GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay (FOTOLAR, VİDEO)

Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay (FOTOLAR, VİDEO)

Tarix: 20-04-2018, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 415
Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay (FOTOLAR, VİDEO)


Zərərçəkənlər “Yeni Müsavat”a başlarına gələnləri danışdılar; 20 yaşlı tələbə qız: “O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm”; 18 yaşlı tələbə qız: “Özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

gundemxeber.az bildirir ki, “Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər.

Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay (FOTOLAR, VİDEO)


Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə də məlumat vermişik.

“Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən"

20 yaşlı Ə.A-nın dedikləri: (Redaksiya bəzi məqamları nəzərə alaraq zərərçəkənlərin adlarını şərti verir)

“Ötən ilin noyabr ayında ”İnstagram"da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur".

Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi “köməkliklərə” görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib:

“Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl ”işi" davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, “Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, “həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən”.

“Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm”

Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, “effekti olmasa, sənin pullarını geri qaytaracam”. Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq “iş işdən keçib”, bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, “sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə ”aybaşı" olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, “həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək”.

“Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki...”

Ə.A-nın sözlərinə görə falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib:

“Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı”.

Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib:

“Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.

“Bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm...”

Bir dəfə onunla mübahisə edəndə dedi ki, “bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm, amma onlar sənin kimi hay-küy salmır”. Məsələ araşdırılsa, yəqin ki, həmin qurbanlar da ortaya çıxacaq. Aidiyyəti qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənim və digər qurbanların haqqı yerdə qalmasın, cinayətkar öz cəzasını alsın".

“Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

Falçının qurbanı olduğunu bildirən digər tələbə, B.İ. isə bunları söylədi:

“2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla ”İnstagram"da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, “Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən”. Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.

Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, “sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, ”məni şərləmə, get evimdən!" Qorxumdan bu haqda heç kəsə bir söz deyə bilmədim. Bir neçə gün sonra zəng edib dedi ki, mənə bu məsələdə köməklik edəcək, yenidən evinə çağırdı. Mən onun evinə getdim. Bu dəfə isə mənə su içirtdi. İkinci dəfə məni belə zorladı. Bu haqda heç kəsə deməməyim üçün məni şantaj, təhdid edirdi. Olanlardan şoka düşmüşdüm. Onun təhdidlərinə dözməyib aprel ayında polisə müraciət etdim. Lakin o, yenidən məni qorxutmağa, “ailənizi dağıdaram, sən mənə heç nə edə bilməzsən, polislər mənim əlimdədir, onların işi məndən keçir” və sairə bu kimi təhdidlər etməyə başladı. Bu haqda polisə müraciət etdim. Onu polis bölməsinə aparıb, sorğu-sual etdilər. Lakin o, məni tanımadığını, ilk dəfə gördüyünü söylədi".

“Cinayətkar cəzasız qalmasın”

B.İ. çıxılmaz vəziyyətdə qaldığını, buna görə aidiyyəti orqanlardan köməklik istədiyini deyib:

“Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın”.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllim 15 yaşlı qızı direktorun otağında… – Şok olay

    Müəllim 15 yaşlı qızı direktorun otağında… – Şok ...

    9-12-2014, 01:10

  • 
  • Bakıda tələbə qız qaçırıldı

    Bakıda tələbə qız qaçırıldı ...

    19-11-2017, 17:58

  • 
  • Bakıda alçaq cinayət: 13 yaşlı qızı fotoları ilə şantaj etdi (FOTOLAR)

    Bakıda alçaq cinayət: 13 yaşlı qızı fotoları ilə ...

    28-04-2016, 22:49

  • 
  • Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

    Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL ...

    27-07-2017, 01:15

  • 
  • Bakıda gecə 17 yaşlı qız ailəsinə dəhşətli anlar yaşatdı

    Bakıda gecə 17 yaşlı qız ailəsinə dəhşətli anlar ...

    26-08-2013, 11:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu