GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xaləddin İsgəndərovun maxinasiya xəritəsi

Xaləddin İsgəndərovun maxinasiya xəritəsi

Tarix: 26-12-2017, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 651
Xaləddin İsgəndərovun maxinasiya xəritəsi


Binəqədinin icra başçısını sabiq rektor Elşad Abdullayevlə birləşdirən səbəblər; dəbdəbə həvəskarı olan başçı imarətindəki təkcə 1 hovuza 1 milyon manatdan artıq pul xərcləyibmiş

Fazil Məmmədov vergilər naziri postunda ikən görəvləndirdiyi yaxın qohumlarından biri də Xaləddin İsgəndərovdur. Nazir yeznəsi olan Xaləddin İsgəndərovu Vergilər Nazirliyinin Vergilər Departamenti rəisinin birinci müavini postuna təyin etmişdi. 4 il əvvəl isə onu Binəqədi İcra Hakimiyyətinə rəhbər gətirməyə nail oldu.

Xaləddin İsgəndərovun Binəqədidəki fəaliyyətindən xəbərdar olanlar deyirlər ki, burada onun qazanmaq, var-dövlət toplamaq imkanları təsəvvür edilməyəcək qədər genişlənib. Abadlıq-bərpa işləri adına rayona ayrılan pullar talanır, qurulan dekorasiyalar isə keyfiyyətsizliyi ilə seçilir. Rayonun bir tərəfində faktiki olara ucuz və keyfiyyətsiz, sənədləşmədə isə bahalı və keyfiyyətli mal-materialdan quraşdırıldığı kimi rəsmiləşdirilən müxtəlif tikililər bina edilib. Digər tərəfində isə Xaləddin İsgəndərovun, hamisi və rəhbəri hesab etdiyi Fazil Məmmədovun göz oxşayan, ərəb şeyxlərinin saraylarını xatırladan imarətlər ucaldılıb. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Xaləddin İsgəndərovla Fazil Məmmədovun imarətləri üz-üzədir. Villaların tikintisinə milyonlarla manat sərf edildiyi ilk baxışdan görünür. 5-6 metr hündürlüyü olan, videokameralarla “bəzədilmiş” imarətlərin darvazalarının təkcə 50-60 min manat dəyəri olduğu deyilir. Dəbdəbəli, təmtərağı göz qamaşdıran imarətləri xüsusi mühafizə dəstələri qoruyur. Bir müddət əvvəl mətbuatda bu imarətlərdə bahalı çaxır, araq, konyak kolleksiyalarının saxlandığı xüsusi otaqların olduğu, həmin otaqlardakı içkilərin ən ucuzunun qiymətinin 1000 manatı aşdığı haqda məlumatlar yayılmışdı. Bildirilirdi ki, imarətin zirzəmisində böyük bir hovuz var və Xaləddin İsgəndərov orada başının dəstəsi ilə ara-sıra məclislər təşkil edir. Xaləddin İsgəndərov bu qədər sərvəti və ərəb şahzadələrinə aid yaşayış səviyyəsini hansı yolla əldə edib?

İcra başçısının rəsmi maaşının 1100-1300 manat olduğunu nəzərə alsaq, Xaləddin İsgəndərovun alternativ gəlir mənbələrini olduğu qənaəti formalaşır. Onu rəhbərlik etdiyi rayonun ərazisində şikayətlərin əksəriyyəti tikinti sahəsindəndir. Bir daşı daş üstünə qoyan rayonun qəsəbə və kəndlərinin sakinləri Xaləddin İsgəndərovun qeyri-rəsmi tikinti-söküntü dəstəsinin üzvlərini başlarının üstündə görürlər. Kimdir bu adamlar? “Tikinti aparan hər kəsdən məcburi şəkildə qoparılan pullar kimin cibinə gedir” sualı da yersizdir...

Bu məsələ haqda mətbuatda xeyli şikayət var. Xaləddin İsgəndərov bu şikayətləri görməzdən, eşitməzdən gəlirsə ağla gələn səbəb də göz önündədir.

Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri idi. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirdi və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırdı. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur - bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşa tikinti aparmağa imkan vermirlər, işinə mane olurlar. Tikinti ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz.

Binəqədi rayonunda vəziyyət belədir. Əlbəttə ki, Xaləddin İsgəndərovun ucaltdığı imarətlərə xərclənən milyonlar təkcə tikinti icazəsinə görə alınan pullardan formalaşmır. Başqa mənbələr də var. Məsələn, bu yaxınlarda mətbuatda Binəqədi rayonundakı Zeytunluq adlanan ərazidə aparılan tikinti işlərini rayon prokurorunun dayandırması haqda məlumatlar vardı. Bildirilirdi ki, prokuror Zeytunluqda ağacların kəsilməsi, torpaqların zəbt olunaraq hasarlanmasına qarşı addımlar atıb. Bu isə Xaləddin İsgəndərovun xoşuna gəlməyib, icra başçısı prokurora təpinib və sərt cavab alıb. Qaynağımız deyir ki, Zeytunluqdakı gecə əməliyyatlarına Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanov rəhbərlik edir. İddia olunur ki, onu Xaləddin İsgəndərova müavin Fazil Məmmədov göndərib. O, Fazil Məmmədovun yerlisi və kadrıdır. Rəsmi vəzifəsi ilə yanaşı qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə baxır. Prokurorla başçı arasındakı qovğanın ərazidə 26 zeytun ağacının kəsilməsindən sonra qızışdığı da bildirilir. Faktiki isə orada çoxlu ağac məhv edilib. Xaləddin İsgəndərovun diqqət mərkəzində olan Zeytunluqda 1 sot torpağın qiyməti 50 min manatdır. Qaynağımız bildirib ki, gecə olan kimi əraziyə maşın gətirirlər, ağacları kötükdən çıxarıb yeri təmizləyirlər. Hər gecə 10-20 sot torpaq ağaclardan təmizlənir. Yəni 1-2 günün içində sonradan 1 milyon manata satacaqları torpağı zəbt edib hasarlayırlar. Bununla da Xaləddin İsgəndərovun gəlir mənbələri məhdudlaşmır. Qüdsü Bayramovla İlqar Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar sonradan Xaləddin İsgəndərovun bacısı oğlu Nicata ötürülür. “Qara pullar”ın ondan sonrakı hərəkətliyi haqda konkret bir məlumat “yoxdur”.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədov icra başçısından imtina etdi

    Fazil Məmmədov icra başçısından imtina etdi ...

    29-10-2013, 10:51

  • 
  • Xaləddin İsgəndərovla oğlunun 3 min manata yaxın cəriməsi var- DYP-nin sistemindən

    Xaləddin İsgəndərovla oğlunun 3 min manata yaxın ...

    6-10-2016, 00:37

  • 
  • Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra nümayəndəsi... - NARAZILIQ VAR...

    Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra ...

    26-05-2016, 21:55

  • 
  • İcra başçısı qulluqçularına 12 min maaş verir

    İcra başçısı qulluqçularına 12 min maaş verir ...

    20-04-2015, 22:34

  • 
  • Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayon prokuroru ilə qarşı-qarşıya gəldi

    Binəqədinin icra başçısı Xaləddin İsgəndərov ...

    18-12-2017, 15:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (187)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu