Uzun illər Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışan , polis general-mayoru Cavanşir Məmmədov təqaüdə çıxdıqdan sonra Avropaya köçüb. Bu barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, hazırda Fransada yaşayan general orada özü üçün biznes strukturları yaradıb.
Onun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.Bu pulların mənbəsi hardandır sualının cavabını Azərbaycan ictimaiyyəti yaxşı bilir. Amma Fransa hökuməti bunu bilmir.Aydın məsələdir ki, aylıq maaşı 1500 azn(750 euro) olan bir polis generalı 20 milyon euroluq biznes şəbəkəsini qurmaq üçün yeməyib içməyib 300 il işləməsi lazımdır.Aldıgımız məlumata görə uzun illər Azərbaycan polis orqanlarında xəyanətkar mövqe tutub YAP hakimiyyətinin əl tulası olmuş və Xalq mitinqlərinin yatırılmasına bir başa rəhbərlik edən əslən Gürcüstandan olan Cavanşır Məmmədovun Avropadakı biznes şəbəkəsinin maliyyə hesablarının onun əldə etdiyi biznes şəbəkəsinə yatırmış oldugu milyonların gəlir deklorasyası Avropada yaşayan Azərbaycanlılar tərəfindən araşdırılacaq.Bununla baglı rəsmi maliyyə arayışları Fransanın əlaqədar qurumlarından tələb olunacaq və bu tipli biznes şəbəkələrinin Fransa höküməti tərəfindən qapadılıb "əl qoyulması" tələb olunacaq. Məlumat üçün bildiririk ki C.Məmmədovun qardaşı oglu Firdovsi Məmmədovda hal hazırda polis orqanlarında çalışır.O , Nəsimi RTP də ə/m və Abşeron RPİ rəis müavini vəzifələrində işləyib.Azərbaycan müxalifətinə qarşı xüsusi amansızlıqları ilə tanınıb. Qeyd edək ki, C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib. Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib. Bundan başqa Daxili İşlər Nazirliyinin yüksək rütbəli generallarının bir neçəsinin Ukranyanın baş kəndi Kiev şəhərində böyük milyonluq kolbasa və konditerski fabrikləri aşkarlanıbdır. Bu barədə redaksiyamız artıq bəzi rəsmi maliyyə sənədləri əldə edib. Araşdırmalar davam edir./gununsesi.info
Sorğu
Yeni dizaynımız necədir?