GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin “dərisini soyurlar” – Dəhşətli VİDEO

Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin “dərisini soyurlar” – Dəhşətli VİDEO

Tarix: 16-07-2018, 17:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 693
Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin “dərisini soyurlar” – Dəhşətli VİDEO


Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin dərisinə sözün pis mənasında “saman təpirlər”. Dispanseri sallaqxanaya çevirənlər pasientlərin “dərisini soyurlar”.

gundemxeber.az bildirir ki, bunu təsdiqləyən video fakt “youtube” sosial şəbəkəsinə yerləşdirilib.

Kadrlardan görünür ki, həkim Emin adlı biri ilə əlaqə saxlayaraq analizlərin məbləğini dəqiqləşdirir. O, taksplozmaz, steklovirus və digər analizlərin qiymətinin neçəyə olduğunu soruşur.
Kadrda görünən qadın əlavə edir ki, xəstəni həkim göndərib və onun heç bir kontaktı olmayıb. Bir az sonra telefonda asılı qalan Emin adlı şəxs hər analizin 19 manat olduğunu bildirir. Yəni, bir neçə analiz verəcək xəstənin azı 100 manat pulu çıxacaq.
Amma dispanserin dərisinə rüşvət epidemiyasının yoluxması nə baş həkimi, nə işçilərini, nə də Səhiyyə Nazirliyini narahat edir.Ona görə də bu dövlət tibb müəssisəsi açıq bazar prinsiplərini əldə bayraq edərək, dəri-zöhrəvi xəstəliyi olanlardan dərisindən pul qoparmamış əl çəkmir.
Burada rüşvətin yoluxuculuğu piramida şəklində inkişaf edib: subardinasiya qaydalarına uyğun olaraq, baş həkimdən start görtürərək aşağılara qədər yayılıb.
Odur ki, qapıya girəndən əlin cibində olmalıdır. Bu da kadrlardan görünür. Vətəndaşlara pulsuz xidmət göstərməli olan dispanser hər analizə 19 manat tələb edir.
Hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Amma səhiyyə naziri Oqtay Şirəliyevin bu vəsaitlərin şəffaf xərclənməsini araşdırmağa vaxtı olmur.
İşdən hər axşam saat 5-dən sonra gedən nazirin işçiləri də çox gözləməyib, aradan çıxırlar. Belə olan halda nazirlik hansı dövlət xəstəxanaları yoxlayacaq?
Bu fürsətdən sui-istifadə edənlərdən biri də həmin Respublika Dəri-Zöhrəvi Dispanseridir.
Bir müddət əvvəl Bakı şəhər sakini F.Rüstəmov mediatv.az-a Respublika Dəri-Zöhrəvi Dispanserində başına gələnləri danışmışdı.
Onun sözlərinə görə, müəyyən analizlər götürüldükdən sonra cavabın 20 dəqiqəyə hazır olacağını bildirirlər.
Cavabı götürməyə gələn Rüstəmova analizin “təmiz” çıxdığını, ancaq analiz üçün 15 manat və həkim baxışı üçün 20 manat ödəniş etməli olduğunu bildiriblər.
Rüstəmov cibində cəmi 10 manat olduğunu bildirəndə qalan pulu da tapıb gətirməyi tələb edirlər.
O çıxaraq 5 manat pul tapıb gətirir. Rüstəmov 20 manat Dispanserə borclu qalır. Bax, budur baş həkimin qurduğu sistem…
Yada salırıq ki, bir neçə il qabaq prezident İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş vermişdi.
Ancaq prezidentin bu göstərişinə Respublika Dəri-Zöhrəvi Dispanserində məhəl qoyulmur. Baş həkim Şahnaz Baxşəliyeva 10 ildən çoxdur ki, dispanserə rəhbərlik edir.
Onun rəhbərliyi altında 10 ildə dövlətin ayırdığı vəsaitlər talan edilib, xəstələrdən alınan rüşvət günbəgün çiçək açıb, pulsuz müayinə ləğv olunub. Siflis, qotur, digər dəri-zöhrəvi xəstəliklər məhz sözügedən dispanserdə həyata keçirilir.
Mediada gedən xəbərlərə görə, dispanserdə müayinədən keçən cütlüklərdən yoxlanılan hər xəstəlik üçün pul tələb edilir. Nikah üçün dispanserdən verilən arayış vacibdir.
Müayinələr vaxtı pul vermədinsə, arayışı vermirlər. Toya az qaldığı üçün məcbur qalıb pul verirlər ki, arayışı götürə bilsinlər.
Toy araya düşdüyü üçün nazirliyə şikayət etməyə fürsət də olmur. Bu da yeni rüşvət yuvalarından biridir.
Pul verməyəndə deyirlər ki, özəl klinikaya getsəydiniz bir analiz üçün 70 manat ödəyəcəkdiniz, bizə 20 manat verməyə pulunuz yoxdur? Rüşvət istəyən onlardır, utanan biz…
Mətbuatda yazılanlara görə, Ş.Baxşəliyeva qəbul olunmuş yaş senzinə görə, dispanserə rəhbərlik edə bilməz. Lakin Səhiyyə Nazirliyindəki himayədarları sayəsində baş həkim indiyədək öz postunda qalmağı bacarıb.
O da bildirilir k, Ş.Baxşəliyeva yaxın qohumu, «İSR» Şirkətlər Qrupunun sahibi, «İSR Plaza İsgəndər» kimi tanınan iş adamı İsgəndər Xəlilova arxalanır.
Deyilənə görə, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkiminin həyat yoldaşı və oğlu hazırda İsgəndər Xəlilovun yanında çalışır.
Onun hələ Əli İnsanovun zamanında karyerasında xeyli irəliləyiş olub. Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi sabiq səhiyyə nazirinin ən etibarlı kadrı, sağ əli kimi xarakterizə olunur. Bütün bu iddialar və video ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./reportyor.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb – ŞİKAYƏT VAR

    2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb ...

    11-08-2016, 17:30

  • 
  • DƏRİ-ZÖHRƏVİ DİSPANSERDƏ XƏSTƏLƏRİ ALDADIB "SOYUR"LAR

    DƏRİ-ZÖHRƏVİ DİSPANSERDƏ XƏSTƏLƏRİ ALDADIB ...

    25-02-2016, 16:58

  • 
  • Oktay Şirəliyevin yaratdığı pulsuz səhiyyə sistemi-“Respublikanski”nin həkimi:”10 manat azdır-VİDEO

    Oktay Şirəliyevin yaratdığı pulsuz səhiyyə ...

    23-03-2018, 22:02

  • 
  • Ərini öldürüb meşədə basdıran qadın tibb bacısı imiş - VİDEO

    Ərini öldürüb meşədə basdıran qadın tibb bacısı ...

    1-10-2015, 23:18

  • 
  • Gəncədə xəstənin qohumları həkim və tibb işçilərini yaraladılar

    Gəncədə xəstənin qohumları həkim və tibb ...

    8-07-2013, 14:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu