GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Quska”nın istintaqa verdiyi qara siyahı - sensasion adlar

“Quska”nın istintaqa verdiyi qara siyahı - sensasion adlar

Tarix: 2-05-2018, 11:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 347
“Quska”nın istintaqa verdiyi qara siyahı - sensasion adlar


Hüseyn Abdullayevin istintaqla əməkdaşlığa başladığı, xaricdə və Bakıda gizli əlaqədə olduğu şəxslərin adlarını çəkməyə razılaşdığı deyilir; onun ifadəsi əsasında yeni həbslərin olacağı gözlənir


Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir.

gundemxeber.az "Yeni Müsavat”a istinada bildirir ki, daxil olan məlumata görə, yeni vergi cinayəti ittihamları H.Abdullayev üçün gözlənilməz olub.

Yada salaq ki, ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib. Bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla “əməkdaşlığa razılaşdığı” barədə ilginc xəbərlər var. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilir.

Bildirilir ki, H.Abdullayev Avropadakı “söyüş müxalifəti”nin həm xaricdəki, həm də Azərbaycandakı “kurator”ları barədə bildiklərini danışmağa razılaşıb. Bu kuratorlardan birinin Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov olduğu deyilir. Bu barədə yerli mediada yazılıb. Hətta H.Abdullayevin hazırda əsasən Türkiyədə yaşayan A.Abbasovla əlaqələrinin de-şifrə olduğu iddia olunur. Onların bir neçə dəfə görüşdüyü isə tutarlı dəlillərlə sübut edilib. Güman etmək olar ki, mənbəmiz “tutarlı sübutlar” dedikdə videolar və telefon danışıqlarını nəzərdə tutur. A.Abbasovun bir vaxtlar üzvü olduğu iqtidara dönüklüyü məlum faktdır, amma onun “söyüş müxalifətinə” sponsorluq etməsi və mühacirləri hakimiyyət mənsubları üzərinə yönəltməsi rəsmi Bakını daha da qəzəbləndirib.

Maraqlıdır ki, H.Abdullayevin həbsindən bir neçə gün əvvəl A.Abbasov qəfil Türkiyəni tərk edib və Moskvaya gedib. Yəni Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə əməliyyat hazırlıqlarında olarkən A.Abbasov qəfil ortadan yoxa çıxıb. Bu isə H.Abdullayevin əlaqələrindən xəbərdar olan yaxın çevrəsində “satqınlıq” kimi qiymətləndirilib. İttihamlar da məhz bu səbəbdən indi əsasən H.Abdullayevi “qızışdıran” sabiq vitse-primyerə yönəlib. Güman edilir ki, “Quska” A.Abbasov və digər “iqtidar süfrəsindən qovulmuşları” qorumaq fikrində deyil. Çünki H.Abdullayevin uzun həbsxana həyatına dözəcək iradəsi yoxdur.

H.Abdullayevin mühacirətdə rahat yaşamaq istədiyini, amma “məni hakimiyyətlə onlar düşmən etdilər” deyib, bəzi adlar çəkdiyi söylənilir. Qeyd edək ki, iqtidara dönüklər sırasında Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simanın da adı hallanır ki, istintaqda bu istiqamətdə də müəyyən araşdırmalar davam edir. H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.

Bildirilir ki, H.Abdullayevin cinayət işini qeyr-rəsmi olaraq iki qrup aparır. Birincilər onun siyasi fəaliyyətini, bəzi müxalifət liderləri ilə təmaslarını və Bakıdakı uzantılarını, digər istintaqçılar isə vergi cinayətlərini araşdırır.

Məlumatı “Yeni Müsavat”a verən mənbə onu da yada salıb ki, “Quska” əvvəllər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki generalitetlə yaxınlığı da istintaqın maraq dairəsindədir. H.Abdullayevin Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi yeni xəbər deyil. Amma belə güman etmək olar ki, indi istintaqı H.Abdullayevin ovaxtkı keçmişi deyil, MTN çetesi dağıdılandan sonrakı mərhələdəki “əməkdaşlıq çevrəsi” araşdırılır. Əgər iddialar doğrudursa, yəni iqtidara qarşı “sabiqlərin xain ittifaqı” yaranıbsa və onlar hər cür rəzilliyə qol qoyublarsa, bu təkcə H.Abdullayevin həbsi ilə yekunlaşmayacaq. H.Abdullayev bu xain çeteni çökdürmək üçün açar fiqur rolunu oynayır və qarşıdakı günlərdə sensasion həbslər gerçəkləşə bilər.

Redaksiyamıza daxil olan bilgilər sırasında bir maraqlı detal da diqqətimizi çəkdi. Mənbə bildirir ki, “Quska”nın qara siyahısında vaxtilə maliyyə-bank sektorunda at oynadan, sonradan vurularaq sıradan çıxarılan, buna görə də intiqam hissi ilə alışıb-yanan bəzi avantüristlər də var. Hansı ki, onların adları zaman-zaman radikal müxalifətin əsas simaları ilə gizli iş birliyində hallanıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş deputat Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürülüb

    Keçmiş deputat Hüseyn Abdullayevə əlavə ...

    27-04-2018, 11:46

  • 
  • Yaxınları Hüseyn Abdullayevi azad etdirmək üçün hərəkətə keçib

    Yaxınları Hüseyn Abdullayevi azad etdirmək üçün ...

    28-04-2018, 12:50

  • 
  • Vergilər nazirliyindən Hüseyn Abdullayevlə bağlı açıqlama

    Vergilər nazirliyindən Hüseyn Abdullayevlə bağlı ...

    9-07-2013, 15:42

  • 
  • Vergilər Nazirliyi: Mehman Əliyev qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 148.310 manat məbləğində gəlir əldə edib

    Vergilər Nazirliyi: Mehman Əliyev qanunsuz ...

    25-08-2017, 17:10

  • 
  • Abdullayev və İbrahimbəyova açılmış cinayət işindən yeni rəsmi xəbər

    Abdullayev və İbrahimbəyova açılmış cinayət ...

    2-09-2013, 23:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu