GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ​BƏDƏLOVUN BAŞININ ÜSTÜNÜ TƏHLÜKƏ ALDI - Korrupsiya, 100 milyonlarla kredit borcu, MTN-lə əlaqələr…

​BƏDƏLOVUN BAŞININ ÜSTÜNÜ TƏHLÜKƏ ALDI - Korrupsiya, 100 milyonlarla kredit borcu, MTN-lə əlaqələr…

Tarix: 23-12-2017, 15:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 523
​BƏDƏLOVUN BAŞININ ÜSTÜNÜ TƏHLÜKƏ ALDI - Korrupsiya, 100 milyonlarla kredit borcu, MTN-lə əlaqələr…


Prezident İlham Əliyev ötən gün ölkənin energetika sektorunda islahatlara dair iki mühüm sərəncam verib. Bu sərəncamlardan biri Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin aktivlərinin “Azərişıq” ASC-nin balansına keçirilməsi barədədir. Prezidentin sərəncamında göstərilir ki, bu qərar milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə nail olmaq, ölkədə külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının təşkili məqsədi güdür.

Sərəncama əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan Bakı şəhəri, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkı, habelə Bakı şəhəri, Xızı rayonu, Şurabad qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən və 16ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkı bu agentliyin balansından çıxarılaraq “Azərişıq” ASC-nin balansına verilir.

Lakin bunlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansından çıxarılacaq aktivlərin hamısı deyil. Prezidentin sərəncamında göstərilir ki, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının bu Sərəncam qüvvəyə mindikdən sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini və həmin əmlak hesabına “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını təmin etməlidir.
Prezidentin sərəncamına əsasən Nazirlər Kabineti Energetika Nazirliyi ilə birlikdə ölkənin enerji sektorunda aparılacaq islahat tədbirərinə dair təkliflər hazırlayıb üç ay ərzində təqdim etməlidir.
Bu sərəncamla bağlı məsələləri şərh etməzdən əvvəl qeyd edək ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə ayrıca dövlət strukturunun yaradılması prezident İlham Əliyevin ölkənin karbohidrogen ehtiyatlarından daha qənaətlə istifadə etməyə, bu ehtiyatları gələcək nəsillər üçün qoruyub saxlamağa və eyni zamanda ətraf mühiti qorumağa yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsi idi. Həmin uzunmüddətli strategiyaya uyğun olaraq prezident 2008-ci ildə Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Agentlik yaratdı. Daha sonra-2013-cü ildə bu agentlik nazirliyin tərkibindən çıxarılaraq müstəqil struktura çevrildi. Agentliyin missiyası ölkədə külək və günəş enerjisindən istifadə etməklə elektrik enerjisinin istehsalını həyata keçirmək, o cümlədə nisbətən kiçik çayların üzərində su elektrik stansiyaları tikməklə gələcəkdə ölkənin elektrik enerjisinə olan tələbatını əsasən alternativ və bərpa olunan mənbələrin hesabına təmin etməkdən ibarət idi. Plana əsasən 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi.

Lakin belə görünür ki, bu sahəyə cavabdeh olanlar-Agentlik və onun rəhbərliyi prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bilməyib. Məsələn, ötən il Hesablama Palatasının hazırladığı və Milli Məclisə göndərdiyi audit nəticələrinə əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində və onun tabeliyində olan “Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlanıb. Agentliyin istehsal etdiyi elektrik enerjisi ümumi istehsal gücünün heç yarısına da çatmayıb. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib. Korrupsiyaya, həyata keçirilən layihələrdə maya dəyərinin şişirdilməsinə dəlalət edən faktlar üzə çıxıb.
Digər tərəfdən agentliyin Azərbaycan Beynəlxalq Bankı qarşısında yüz milyonlarla manat kredit borcu olduğu məlumdur. Prezidentin də sərəncamından göründüyü kimi bu kreditlərin əvəzində Agentliyin aktivləri bankın girovluğundadır. Və indi həmin aktivlər girovluqdan çıxarılaraq “Azərişıq” ASC-nin balansına veriləcək. Agentliyin direktoru Akim Bədəlovun adı ləğv edilmiş MTN-nin rəhbərliyi ilə bağlı hallanır. Onun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir.
Habelə Akim Bədəlov neçə vaxtdır ki, keçmiş dövlət katibi, 1991-ci il 20 noyabr vertolyot qəzasında həlak olmuş Tofiq İsmyılovun yaratdığı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini saxta sənədlərlə ələ keçirməkdə ittiham olunur. Bu ittihamlarla mətbuatda mərhum dövlət katibinin qızı Səbinə İsmayılova çıxış edirdi. Hazırda “Xəzər” Akim Bədəlovun rəhbərlik etdiyi agentliyin əsas podratçısıdır. Maraqlıdır ki, bu şirkət Beynəlxalq Bankın talanması işi üzrə həbs edilən keçmiş deputat Dünyamin Xəlilovun “Globus Plaza” mərkəzinin tikintisini, habelə Cahangir Hacıyevin bəzi digər layihələrini həyata keçirib.

Prezidentin sərəncamı belə qənaətə gəlməyə əsas verir ki, Akim Bədəlov alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair strategiyanı, dövlət proqramını faktiki olaraq iflasa uğradıb. Və onun rəhbərlik etdiyi Agentliyin balansında olan aktivlərin “Azərişıq” ASC-yə verilməsindən sonra Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin özünün gələcək taleyinin necə olacağı sual doğurur. Bir halda ki, prezident bu agentliyin aktivlərini ölkənin elektrik enerjisi satışı üzrə vahid operator-şirkəti “Azərişıq” ASC-yə verməyi qərara alıb, o zaman istisna deyil ki, ölkənin energetika sektorunda islahatların davamı kimi bu agentlik ümumiyyətlə ləğv edilə bilər.
Prezidentin energetika sahəsində islahatlara dair ötən gün qəbul etdiyi digər qərar Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin ləğv edilməsi və onların əsasına həmin nazirliyin tabeliyindəpublik hüquqi şəxs statusu daşıyan Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmasına dair fərmandır.
Prezident digər fərmanla Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nizamnaməsini də təsdiq edib. Nizamnamədə göstərilir ki, həmin agentlik istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinəvə xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.
Nizamnanə prezidentin rəsmi saytında dərc edilib. Sənəddən belə məlum olur ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması bütövlükdə ölkənin enerji sektorunda Energetika Nazirliyinin vahid nəzarət və tənzimləyici orqan kimi funksiyalarının, səlahiyyətlərinin genişləndirilməsinə yönəlib.
Nizamnaməyə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik enerjisi və təbii qazdan istifadə üzrə tarif siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verəcək.

Elektrik və istilik enerjisinin, habelə qazın qiymətləri (tarifləri) ilə bağlı daxil olmuş təklifləri təhlil edəcək və həmin qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinə dair təkliflərini aidiyyəti üzrə , yəni Tarif Şurasına təqdim edəcək.
İstehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlayacaq və nəticələri barədəistehlakçılara və qaz paylayıcısına məlumat verəcək. Bu bənd xüsusilə mühümdür. Çünki ölkədə dəm qazından hər il yüzlərlə adamın zəhərləndiyi, öldüyü bir vaxtda əhaliyə verilən təbii qazın tərkibi və keyfiyyəti ilə bağlı mübahisələr hökm sürür. Və “Azəriqaz” həmişə bununla bağlı iradları rədd edir.
Habelə Nizamnamədə göstərilir ki, Agentlik qanunvericiliklə müəyyən olunmuş qaydada qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına vəqazpaylayıcı şəbəkələrə texniki baxış keçirilməsində iştirak edəcək.
Belə görünür ki, energetika sahəsində islahatlar, o cümlədən struktur islahatları hələ davam edəcək. Çünki prezidentin ölkə iqtisadiyyatının inkişafını qeyri-neft sektoru relsləri üzərinə keçirməyə dair qarşıya qoyduğu vəzifə bir tərəfdən karbohidrogen ehtiyatlarından qənaətlə istifadəni və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsini, digər tərəfdən energetika sahəsində təsərrüfatsızlığı, itkiləri aradan qaldırmağı da nəzərdə tutur./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Güclü külək Zaqatalanı işıqsız qoydu - Elektrik dirəkləri aşdı

    Güclü külək Zaqatalanı işıqsız qoydu - Elektrik ...

    30-05-2016, 12:48

  • 
  • Güclü külək Azərbaycanda ciddi fəsadlara səbəb olub

    Güclü külək Azərbaycanda ciddi fəsadlara səbəb ...

    4-12-2013, 09:39

  • 
  • Külək Azərbaycanın bir rayonunu işıqsız qoydu, ağacları aşırdı

    Külək Azərbaycanın bir rayonunu işıqsız qoydu, ...

    12-11-2015, 12:41

  • 
  • Yardımlıda güclü külək: Evlərin dam örtükləri uçdu

    Yardımlıda güclü külək: Evlərin dam örtükləri uçdu ...

    15-04-2017, 00:51

  • 
  • Azərbaycan prezidenti iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib

    Azərbaycan prezidenti iqtisadiyyatın əsas ...

    7-12-2016, 00:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu