GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İşsiz qalan keçmiş icra başçıları – Mənimsəmə, milyonlar, qohum biznesi…

İşsiz qalan keçmiş icra başçıları – Mənimsəmə, milyonlar, qohum biznesi…

Tarix: 20-07-2018, 13:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 372
İşsiz qalan keçmiş icra başçıları – Mənimsəmə, milyonlar, qohum biznesi…

İyul ayının rəsmi rəqəmlərinə görə ölkədə 36.6 min nəfər işsiz var.

Yəqin ki, həmin 36.6 min işsız arasında 2018-ci il başlanandan həyata keçirilən islahatlar nəticəsində kreslosunu itirmiş icra hakimləri də yer alır. Təbii ki, onların qanuna zidd olduğu halda qurduqları biznes şəbəkələrinə sahiblik etdiklərini saymasaq…

Əvvəlcə, 17 may tarixində Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi.

gundemxeber.az minval.info-ya istinadla bildirir ki, X.İsgəndərovdan cəmi bir gün sonra, 18 may tarixində həmkarı, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vəzifəsindən kənarlaşdırıldı.

İyunun 11-də isə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Sabiq başçı bundan sonra heç yerə təyinat almadığı kimi, boş qalan postuna da təyin edilən olmayıb.

6 iyun tarixində Ağdam rayon icra başçısı Raqub Məmmədov, bir gün sonra, 7 iyun tarixində isə Tovuz rayon icra başçısı Tofiq Zeynalov vəzifəsindən uzaqlaşdırıldı.

Beləliklə, 11 aprel prezident seçkilərindən sonra hökumətin tərkibində gözlənilən dəyişikliklər nəticəsində 6 İcra başçısı işindən uzaqlaşdırılıb. Həmin icra başçılarını kreslonu əldən vermələrinə elə öz əməlləri təkan verib. Onlardan hər birinin yarıtmaz idarıçiliyi barədə mətbuatda dəfələrlə yazılıb.

Belə ki, Xaləddin İsgəndərovun 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişməsindən sonra onun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi.

Sabiq icra başçısının fəaliyyəti dövründə Binəqədi rayonu nə qədər “Təmiz” adlandırılmağa çalışılsa da, yenə də bir çox nöqsanlar özünü göstərib. İsgədərovun adı əhalinin asudə vaxtı üçün salınmış parkı bir İsmayıl adlı bir sahibkara satması ilə hallanıb.

Yerli mətbuatda yazılıb ki, Binəqədi rayonu 8 mkr ərazisində yerləşən “Qızıl gül” restoranının yanındakı yaşıllığı məhv edib, 300 min AZN-ə yeni bir yaşayış binasının tikintisi üçün satılıb.

Həmçinin, Binəqədi rayonunda yol infrastruktur layihələrinin həyata keçirilməsi zamanı böyük miqdarda yeyintilərin olduğu iddia edilib. Xaləddin İsgəndərovun vəzifəsini icra etməyə başladığı gündən Binəqədi yollarında tikinti işləri aparılır. Ancaq keçən illər ərzində hələ ki avtomobil yolu hazır olmayıb. Yəqin ki, Bakının ən problemli avtomobil yolları Binəqədi rayonu ərazisində yerləşir.

İddia edilirdi ki, Azərbaycanın Yesuntikisi, tibbi turizmin inkişafına dəstək ola biləcək bölgəsi Naftalan şəhərinin icra başçısı Natiq Aslanov da şəhəri inkişaf etdirmək əvəzinə, öz cibini doldurmağa xidmət edirdi. Yerli mətbuat həmin dövrlərdə yazıb ki, sabiq icra başçısı şəhərin avtovağzalını satın alıb, yerinə 30-40 milyon manatlıq sanatoriya tikdirib. Şəhərin bütün turizm qüvvəsini ələ alıb və bütün müalicəvi palçıq-neft vannaları təklif edən obyektlərə nəzarət edib.

Gədəbəyin keçmiş icra başçısı da vəzifədə olduğu dövrdə boş dayanmamışdı. İddialara görə, o, daha çox sabiq Vergilər Naziri Fazil Məmmədovun arzularını yerinə yetirib, çünki özü də bir vaxtlar Vergilər Nazirliyində yüksək vəzifə tutub. Ramiz Yediyarov vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq patronu – Fazil Məmmədovun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirmək üçün fəaliyyət göstərib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib.

Yediyarovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun “yüngül əli” ilə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.

Cəbhə xəttində yerləşən və razisinin hələ də yarıdan çoxu işğal altında olan Ağdam rayonunun keçmiş icra başçısı rayonun bu vəziyyətindən yaxşıca istifadə edirdi. Sabiq başçı rayonun məcburi köçkünlər yaşayan Quzanlı kəndində “Daş evlərin” təmiri üçün büdcədən 11500 vəsait ayrılmasına nail olub. Eyni zamanda Əhmədağalı kəndində abidənin təmir işləri üçün 49331 manat ayrılıb. Ancaq çox cüzi kosmetik işlərdən başqa ciddi təmir həyata keçirilməyib. Həmçinin, böyük miqdarda pullar hesabına başa gələn kəndlərarası yolların da böyük hissəsi yağış yağandan sonra yararsız hala düşürdü.

Tovuz rayonun sabiq icra başçısı Tofiq Zeynalov isə qohumları ilə birgə rayonu istədiyi kimi idarə edirdi. Onun birinci müavini öz qudası idi. Tovuz rayonunda da yolların bərpası icra başçısı üçün əsl gəlir yeridir. Artıq 3 il idi ki, hər dəfə Tovuz şəhərinin yolları “bərpa” edilirdi, kəndlərdə yol infasturkturu isə öz acınacaqlı vəziyyətini saxlayırdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən AZAD EDİLİB?

    Binəqədi icra başçısı Xaləddin İsgəndərov işdən ...

    19-03-2018, 15:06

  • 
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarıldı

    Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işdən ...

    6-06-2018, 15:59

  • 
  • 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – SİYAHI

    17 rayonun icra başçısı vəzifəsindən azad ...

    3-06-2018, 00:17

  • 
  • Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilir?

    Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı ...

    26-05-2018, 14:37

  • 
  • Tovuz rayonunun icra başçısı dəyişib

    Tovuz rayonunun icra başçısı dəyişib ...

    7-06-2018, 15:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu