməsi ilə bağlı həbsdə olan MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev istintaq zamanı bir qədər fərqli ifadələr vermişdi.

Malik Mustafayev 2014-cü ildə işdən çıxarıldıqdan bir müddət sonra intihar etmişdi. Onun qardaşı Mətləb Mustafayev qanunsuz silah saxlamaqda təqsirli bilinərək həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. MTN ləğv edildikdən sonra 2016-cı ilin sonlarında azadlığa buraxılmışdı.

E.Quliyev ibtidai istintaqa ifadələrində bildirmişdi ki, Malik Mustafayevi MTN-in Yevlax rayon şöbəsinin rəisi olan vaxtlardan, onun qardaşı Mətləb Mustafayevi isə həbs olunandan sonra tanıyıb: “Malik Mustafayevin sonuncu xidməti vəzifəsi MTN-in Situasiya Mərkəzinin rəis müavini olub. Dəqiq tarixi xatırlamadığım vaxtda bir dəfə Mətləb Mustafayevlə söhbət etmişəm. Qardaşının MTN-də hörmətli şəxs olmasını deyərək, mənzilində aşkar olunmuş silahla bağlı məlumat əldə etməyə çalışdım. Bildiyimə görə, Malik Mustafayev də Mətləblə bu barədə söhbət etsə də, o, silahı haradan alması barədə məlumat verməyib. Mətləb Mustafayevlə söhbətimiz zamanı vəkil iştirak etməyib”.

E.Quliyevin sözlərinə görə, Mətləb Mustafayevdə silah olması, onun İranda yaşayan Rza, Hüseyn adlı şəxslər və qeyriləri ilə əlaqəsi olması barədə 10 sentyabr 2014-cü ildə MTN-in İstintaq İdarəsinə məktubla məlumat verib: “Təxminən bir həftədən sonra yenidən əməliyyat məlumatı əsasında Mətləb Mustafayevin qohumlarında silah olması barədə istintaq idarəsinə məlumat vermişəm. Lakin Mətləb Mustafayevin qohumlarının evindəki axtarışlar zamanı silah aşkar olunmayıb. Mətləb Mustafayevin mənzilində axtarış zamanı İlqar Əliyev və əməkdaşlarımızın orada iştirak etməsini təmin etmişəm. Mətləb Mustafayev isə MTN-in istintaq təcridxanasında saxlanılan zaman ola bilərdi ki, Antiterror Mərkəzinin əməkdaşları ilə söhbət etsin. Mətləb Mustafayevlə əsas işi tapşırığım əsasında İlqar Əliyev qurub. Mətləb Mustafayev həbs ediləndən sonra onunla görüşmüşəm, silahı haradan əldə etməsi ilə bağlı söhbətimiz olub. Mətləb Mustafayevdən evində aşkar olunmuş silahı haradan əldə etməsi ilə maraqlandım. Həmin söhbət zamanı onunla istintaqla bağlı deyil, əməliyyatla bağlı söhbət etdiyim üçün vəkilinin iştirakını təmin etməmişəm”.

Göründüyü kimi, ibtidai istintaqa ifadəsində general-mayor keçmiş şefini satmayıb, onun əleyhinə ifadə verməyib. İndi isə situasiya dəyişib, Mahmudovu özünün birbaşa tabeçiliyində olanların ifadələri ilə həbs göndərirlər. Belə də o uzaqdan-yaxından tanışlığı olan istintaqçılara, onların rəhbərlərinə də hər hansı bir irad bildirə bilməyəcək. Danışacaq və ona deyəcəklər ki, əlinin altında olan şəxs əleyhinə ifadə verirsə, biz kimik?/musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun məhkəməyə çağırılması barədə vəsatət qaldırıldı

    Eldar Mahmudovun məhkəməyə çağırılması barədə ...

    2-10-2017, 15:36

  • 
  • Elçin Quliyevə geydirmə general dedilər

    Elçin Quliyevə geydirmə general dedilər ...

    17-07-2017, 19:59

  • 
  • Eldar Mahmudov həbs etdirdi, məhkəmə bəraət verdi

    Eldar Mahmudov həbs etdirdi, məhkəmə bəraət verdi ...

    26-10-2017, 13:38

  • 
  • Dövlət ittihamçısı keçmiş MTN generalına cəza istəyib

    Dövlət ittihamçısı keçmiş MTN generalına cəza ...

    13-11-2017, 15:38

  • 
  • MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədovu “baqaj”a qoydu

    MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və ...

    12-08-2016, 01:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu