gundemxeber.az amerikaninsesi.org-a istinadla həbsdən yeni buraxılmış jurnalistin ilk müsahibəsini oxucularına təqdim edir:
“Azadlıq fərqli bir hissdir. Amma, bu fərqli bir azadlıqdır. Mən özümü heç bir halda təqsirkar bilmirəm. Çünki etmədiyim bir işlə bağlı həbs olunmuşam”. Elə indi həbsdən azad edilmiş Kanal 13 İnternet Televiziyasının icraçı ditrektoru Əziz Orucov Amerikanın Səsinə müsahibəsində bildirib.
O şərti olaraq azadlığa buraxılması ilə razılaşmır.
“Azadlıq tam olmalıdır. Tam azadlığım uğrunda mübarizəni davam etdirəcəm. Mənim təqsirim yoxdur, azadlığım da tam olmalıdır”, jurnalist qeyd edib.
Orucov həbs həyatı ilə bağlı sualın cavabında deyib ki, düşməninə belə, həbs həyatı yaşamaq arzulamır.
“Çünki bundan öncə yaşadığın mühitdən fərqli bir mühitdə hər şey cərəyan edir. Olmadığın amplua düşüb öyrəşməyin, dörd divar arasında düşüb məskunlaşmağın, etmədiyin işə görə həbsin çox ağırdır”.
İcraçı direktor həbsini diqqətdə saxladığına görə jurnalistlərə, yerli və beynəlxalq ictimaiyyətə təşəkkür bildirib.
“Mən həbsə məhkum edilməyimi tam qavraya bilmədim. İndi də qavraya bilmirəm ki, niyə tutuldum, niyə buraxıldım”, o qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?