GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovun kadrlarından Mikayıl Cabbarova təxribat - İDDİA

Fazil Məmmədovun kadrlarından Mikayıl Cabbarova təxribat - İDDİA

Tarix: 18-07-2018, 14:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 463
Fazil Məmmədovun kadrlarından Mikayıl Cabbarova təxribat - İDDİA


El dilində belə bir məsəl var: “Bir dəli bir quyuya daş atdı 100 ağıllı onu çıxarda bilmədi”.

İndi Vergilər Nazirliyində Fazil Məmmədovdan yadigar qalan bir çox antikvar kadrlar hələ də üzlərini Mikayıl Cabbarov tərəfə çevirə bilmirlər. Əksinə, qanunsuz əməlləri ilə hörmətli nazir M.Cabbarova problem yaradırlar və onun fəaliyyətinə kölgə salmağa cəhd edirlər. Bu da bir faktdır ki, M.Cabbarov Vergilər naziri təyin ediləndən sonra kiçik və orta sahibkarların əsassız vergi yoxlamalarına son qoyulub. Deməli, M.Cabbarov prezident cənab İlham Əliyevin həm uğurlu kadrı, həm də prezidentin sahibkarlara göstərdiyi diqqət və qayğını əyani olaraq həyata keçirməklə işində möhkəm olduğunu göstərmək istəyir. İndi bu istəyə hörmətli nazir M.Cabbarov nə qədər nail olacaq, o da, Fazil Məmmədovdan qalan kadrların fəaliyyətindən aslıdır.

Konkret mətləbə keçək. Bakı şəhəri Sabunçu rayonu ev 212, Vişniyovka-2 bağ sahəsi, bağ evində yaşayan Mustafayev Nəsimi Çingiz oğlu və onun nümayəndəsi Eyyub Hüseynov tərəfindən böyük bir şikayət qovluğu təqdim edilib. M.Mustafayev şikayətində haqlı olduğunu sübut etmək üçün çoxsaylı sənədləri çox böyük ardıcıllıqla yığıb, qablaşdırıb. Düzdür, sonralar bu şikayətin mahiyyətini bilmək üçün təqdim olunan sənədlərlə yaxından tanış olduq, amma vergi mütəxəssisi olmadığımızdan problemin mahiyyətini o qədər də öyrənmək mümkün deyildi. Ona görə də hazırda vergi sahəsində işləyən və uzun müddətdir bu sahədə peşəkar mütəxəssis sayılan bir dostumla məsləhətləşməli oldum. Bundan sonra aydın oldu ki, N.Mustafayev və onun nümayəndəsi E.Hüseynov öz şikayətlərində tam haqlıdırlar. Sadəcə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Deportamentinin başbilənləri öz funksiyalarını ya bilmirlər, ya da qəsdən vətəndaşları nazirdən narazı salmaq istəyirlər ki, böyük həvəslə işə başlamış cənab M.Cabbarovu gözdən salsınlar.
Nədir bu şikayətin mahiyyəti? Gəlin bizə təqdim olunmuş sənədlərlə tanış olaq. Deməli, Nəsimi Mustafayev fərdi sahibkar olub. Xəstəliyi ilə əlaqədar 31.01.2017-ci il tarixdən sahibkarlıq fəaliyyətini dayandırdığı barədə Bakı şəhəri Lokal Gəlirlər Deportamentinə rəsmi müraciət edir. Adı çəkilən qrumdan N.Mustafayevə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Deportamentinin baş direktor müavini Telman Hüseynli tərəfindən imzalanmış belə bir məktub daxil olur: “Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Deportamenti bildirir ki, 31.01.2017-ci il tarixli ərizənizə əsasən fəaliyyətinizin 31.01.2017-ci il tarixdən 31.01.2022 tarixinədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır.
Əlavə məlumat əldə etmək üçün 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət edə bilərsiniz”.

Lokal Gəlirlər Deportamentində Şeyx Nəsrullah var?

Göründüyü kimi, ilk baxışda hər şey öz qaydasındadır. Sahibkar iş fəaliyyətini dayandırır, vergi orqanı da bunu rəsmən qeydə alır. Bəs burada nə problem var ki, N.Mustafayevin şikayətlərindən qovluq getdikcə şişir. Yenə də atalar sözünə müraciət edək: “Sən saydığını say, gör fələk nə sayır”. Biz isə belə deyə bilərik, sən saydığını say, gör Vergilər Nazirliyinin səalhiyyətli qrumları nə sayır? Düzdür, Fazil Məmmədovun vaxtında onların yaxşı pul saydığını bilirik. Amma indiki vaxtda, doğurdan da onların nə saydığı hələ məlum deyil. Səbəb nədir? Səbəb çox sadədir. Deməli, 31.01.2017-ci il tarixdən fəaliyyətini dayandırmasına və Vergilər Nazirliyinin səlahiyyətli qrumları tərəfindən bu barədə olunan müraciətin qəbul edilməsinə baxmayaraq, yuxarıda adını çəkdiyim qrum rəsmiləri sahibkarı işləyən kimi qeydə almaqda davam etmişdir. Nəticədə fəaliyyətini dayandırmış sahibkarın gəlirləri qeyd olunmuş və həmin gəlirlərdən də vergi tələbi qoyulmuşdur. Görünür Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Deportamentində ölünü dirildən Şeyx Nəsrullah var. Çünki fəaliyyətinin dayandırılması barədə sahibkarın müraciətini qəbul edib, bu barədə də ona rəsmi cavab məktubu yazan bir qrumda Şeyx Nəsrullahın olmasına necə də inanmayaq?
N.Mustafayev 31.01.2017-ci il tarixdə Bakı şəhəri Lokal Vergilər Departamentinə ərizə ilə müraciət edərək fəaliyyətini dayandırmış, Departament tərəfindən isə ona həmin ilin fəaliyyət göstərmədiyi mart, avqust və sentyabr aylarında 2017-ci ilin 1-ci rübü, yanvar, may və iyul ayları üçün qanunsuz olaraq analoji (kameral) vergilər hesablanmış və külli məbləğdə borc yaradılmışdır. Ona görə də 03.11.2017-ci il tarixli 17170100019262000 saylı məktubla nazirliyə müraciət edərək ona fəaliyyət göstərmədiyi dövr üçün hesablanmış analoji vergilərin silinməsini xahiş etmişdir.
Vergilər Nazirliyinə N.Mustafayevin ünvanladığı müraciət hər şeyə çox dəqiqliklə aydınlıq gətirir: “Mən vergi ödəyicisi kimi fəaliyyət göstərdiyim dövrdə vergiləri vaxtinda ödəmişəm , bəyannamələri vaxtında təqdim etmişəm və vergi orqanlari ilə heç bir narazılığım olmayıb . Səhhətimdə yaranmış problemlə bağlı cari ilin əvvəlində fəaliyyətimi tam dayandırmışam. 2016-cı ildə xaricdən müxtəlif mallar idxal etmişəm və bəyannamələrdə bütün məlumatlar düzgün göstərilmişdir. 2017-ci il 1 yanvar tarixində 3744.87 manat artıq ödəməm olmuşdur. Qeyd etdiyim kimi 2017-ci ildə heç bir fəaliyyət göstərməmişəm. 31.01.2017-ci ildə “Fiziki şəxslərin fəaliyyətinin dayandırılması” ərizəsi ilə Lokal Vergilər Departamentinə müraciət etmişəm. Lakin cari ilin aprel ayında vergi orqanı tərəfindən mənə 2017-ci ilin 1 rübü üçün Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 334.10 manat məbləğində gəlir, mart , avqust və sentyabr aylarında isə yanvar, may və iyul ayları üçün müvafiq olaraq 4848.86 manat, 8947.42manat və 23148.84 manat məbləğində analoji ƏDV hesablanmışdır. Hər analoji hesablama ilə əlaqədar dəqiqləşdirilmiş bəyannamələr təqdim etmişəm və bir neçə dəfə məktubla müraciət etsəm də, bu bəyannamələrin təsdiq olunmasından imtina edilib və analoji hesablanmış 32096.26 manat məbləğində ƏDV şəxsi hesab vərəqimə kameral hesablama kimi bərpa edilib. Nəticədə süni olaraq 70149.97 manat (təsdiqlənməmiş azalmalarla birlikdə) borc yaranmışdır. Hazırda əsasız hesablanmış vergi məbləği məndən tələb olunur. Hesablamaların səbəbi ilə maraqlandıqda mənim guya “Karqo” fəaliyyəti ilə məşğul olduğumun əsas götürüldüyü məlum olmuşdur. Tam məsuliyyətlə bildirirəm ki, belə fəaliyyətlə məşğul olmamışam və buna maddi imkanım da olmayıb. Fəaliyyətimi dayandırdığım üçün elektron poçtuma da baxmamışam və borcun olduğundan bu vergi məbləği məndən tələb olunanada xəbərim olmuşdur. Xahiş edirəm yuxarıda qeyd etdiklərimi və vergi orqanı tərəfindən əlavə vergi hesablanmasının anlaşılmazlıq olduğunu nəzərə alaraq, əsassız hesablanmış 32096.26 manat ƏDV və 34512.59 manat təsdiqlənməmiş azalma məbləğlərinin şəxsi hesab vərəqimdən silinməsinə göstəriş verəsiniz.”

“Getmişdi bığ dalınca, saqqalı da qoyub gəldi”

Bəs bu saxtakarlığa cavabdeh olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Deportamentinin rəsmiləri necə münasibət göstəriblər? Vətəndaşın xahişini nəzərə alaraq işləmədiyi dövrdə bu qrumun məsuliyyətsiz işçiləri tərəfindən yazılmış olmayan vergi borcları silinibmi? Yenə də atalar sözünə müraciət edək: “Getmişdi bığ dalınca, saqqalı da qoyub gəldi”. N.Mustafayev özünü öldürür ki, mənim işləmədiyim dövrdə niyə əlavə pullar yazmısınız? Deportament bunu araşdırıb tədbir görmək əvəzinə, Fazil Məmmədovun üsulu ilə işləmək qərarına gəliblər. Yəni vətəndaşı susdurmaq üçün və yazdıqları borcun fakt olduğunu sübut etmək məqsədilə N.Mustafayevdən işləməyən müəssisəsi üçün kameral yoxlama tələb edirlər.

Fazil Məmmədovun sahibkarı soymaq üçün kameral yoxlama adı ilə yaratdığı şantaj sistemi

Yaxşı, kameral yoxlama nədir? Əvvəla, mütəxəssislərdən öyrəndiyimizə görə dünyanın heç bir ölkəsində vergidə kameral yoxlama adında belə məfhum yoxdur. Bunu Fazil Məmmədovun sahibkarların qanını sormaq üçün icad etdiyi yeni bir gəlir gətirən sistemdir. Bəs mahiyyəti nədir? Mahiyyəti ondan ibarətdir ki verginin səlahiyyətli qrumları sahibkarın vergi hesabatından sonra bildirirlər ki, bu dəfəki gəlirlərin ötəndəfəkidən az olub. Buna el dilində şantaj deyirlər. Yəni sahibkarı şantaj edirlər ki, sən gəlirləri gizlətmisən. Sahibkar da səyyar yoxlama göndərilməsin deyə, qorxusundan vergi “işverənləri” ilə məcburən “razılaşma” yolunu seçir. Səyyar yoxlama da o deməkdir ki, vergi mütəxəssisləri gəlib sahibkarın obyektində oturur və gün ərzində onun axar-çıxarına, yəni alqı satqısına, gələn gəlirlərə nəzarət edir və ya qonşu müəssisə ilə müqayisə aparırlar ki, sənin gəlirin niyə ondan azdır?. Bu da heç bir sahibkara sərf eləmir. Çünki ola bilər dünən alver az, bu gün isə bir az ondan çox ola bilər. Axı hər gün eyni məbləğdə alver ola bilməz. Amma Fazil Məmmədovun şantaj qrupuna daxil olan vergi işverənləri üçün bu üsul sahibkara “ilişməyə” ən yaxşı vasitədir. Ona görə də sahibkar işi Fazil Məmmədovun icad etdiyi kameral yoxlama mərhələsində həll etməyə çalışır. İndiki halda isə sahibkar N.Mustafayevin fəaliyyəti dayandığından, burada nə kameral, nə də səyyar yoxlamanın heç bir əsası yoxdur. Bu baxımdan N.Mustafayevin kameral və səyyar yoxlamanın dayandırılması ilə bağlı bir çox dövlət qrumlarına, o cümlədən Vergi Nazirliyinə yazdığı şikayət məktubları tam haqlıdır.
21.11.2017-ci ildə N.Mustafayevin belə bir şikayət məktubuna Vergilər Nazirliyinin aparat rəhbəri, baş vergi xidməti müşaviri Nigar Alimovanın cavabı olduqca gülməli və maraqlıdır. N.Alimova yazır: “Kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə müraciətlərinizə “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının qanunua uyğun olaraq Vergilər Nazirliyində baxılmışdır.
Bildiririk ki, müvafiq qərarın qəbul edilməsi üçün tərəfinizdən vergiyə cəlb olunan əməliyyatlara dair zəruri sənəd və məlumatların, malların alışına, təqdim edilməsinə, daşınmasına və dəyərinin ödənişinə dair təsdiqedici sənədlərin (o cümlədən tapşırıq və digər müqavilələrin, bank hesabından çıxarışların, invoysların, təhvil-təslim aktlarının, malların idxalı ilə bağlı aparılmış ödənişlərin, qaimə-fakturaların, kassa mədaxil orderlərinin və s. digər ilkin uçot sənədlərinin), habelə təqdim edilmiş mallar barədə məlumatların (miqdar, çeşid və dəyər forması əks olunmaqla) araşdırılmasına zərurətin yarandığı müəyyən edilmişdir.
Qeyd olunanlar ilə əlaqədar 16.11.2017-ci il tarixli 1717020146970900 nömrəli məktubla müvafiq sənədlərin 3 gün müddətində araşdırmaya təqdim olunması Sizə bildirilmişdir.”
Məktub uzun -uzadı, mənasız izahatdan sonra belə tamamlanır: “Əlavə olaraq bildiririk ki, müvafiq sənəd və məlumatları qanunvericiliyə uyğun olaraq vergi orqanına təqdim etməyiniz sizə tövsiyyə olunur.”
Burada maraqlı və gülməli bilirsiniz nədir? Əvvəla, N.Mustafayev lazım olan sənədləri vaxtında vergi orqanına təqdim edib. Lap tutaq ki, təqdim etməyib. Nigar xanım da haqlı olaraq lazımı sənədləri tələb edir. Bəs onda işləməyən müəssisəyə gəlir yazıb vergi hesablamaq hansı sənədlərdə və qanunda yazılıb? Sənəd tələb edirsən, çox gözəl, bəs havadan gəlmə rəqəmləri sahibkarın belinə yükləməkdə məqsədiniz nədir?

Davamı olacaq...

Növbəti sayımızda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Deportamenti rəsmiilərinin öz günahlarını yumaq üçün N.Mustafayevə yazdıqları məntiqsiz məktublar, Vergilər Nazirliyinin vergi risklərinin təhlili və nəzarəti deportamentinin baş direktoru cənab Natiq Şirinovun həmkarlarının quyuya atdıqları daşı çıxarmaq əvəzinə, əsassız arqumentləri daha da dərinləşdirilməsi, Vergilər Nazirinin müavini cənab İlkin Vəliyevin vətəndaşın müraciətinə hörmətsizliyi və s. maraqlı məqamlar barədə sənədlər əsasında oxucularımıza məlumat verəcəyik./tezadlar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir kadrını "vurdu"

    Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir ...

    10-01-2018, 13:12

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun dostunu və icra başçısının kürəkənini işdən çıxardı

    Mikayıl Cabbarov Fazil Məmmədovun dostunu və icra ...

    10-07-2018, 22:54

  • 
  • Mikayıl Cabbarov özünə 4 yeni müşavir təyin etdi

    Mikayıl Cabbarov özünə 4 yeni müşavir təyin etdi ...

    16-01-2018, 14:26

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı direktora vəzifə verdi

    Mikayıl Cabbarov Fazil Məmmədovun işdən ...

    13-02-2018, 13:00

  • 
  • Mikayıl Cabbarov icra başçısının oğlunu işdən çıxartdı

    Mikayıl Cabbarov icra başçısının oğlunu işdən ...

    1-02-2018, 11:52


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu