Sosial şəbəkələrdə “Azərbaycan” İES-də yenidən yanğının başlaması barədə məlumatlar yayılıb.
gundemxeber.az xəbər verir ki, AzVision.az məlumatı dəqiqləşdirmək üçün “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı ilə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Bu gün həmin ərazidə yanğın hadisəsi qeydə alınmayıb".
Həqiqətən də Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.
Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.
İndi belə çıxır ki, FHN əməkdaşları olmayan yanğını söndürüblər. Hər halda möhtərəm Etibar Pirverdiyevin sözçüsünün sözlərindən belə anlaşılır...
Adamlar rəsmən etdikləri kimi, danışdıqlarının da fərqində deyillər artıq...
BU DA FHN-NİN RƏSMİ MƏLUMATI
Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?