GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » PULUN YOXDUR, OXUMA!

PULUN YOXDUR, OXUMA!

Tarix: 3-12-2017, 20:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 436
PULUN YOXDUR, OXUMA!


Paytaxt universitetlərində təhsil haqqını ödəməyən tələbələrin “ovu”na başlanılıb. Söhbət təhsil haqqını gecikdirənlərdən gedir. Onları dərsə buraxmırlar, bəzən auditoriyadan çıxarırlar.

gundemxeber.az bildirirki, Turan-ın elektron poçtuna Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vəziyyətlə bağlı məktub daxil olub. Məktubda qeyd olunur ki, pullu əsaslarla təhsil alan tələbələrin davamiyyətində problemlər yaranıb. Onları mühazirələrə buraxmırlar, auditoriya və laboratoriyalardan çıxarırlar. Onlardan illik təhsil haqqının ödənilməsinə görə borcu ən qısa müddətdə ödəmək tələb olunur. Dərs buraxan tələbələr universitetin rektoru Mustafa Babanlı ilə görüşüb ona üzləşdikləri maliyyə çətinliklərinin səbəblərini söyləməyə çalışırlar: devalvasiya, valideynlərin gəlirlərinin azalması, iş yerlərinin itirilməsi. Ancaq o, ödəniş haqqının uzadılması və ya heç olmasa qismən ödənilməsi ilə bağlı ərizələri qəbul etməkdən imtina edir, gəncləri dinləmək istəmir.

“Ali məktəbin dekanlığında onlarla belə ərizə toplanıb. “Neft və mexanika” fakültəsinin dekanı Əlihikmət Əhədov özünü münaqişədən kənara çəkir, borcu olan tələbələri universitetin mühasibatlığına göndərir. Oxşar vəziyyət başqa fakültələrdə də yaranıb. İş o yerə çata bilər ki, maddi çətinliklə üzləşən tələbələr universitetdən xaric edilə bilər”, -məktubda deyilir.

Turan agentliyinin müxbirlərinin Azərbaycan Tibb Universiteti, Dillər Universiteti, Dövlət İqtisad Universitetinin tələbələri arasında apardıqları sorğu göstərib ki, təhsil haqqının ödənilməsi problemi geniş yayılıb. Əsasən dövlət ali məktəblərinin nüfuzlu ixtisasları üzrə təhsil alan tələbələrin durumu ağırdır. Belə ki, BDU-nun hüquq fakültəsində təhsil haqqı 4300 manat, Xəzər Universiteti 4500-5000 manat, Azərbaycan Universiteti 3000 manata yaxın, Dövlət Pedaqoji Universitetində ixtisasdan asılı olaraq 1800-2000 manat təşkil edir. ADA Universiteti bahalıq üzrə rekord vurur. Belə ki, I və II qruplar üzrə bakalavr pilləsi üçün illik təhsil haqqı 6500 manat, III qrup üçün 6000 manatdır.

Şübhəsiz ki, yüksək inflyasiya, işsizlik, əmək haqlarının gecikdirilməsi və bank sisteminin iflasa uğraması şəraitində ailələrin hamısı övladının təhsil haqqını dərhal ödəməyə qadir deyil. Eyni zamanda universitetlərin rektorluqları da borclulara güzəştə getmək istəmirlər, “pul yoxdur, oxumayın” prinsipi ilə hərəkət edirlər.

Vəziyyətdən çıxış yolu Qərbdə geniş tətbiq edilən tələbələr üçün bank krediti ola bilər. Azərbaycanda bu baxımdan vəziyyət tamamilə əksinədir: burada hətta iqtisadi yüksəlişin pik vaxtında belə banklar tələbələrə kredit verməyiblər, indi isə bu barədə heç eşitmək istəmirlər.

Bir neçə il bundan öncə Təhsil Nazirliyi “Maarifçi” Kredit Fondunun yaradılması ilə layihə həyata keçirib. Layihənin təsisçiləri Bakı, Gəncə və Sumqayıtın bəzi Dövlət universitetləri olub. Amma layihə ödənişli təhsil alan tələbələrin vəziyyətinə təsir göstərməyib.

Təhsil üzrə ekspert Kamran Əsədov problemi şərh edərkən deyib ki, “Maarifçi” Kredit Fondu tərəfindən kreditlərin verilməsi üzrə layihə uğursuz olub. 3 il ərzində ancaq 200 tələbəyə təhsil krediti verilib. Nəzərə alsaq ki, potensial borcluların sayı dəfələrlə çoxdur, bu göstərici olduqca aşağıdır. Səbəb odur ki, tələbələrin heç də hamısı Fondun meyarlarına uyğun deyil. Fonddan kredit götürənlər aztəminatlı ailələrdən olmalı, valideynlərin bank borcu olmamalıdır ( hazırda belə ailə tapmaq çətindir). Digər mühüm məqam odur ki, tələbənin orta müvəffəqiyyət ğöstəricisi 71 bal olmalıdır. Başqa sözlə desək, tələbə əlaçı olmalıdır.

“Bu tələblərə uyğun olmaq çətindir. Azərbaycanda 50-yə yaxın ali məktəb fəaliyyət göstərir. Onlarda 160 mindən çox tələbə təhsil alır. Həmin kontingentin 70%-dən çoxunu ödənişlə oxuyan tələbələr təşkil edir. Ölkənin ali məktəblərində orta ödəniş haqqı 2000 manatdır. Bəzi ixtisaslar üzrə qiymətlər 4500, 5000, 6500 manat təşkil edir. Son beş ildə ödəniş qabiliyyətinin olmamasına görə 7 min tələbə təhsildən imtina edib”, – K.Əsədov bildriib.

Problemin kökündə ali təhsilin kommersiyalaşdırılması, müəyyən edilmiş tariflərin göstərilən xidmətin keyfiyyətinə uyğun olmaması, bu sahədə düşünülmüş qiymət siyasətinin olmaması durur.

Bu, ona gətirib çıxarır ki, universitetlərin məqsədi ixtisaslı kadr hazırlığı deyil, qazanc əldə etməkdir. Hazırda bu hal geniş vüsət alır.

Bundan başqa tələbənin də davranış modeli dəyişir. Belə ki, ali məktəblərdə tələbələrin bir çoxu üçün təhsildə məqsəd bilik deyil, əmək bazarının bir növ “valyutası” sayılan diplomu almaqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 4237 tələbə akademik borca görə ali məktəblərdən xaric edilib

    4237 tələbə akademik borca görə ali məktəblərdən ...

    29-01-2014, 11:29

  • 
  • Təhsi haqqından azad edilən tələbələr ən çox hansı ali məktəbdədir? - SİYAHI

    Təhsi haqqından azad edilən tələbələr ən çox ...

    23-09-2017, 17:01

  • 
  • Azərbaycanda universitetdən 42 tələbə qovuldu

    Azərbaycanda universitetdən 42 tələbə qovuldu ...

    28-09-2016, 22:55

  • 
  • Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

    Xaricdə distant təhsil alanların diplomları niyə ...

    2-12-2016, 13:31

  • 
  • Azərbaycanda universitet bağlandı

    Azərbaycanda universitet bağlandı ...

    8-09-2015, 15:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu