GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Etibar Pirverdiyev Azərbaycanı necə düşmənə "güldürdü"? — ASC RƏHBƏRİ ÖLKƏNİ SABOTAJ EDİR?

Etibar Pirverdiyev Azərbaycanı necə düşmənə "güldürdü"? — ASC RƏHBƏRİ ÖLKƏNİ SABOTAJ EDİR?

Tarix: 3-07-2018, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 710
Etibar Pirverdiyev Azərbaycanı necə düşmənə "güldürdü"? — ASC RƏHBƏRİ ÖLKƏNİ SABOTAJ EDİR?


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda yaranmış elektrik enerjisi problemi nəticəsində paytaxt Bakıda və bütün rayonlarda elektrik enerjisinin verilişi dayandırılmışdı. Bu isə əhali arasında ciddi təşvişə səbəb oldu.

gundemxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, hadisəyə səbəb kimi Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza göstərilsə də, ancaq sözügedən problemin yaranmasında birbaşa məsuliyyət daşıyan "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məsuliyyətdən yayınmağa çalışır. "Azərenerji" ASC bəhanə olaraq Azərbaycanda havaların kəskin isti keçməsi səbəb kimi göstərir. Sadə desək, "Azərenerji" rəhbərliyi bu dəfə hava şəraitini "günah keçisi" seçərək, özünü "təmizə" çıxartmağa çalışır.

Azərbaycanda isti hava şəraiti birinci hal deyil. İsti hava şəraitinə qalsa, Azərbaycandan dəfələrlə isti ölkələr var. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, İran, Liviya və digər isti ölkələri sadalamaq olar. Azərbaycan dövləti elektrik enerjisi təchizatının tam fasiləsiz və problemsiz verilişi üçün heç də yuxarıda adları sadalanan ölkələrdən az vəsait xərcləməyib. Təkcə son 5 ildə Azərbaycanın Dövlət Büdcəsindən "Azərenerji" hökumətinə 1 milyard vəsait ayrılıb. Əgər bu qədər vəsait düzgün xərclənsəydi, indi nəinki Azərbaycanda elektrik enerjisində fasilələr yaranardı. Hətta, Azərbaycan qonşu dövblətləri fasiləsiz olaraq enerji ilə təmin edə bilərdi. Buradan bir daha aydın olur ki, Dövlət Büdcəsindən "Azərenerji" ASC-yə ayrılmış vəsait aidiyyatı üzrə xərclənməyib, milyonlarla vəsait mənimsənilib, sözügedən qurum isə Etibar Pirverdiyevin korrupsiya bazasına çevrilib.

Bu gün dünyada olduğu kimi, Azərbaycanda da elektrik enerji həyatın vaz keçilməz hissəsinə çevrilib. Enerjisiz həyatı təsəvvür etmək mümkün olmur. Elektrik enerjisi həm də dövlətin strateji sahəsi hesab olunur.

Elektrik enerjisinin bütün ölkədə kəsilməsi ilk növbədə təşvişə səbəb olur, dövləti istəməyənlərin dezinformasiya yaymasına və həyəcan yaratmasına şərait yaradır. Bu isə düşmənlərimiz üçün göydəndüşmə fürsət olur.
Bu fürsəti isə bu gecə Etibar Pirverdiyev Azərbaycanın düşmənlərinə yaratdı. Azərbaycanda bütün zavod, fabriklərin, xəstəxanaların, sənaye müəssisələrinin işini dayandırdı. İşıqforların işləməməsi ölkədə “n” qədər yol qəzasının törədilməsinə səbəb oldu. Bu sadaladıqlarımız hələ bir qismidir.

Elektrik enerjinin qəfil kəsilməsi ilə ölkədə müxatəlif təxribatlar yaratmaq mümkündür. İstənilən zaman fors-major hadisələr baş verə bilər. Normaldır. Ancaq baş verən hadisə bir ölkənin saatlarla qaranlığa qərq olmasına şərait yaradırsa, bu böyük təhlükədir. Fors-major hadisələri zamanı idarəçiliyə cavabdeh şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər. Amma dünənki hadisə sübut etdi ki, Pirverdiyevin məsuliyyəti sıfır dərəcəsindədir. Azərbaycan hazırda müharibə şəraitində yaşayan bir ölkəyik. Fors-major hallara qarşı ikiqat məsuliyyətli və hazırlıqlı olmalıyıq. Amma bu, Pirverdiyevin nəsə yadından çıxıb. Ya da məsuliyyətini dərk etmir.

Əbəs yerə deyil ki, düşmən Ermənistan rəhbərliyi hər dəfə Azərbaycanı Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla hədələyir. Buna görə də Azərbaycan dövləti Mingəçevir Su Elektrik Stansiyasının və digər strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasına xüsusi əhəmiyyət verir. Ona görə də bu sahəyə rəhbərlik edən şəxslər, xüsusilə də Etibar Pirverdiyev daha çox məsuliyyət daşıyır və daşımalıdır. Ancaq Etibar Pirverdiyev Bakıdakı Bayraq Meydanının tikilişində etdiyi səhvləri Azərbaycan xalqına unutdurmamış növbəti ciddi və bağışlanmaz səhvə yol verir.

Əslində Etibar Pirverdiyev Azərbaycanın əsas atributu olan Bayraq Meydanında yol verdiyi səhvlərə görə cəzalandırılmalı idi. Çünki öz milli bayrağına zərrə qədər hörmət etməyən və buna görə məsuliyyətini dərk etməyən Etibar Pirverdiyevin növbəti dəfə bundan da ciddi səhvlərə yol verməyəcəyinə heç kəs zəmanət verə bilməzdi. Baş verən hadisələr və faktlar onu göstərir ki, bu adam hələ də öz vəzifəsinin nə qədər məsuliyyətli olduğunu anlamır, məsuliyyət hissini tamamilə itirib.
Görünən odur ki, Etibar Pirverdiyev yalnız dövlət büdcəsindən oğurladığı milyonlarla vəsaitə məsuliyyət gözü ilə baxır.

Belə olmasaydı, ən azı "Azərenerji" ASC-nin prezidenti dəfələrlə Azərbaycan əhalisini aldadaraq "hər şey əladır" deyə yalandan əmin etməzdi.

Bəs Etibar Pirverdiyev ölkə əhalisini əmin edirdi ki, rəhbərlik etdiyi qurum yarana biləcək bu cür hadisələrdən tam sığortalanıb. İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönür, az qala aləm bir-birinə dəyir. Cənab Pirverdiyev də deyir ki, "bizdə hər şey əladır, problem hava şəraitindədir".

Axı "Azərenerji" ASC Dövlət Büdcəsindən ayrılan milyardlarla vəsaiti nəyə xərcləyib? Aldığı o necə avadanlıqlardır ki, heç 40 dərəcə istiyə dözə bilmədi?

Əslində, bu cür yarana biləcək problemləri Etibar Pirverdiyev və komandası əvvəlcədən görməli, hesablamalı, bu səbəbdən də qabaqlayıcı tədbirlər görməli idi.

Səbəb çox sadədir. Ya Etibar Pirverdiyev hamını aldadaraq köhnə və ucuz avadanlıqlar aldırıb, sonra da milyonlarla vəsaiti "sildirib". Yaxud da Etibar Pirverdiyev məqsədli şəkildə ölkədə qarışıqlıq yaratmaq və ölkə rəhbərliyinin gördüyü işləri sabotaj etməyə çalışır.

Normalda Etibar Pirverdiyev gecə baş verən hadisəyə görə dərhal çıxıb ölkə əhalisinə məlumat verməli və üzr istəməli idi. Sonra isə öz bacarıqsızlığını etiraf edib istefa verməli idi. Hələ ki, Etibar Pirverdiyevdə bu cəsarəti görmürük!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etibar Pirverdiyev işığın qiymət artımından danışdı

    Etibar Pirverdiyev işığın qiymət artımından ...

    12-12-2013, 12:47

  • 
  • Azərbaycanın əksər hissəsində elektrik enerjisinin verilişi bərpa edilib

    Azərbaycanın əksər hissəsində elektrik ...

    3-07-2018, 10:51

  • 
  • Etibar Pirverdiyev niyə maaş verə bilmir? - İşçilər şikayətçidir

    Etibar Pirverdiyev niyə maaş verə bilmir? - ...

    16-10-2015, 14:22

  • 
  • Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə olublar

    Baş nazirin müavini və “Azərenerji”nin sədri ...

    3-07-2018, 11:08

  • 
  • Pirverdiyevin qar kimi ağ yalanları

    Pirverdiyevin qar kimi ağ yalanları ...

    3-02-2014, 15:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu