GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ATƏT/AŞPA: Azərbaycanda seçkilər demokratik normaların pozulması ilə keçirilib - YENİLƏNİB (VİDEO)

ATƏT/AŞPA: Azərbaycanda seçkilər demokratik normaların pozulması ilə keçirilib - YENİLƏNİB (VİDEO)

Tarix: 13-04-2018, 11:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 357
ATƏT/AŞPA: Azərbaycanda seçkilər demokratik normaların pozulması ilə keçirilib - YENİLƏNİB (VİDEO)


Azərbaycanda növbədənkənar prezident seçkiləri həqiqi demokratik seçki kampaniyası üçün vacib olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib. Bu barədə aprelin 12-də Bakıda keçirilən mətbuat konfransında ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər bildiriblər.

Beynəlxalq missiyaya ATƏT-in qısamüddətli müşahidəçiləri, ATƏT DTİHB-nin uzunmüddətli missiyası, Avropa Şurası və ATƏT Parlament assambleyalarının nümayəndə heyətləri daxildir.

Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı (KİV daxil olmaqla) şəraitdə seçkilərdə əsl rəqabət olmayıb. Namizədlər hazırki prezidenti tənqiddən çəkiniblər. Seçki kampaniyası və prezidentin fəaliyyəti arasında fərq olmayıb, beynəlxalq müşahidəçilərin bəyanatında deyilir.

Seçki günündə müşahidəçilər məcburi prosedurlara kütləvi məhəl qoyulmaması, şəffaflığın olmaması, seçki qutularına bülletenlərin kütləvi şəkildə atılması kimi çoxsaylı ciddi pozuntuları qeydə alıblar.

Səslərin hesablanmasının yarıdan çoxu müşahidəçilər tərəfindən "qəsdən saxtalaşdırma səbəbindən mənfi" qiymətləndirilib.

ATƏT-in qısamüddətli müşahidəçi missiyasının rəhbəri Nilza de Sena hakimiyyətə tövsiyə edib ki, "DTİHB-nin öz yekun hesabatında irəli sürəcəyi tövsiyələri yaxşı nəzərə alsın".

Seçkilər hakim Yeni Azərbaycan Partiyasının dominantlığı şəraitində keçib. Müxalifət partiyaları rəqabətsiz mühiti və vaxt azlığını səbəb gətirərək seçkiləri boykot ediblər.

Hakim partiyanın kampaniyası resurslarla təmin edilib, namizəd özü isə ölkə boyunca səfərlər edib, yüksək vəzifəli qonaqları qəbul edib.

Digər yeddi namizədin kampaniyası məhdudlaşdırılıb, onların regional strukturları və resursları olmayıb, - o qeyd edib.

"Demokratik prinsiplərdən güzəştə gedilmiş və hüququn üstünlüyünün təmin edilmədiyi siyasi mühitdə ədalətli və azad seçkilər mümkün deyil", - AŞPA nümayəndə heyətinin rəhbəri Viorel Riserd Badea bildirib.

"Seçki günü biz bir sıra qanun pozuntularını müşahidə etdik, amma bunun seçkinin nəticələrinə necə təsir edəcəyini bilmək mümkün deyil", o - əlavə edib.

Mediaya aid olan məhdudlaşdırıcı qanunlar ifadə və mətbuat azadlığına çətinliklər yaradır, həm də veb-saytlar və sosial mediaya şamil edilir. Diffamasiya həbs ilə cəzalandırılan və prezidentə aid olduqda əlavə cəzalar tətbiq edilən cinayət əməlidir.

"Siyasi debatların ifadə azadlığına qoyulmuş məhdudiyyətlərdən dolayı daralmasını namizədlərin televiziyada öz fikirlərini təqdim edə biləcəkləri bir neçə həftəlik seçkiqabağı kampaniya ilə kompensasiya etmək mümkün deyil", - ATƏT PA nümayəndə heyətinin rəhbəri Marqareta Kiener Nellan bildirib.

"Həqiqi demokratik seçki üçün lazımi şərt olan fundamental hüquq və azadlıqlar praktikada ciddi şəkildə məhdudlaşdırılıb", - ATƏT DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Corien Jonker qeyd edib.

"Hakimiyyət Azərbaycanın ATƏT iştirakçısı olan dövlət kimi öz vətəndaşları üçün demokratik hüquqlarının dəstəklənməsi, qorunması və hörmət edilməsu öhdəliklərini yerinə yetirməlidir", - o vurğulayıb.

Prezidentin səlahiyyətlərini daha da genişləndirən 2016-cı il konstitusiya dəyişikliklərindən sonra bu, ilk prezident seçkiləridir. Konstitusiya ilə zəmanət verilmiş seçkilərə aid əsas hüquq və azadlıqlar praktikada məhdudiyyətlərə məruz qalır. DTİHB və Venesiya Komissiyasının heç bir prioritet tövsiyəsi hakimiyyət tərəfindən icra edilməyib, bəyanatda vurğulanır.

Missiya üzvlərinin çıxışları Mətbuat Şurası və hakimiyyətlə çalışan QHT-lərin üzvlərinin timsalında hakimiyyət tərəfdarlarının hay-küyü və aqressiv hərəkətləri ilə dayandırılıb.

"İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə missiyanın rəyini "Azərbaycan xalqına təhqir adlandırıb", onun antiazərbaycançı qüvvələrin sifarişi ilə yazıldığını və reallıqdan uzaq olduğunu bildirib.

O, Azərbaycanın nailiyyətləri haqda və beynəlxalq müşahidəçilərin xidmət etdikləri müəyyən dairələrin düşmənçilik fəaliyyətindən danışıb.

"Səs" qəzetinin redaktoru Bəhruz Quliyev hesabatda adı çəkilən pozuntularla bağlı sübutların təqdim olunmasını tələb edib. "Siz Azərbaycana dost olmayanlar tərəfindən yazılmış hazır sənədi gətirmisiniz", - o qeyd edib.

Hakimiyyət tərəfdarlarının emosional bəyanatlarını dinləyən missiya üzvləri qeyd ediblər ki, bütün faktlar və dəlillər missiyanın yekun hesabatında təqdim olunacaq. Hələlik demək olar ki, məntəqələrin 12%-də çox ciddi pozuntular qeydə alınıb. Bəzi məntəqələrdə beynəlxalq müşahidəçilər təzyiqlərə məruz qalıblar və işləyə bilməyiblər.

Azərbaycanda saytlar bloklanır, korrupsiya faktlarını ifşa edən jurnalistlər həbs edilir, KİV ancaq hakimiyyətə işləyir, bütün bunlar qeyri-obyektivliyin göstəricisidir. MSK-nın məlumatına görə, sizdə seçicilərin sayı bir, Dövlət Statistika Komitəsi üzrə başqadır. Hakimiyyət öz partiyasına şərait yaradır və təbliğat məqsədilə tələbələrdən istifadə edir. Bütün bunlar nədənsə xəbər verir və beynəlxalq standartlara və öhdəliklərə uyğun deyil. Azərbaycan bu öhdəlikləri öz üzərinə könüllü götürüb və bizi də seçkiləri məhz bu standartlar üzrə qiymətləndirmək üçün dəvət edib", - Nilza de Sena bildirib.-06B03-

* * *

DTİHB-in prezident seçkilərinin yekunlarına dair mətbuat konfransında qalmaqal

Aprelin 12-də saat 14:30-da ATƏT DTİHB missiyasının konfransında bir qrup hökumətyönlü jurnalist və hakimiyyət nümayəndəsinin qalmaqal yaratmasından sonra missiya tədbiri dayandırmalı olub.

Missiya seçkilərin gedişində və səsvermə zamanı qeydə alınan pozuntu faktlarını açıqlayarkən sözügedən şəxslər qışqırmağa başlayıblar və etiraz ediblər. Qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlər xüsusilə kəskin reaksiya doğurub.

Qrupdakı adamlar "Yalan danışmağa son qoyun!", "Bu, doğru deyil!" çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər.

Nəticədə tədbir dayandırılıb, missiya üzvləri zaldan çıxıblar. "Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar", - bir qrup şəxs qışqırıb.

20 dəqiqədən sonra onlar qayıdaraq öz rəylərini oxumağa davam ediblər. Onlara bildiriblər ki, bir daha qayda pozuntusuna yol verilməyəcək./contact.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda prezident seçkiləri ilə bağlı ilk hesabat

    Azərbaycanda prezident seçkiləri ilə bağlı ilk ...

    13-07-2013, 13:59

  • 
  • ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri səsvermə prosesini izləyir

    ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri ...

    11-04-2018, 11:55

  • 
  • Seçkiyə dair bəyanatlar bir-birinə calanıb

    Seçkiyə dair bəyanatlar bir-birinə calanıb ...

    11-10-2013, 10:44

  • 
  • ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycandakı seçki öncəsi vəziyyəti dəyərləndirib

    ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycandakı ...

    20-09-2013, 13:13

  • 
  • Azərbaycan hökuməti ATƏT DTİHB-i prezident seçkilərində müşahidəyə dəvət edib

    Azərbaycan hökuməti ATƏT DTİHB-i prezident ...

    16-02-2018, 17:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu