GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İlhamə Quliyevanın oğlunun həbsinin yeni detalları

İlhamə Quliyevanın oğlunun həbsinin yeni detalları

Tarix: 11-12-2017, 11:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 482
İlhamə Quliyevanın oğlunun həbsinin yeni detalları


Orxan Nadirov həbsxanadan “adam çıxaracağı” vədi ilə 95 min manat mənimsəyib; mərhum Xalq artistinin keçmiş köməkçisi: “Onu bu duruma salan dostu Vüqardır”

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov külli miqdarda ziyanvurma, dələduzluq cinayətinə görə Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, Orxan Nadirov Səbuhi Bayram oğlu Əliyevi əfv və ya cəzasının çəkilməmiş hissəsindən azad etdirəcəyini vəd etməklə onun yaxınları Kənan Əliyev və Mehman Umudovdan 95 min manat pul alıb. Bundan sonra Orxan Nadirov vədini “unudub”. Səbuhi Əliyevin yaxınları ilə Orxan Nadirovun arasındakı sövdələşmənin 2015-ci ildə baş tutduğu haqda məlumatlar var.

Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Orxan Nadirov məhkum Səbuhi Əliyevin yaxınlarına vəd edib ki, onu 2015-ci ilin dekabrında veriləcək əfvlə azad etdirəcək. Amma S.Əliyevin yaxınları 2015-ci il dekabrın 28-də verilmiş əfv fərmanında onun adına rast gəlməyiblər. Buna görə də Orxan Nadirovdan pullarını geri qaytarmasını tələb ediblər. Pullarının geri qaytarılmayacağını anladıqda isə hüquq mühafizə orqanlarına üz tutublar. Bundan sonra fakt üzrə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb. İş üzrə Orxan Nadirov dindirilib. Belə məlumatlar var ki, O.Nadirov ilk dəfə dindiriləndən sonra S.Əliyevin yaxınlarına az da olsa, pul qaytarıb. Vəd edib ki, pulları tam olaraq qısa vaxt ərzində qaytaracaq. Lakin qaytarmayıb. Bundan sonra barəsində axtarış elan olunub. S.Əliyev 2016-cı ilin yanvarında ölkədən çıxmaq istəyərkən Bakı Hava Limanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, O.Nadirovun keçmiş dostu Vüqar Bəkirov bu ilin mayında lent.az-a müsahibəsində bu barədə danışmışdı. O bildirmişdi ki, O.Nadirov bir neçə şəxsə pul borcludur və buna görə də barəsində Binəqədi Rayon Polis İdarəsində iş gedir. V.Bəkirov onu da əlavə etmişdi ki, Orxan onun etibarından istifadə edərək bir neçə nəfərdən pul alıb.

İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Hüseynova mərhum xalq artistinin oğlu Orxan Nadirovun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. M.Hüseynova ölkə.az-a açıqlamasında qeyd edib ki, O.Nadirovun düşdüyü durumun səbəbkarı keçmiş dostudur: “Orxan Nadirovun həbsi xəbərinə sevinmirəm. Əgər həbs olunubsa, Allah qapısını açsın. Sadəcə, o vaxt Orxanın dostu Vüqar Bəkirov İlhamə xanımı şantaj edirdi. Deyirdi ki, İlhamə xanım, Orxanı yaxınınıza buraxmayın, sizi zəhərləyəcək. Bütün bu oyunları quran Vüqar Bəkirov idi. Hətta o vaxtlar Vüqar özü də axtarışda idi. Həmin ərəfədə özünü vəkil kimi qələmə verən Elmira adlı xanımın evində gizlənirdi. Orxanın da bu vəziyyətə gəlib çıxmağının səbəbkarı Vüqar Bəkirovdur. Orxanın özündə heç bir pis hərəkət görməmişəm”.

M.Hüseynova bildirib ki, İ.Quliyevanın sağlığında yayılmış videosunda baş verənlərə də V.Bəkirov rəhbərlik edirdi: “Hətta o vaxt mənim başıma açılan oyunlarda Orxanı günahlandırırdılar. Məni məcburən diz çökdürənlər, hədə-qorxu gələnlərin də başında Vüqar Bəkirov dururdu. Çox maraqlıdır ki, Vüqar Bəkirov və yanındakı Məsmə ləqəbli, Zəminə adlı qadın niyə azadlıqda gəzirlər?”

Xatırladaq ki, M.Hüseynova özü 2015-ci ilin oktyabrında həbs edilmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq, il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Əməkdar artist Firuzə İbadova da bir müddət öncə açıqlamasında O.Nadirovun ona borclu olduğunu deyib. Müğənni hətta bununla bağlı bir neçə orqana müraciət etdiyini də açıqlayıb.

Daxili İşlər Nazirliyi İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində tutulub.

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi."Ekstazi işi"nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi. Onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.
Mövzuya qayıdacağıq./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​İlhamə Quliyevanın oğlu Orxan Nadirov AXTARIŞDA OLUB

    ​İlhamə Quliyevanın oğlu Orxan Nadirov AXTARIŞDA ...

    9-12-2017, 12:45

  • 
  • İlhamə Quliyevanın oğlu həbs olundu - FOTO

    İlhamə Quliyevanın oğlu həbs olundu - FOTO ...

    9-12-2017, 12:12

  • 
  • İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi - RƏSMİ AÇIQLAMA

    İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi ...

    10-02-2016, 14:17

  • 
  • "Orxanın bu vəziyyətə gəlib çıxmasında səbəbkar Vüqar Bəkirovdur" — İlhamənin keçmiş köməkçisindən İLGİNC AÇIQLAMALAR

    "Orxanın bu vəziyyətə gəlib çıxmasında ...

    9-12-2017, 14:13

  • 
  • İlhamə Quliyevanın oğlu həbs edildi

    İlhamə Quliyevanın oğlu həbs edildi ...

    14-01-2016, 16:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu