GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "DƏRMAN MAFİYASI”NIN “PİRAMİDA”SINDAKI GENERALLAR MƏSULİYYƏTDƏN NİYƏ KƏNARDA QALIRLAR?

"DƏRMAN MAFİYASI”NIN “PİRAMİDA”SINDAKI GENERALLAR MƏSULİYYƏTDƏN NİYƏ KƏNARDA QALIRLAR?

Tarix: 29-05-2018, 17:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 693
"DƏRMAN MAFİYASI”NIN “PİRAMİDA”SINDAKI GENERALLAR MƏSULİYYƏTDƏN NİYƏ KƏNARDA QALIRLAR?


Dövlət Gömrük Komitəsində (DGK) "dərman mafiyası”na görə vəzifəsindən uzaqlaşdırılan məhşur generalların hələ də istintaqdan kənar gəzməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə zərurət yaradır.

Dərmanlar ölkəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevin qeyri-rəsmi izni ilə daxil olub, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev isə onları başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmasını həyata keçirsə də, onlar hələ də azadlıqdadır. Halbuki "dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb.
Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun qərarı var ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etmiş olsun.
Bəzi istisnaları nəzərə almaqla, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni gömrük məntəqələrindən kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır.

"DƏRMAN MAFİYASI”NIN “PİRAMİDA”SINDAKI GENERALLAR MƏSULİYYƏTDƏN NİYƏ KƏNARDA QALIRLAR?


S.Abduyevin dərman qaçaqmalçılığından başqa digər qiymətli məhsulların da manapoliyasına nəzarət etməsi haqda redaksiyamıza fakt daxil olub. Qaçaq yolu ilə həmin malların ölkəyə gətirilməsi birbaşa onun rəhbərlik etdiyi idarədən başlayıb. Bəs belə olan halda o, məsuliyyətdən bu vaxta kimi necə yayına bilib? Bunun da səbəbi məhşur generalla qohum olmasıdır.
Aprelin 30-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən "dərman mafiyası”na qarşı əməliyyat keçirəndən sonra S.Abduyev istintaqa cəlb olunub, ifadəsi də alınıb. Lakin gözə görünməz qüvvələr onu istintaqdan xilas edə bilib.
Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Məsələn onun rəhbərlik etdiyi idarədən heç bir səlahiyyəti olmayan Əlamət Quliyev həbs edilib.
Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, "dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə "dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər.
Adının çəkilməsini istəməyən iş adamı mətbuata açıqlamasında bildirib ki, məlum ''dərman mafiyası'' ifşa olunmamışdan az əvvəl xaricdən ölkəyə gətirdiyi dərmanlar gömrükdə saxlanılıb. Həmin şəxs birbaşa S.Abduyevin qəbulunda olub. General ona bildirib ki, ölkəyə gətirdiyi dərmanlar yerli apteklərdə invoysda göstəriləndən daha baha satılır və buna görə əlavə ödəniş etməlidir. Bu məsələ DGK-nin sabiq sədri Aydın Əliyevə qədər gedib çıxsa da, həmin iş adamı sonda gömrükçülərin tələb etdiyi məbləği verməli olub.
Saytımıza daxil olan məlumatda iddia olunur ki, S.Abdulov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi təyin olunana qədər Saray kəndində yataqxanada yaşayırmış. Hazırda isə onun təkcə Neftçilər prospektindəki mənzilinin qiyməti 4 milon manat dəyərindədir.
Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib. S.Abduyevin əməlləri təkcə ''dərman mafiyası''na bağlılığı ilə bitmir. Belə məlumatlar da var ki, S.Abduyev qızıl-briliyant, qiymətli qızıl güllərin gömrükdən qeydiyat aparılmadan qaçaq yolla ölkəyə daxil olmasına şərait yaradıb. Hazırda DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Dərman mafiyası” üçbucağında kimlər dayanıb? - YENİ TƏFƏRRÜATLAR

    “Dərman mafiyası” üçbucağında kimlər dayanıb? - ...

    17-05-2018, 17:06

  • 
  • “Dərman mafiyası”na görə işdən çıxarılan generalın yerinə TƏYİNAT

    “Dərman mafiyası”na görə işdən çıxarılan ...

    15-05-2018, 11:37

  • 
  • Qanunsuz dərman dövriyyəsinə görə 6 nəfər həbs edilib

    Qanunsuz dərman dövriyyəsinə görə 6 nəfər həbs ...

    7-05-2018, 20:47

  • 
  • Mingəçevirdə dərman mafiyası

    Mingəçevirdə dərman mafiyası ...

    30-04-2013, 21:47

  • 
  • Aydın Əliyev dərman mafiyasının qurbanı olub... - İDDİA

    Aydın Əliyev dərman mafiyasının qurbanı olub... - ...

    8-05-2018, 19:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu