Keçmiş Vergilər naziri Faizl Məmmədova bağlı olan icra başçılarının vəzifələri ilə vidalaşacağı ilə bağlı çoxdan mətbauatda söz-söhbətlər dolaşmaqdadır. Bununla bağlı daha çox Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun adı daha çox hallandırılırdı. Lakin buna baxmayaraq həmin şəxslər hələ də vəzifələrini icra etməkdədirlər.
gundemxeber.az xəbər verir ki, MilliYol-a daxil olan məlumata görə Faizl Məmmədova bağlı olan icra başçıları tək Xaləddin İsgəndərov və Alimpaşa Məmmədov deyil. Bu siyahıda həm də, Qazaxın icra başçısı Rəcəb Babaşov da var. Saytımıza daxil olan məlumata görə elə vəzifəsi ilə ilk vidalaşan da məhz Rəcəb Bababşov ola bilər. Bu prossesin qarşısını almaq üçünsə, Rəcəb Bababşov əmisini Cavid Qurbanova minnətçi saldığı bildirilir.
Maraqlıdır ki, Rəcəb Babaşov uzun müddətdir ki, özünü Cavid Qurbanovun kadrı kimi təqdim etməkdədir. Hətta mətbuatda dəfələrlə Rəcəb Bababşovu Cavid Qurbanovun “qara kassası” belə adlandırıblar. Lakin bu heç də belə deyil.
Saytımızı məlumatlandıran mənbə bildirib ki, əslində Rəcəb Babaşovun Cavid Qurbanovla elə də ciddi əlaqəsi yoxdur və Cavid Qurbanov Rəcəb Babaşovu heç də yaxından tanımır. Məsələ orasındadır ki, Rəcəb Babaşovun əmisi uzun müddət Sabirabad Asfalt zavoduna rəhbərlik edib və hazırda onu bu vəzifədə oğlu əvəz etməkdədir. Əmi Babaşovun Cavid Qurbanovla yaxın münasibətləri barədə isə Sabirabadda çoxları bilir. Lakin RəcəbBabaşovun Qazaxa icra başçısı təyin olunması ilə bağlı Cavid Qurbanovun heç bir rolu olmayıb. Sadəcə ehtimal olunur ki, Rəcəb Babaşov məhz əmisinin Cavid Qurbanovdan xahişi ilə Vergilər Nazirliyində işə düzəlib. Sonra da isə öz fəaliyyəti ilə Fazil Məmmədovun inandığı adamlardan birinə çevrilib və Fazil Məmmədov onu Qazaxa iacra başçısı təyin etdirə biləcəyi qədər sabiq nazirin yanında etimad sahibi olub.
Hazırda da Rəcəb Babaşovun əmisinin Cavid Qurbanovun yanında hörmət sahibi olduğu da bildirilir. Buna baxmayaraq Rəcəb Babaşovun Cavid Qurbanovun “qara kassası” olması ilə bağlı söyləntilərin heç bir əsası yoxdur. Bu sadəcə journalist fantaziyasıdır.
Mənbə bildirir ki, Fazil Məmmədovun icra baçıları kadrları arasında ən zəif bəndlərdən biri olan Rəcəb Babaşov əslində yaxın günlərdə vəzifədən ayrılacağını bilir. Elə buna görə də o Cavid Qurbanovun qanadları altına sığınmağa qərar verib. Bunun üçünsə əmisini Cavid Qurbanova minnətçi yollayıb ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin şefi ona hakimiyyətdə qahmar çıxsın. Məlumata görə Rəcəb Babaşovun bu arzusu çin olmayıb. Mənbə MilliYol-a bildirib ki, Cavid Qurbanov Rəcəb Babaşovun əmisinə bir ağsaqqal kimi böyük hörməti olduğunu qeyd eləməklə yanaşı, Rəcəb Bababşova kömək edə bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, Rəcəb Babaşovun adı bir neçə böyük qalmaqalda keçib. Vergilər nazirliyində işlədiyi zaman onun adı “MTN işi”ndə hallanıb. Elə bu üzdən də Fazil Məmmədov onu qorumaq məqsədi ilə Rəcə Bababşovun vergilər Nazirliyindən ayrılmasını və Qazaxa icra başçısı təyin olunmasını təmin edib. Həmin vaxt hakimiyyət daxilində ciddi nüfuza sahib olan Fazil Məmmədov üçün bu heç də çətin olmayıb.
Hazırda isə vəziyyət dəyişib. Fazil Məmmədovun “patronluğundan” məhrum olan Rəcəb Bababşovda Prezident Adminstrasiyasına şikayətlər günü gündən artmaqdadır. Belə ki, Rəcəb Babaşovun Qazax sakinləri ilə qeyri etik və kobud davranışları üzündən, Qazax sakinləri icra başısından çox narazıdırlar. Bu üzdən də Bakıya axan şikayətlər hər gün daha da artmaqdadır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?