Prezident İlham Əliyevin prezident seçkilərindən sonra aprelin 26-da ikinci xarici səfərini Böyük Britaniyaya edib. ƏIliyev aprelin 24-də ilk səfərini Türkiyəyə edib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Əliyevi Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinə dəvət edib. Bu gün Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib. Prezident Əliyev həmçinin Britaniyanın Avropa və Amerika məsələləri, ticarət və ixracın təşviqi üzrə dövlət nazirləri, hökumətlərarası komissiyanın həmsədri, Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?