“Rabitə Bank” KB dövlət qulluqçularını 0% komissiya adı altında aldadır.
gundemxeber.az kommersant.az-a istinadən xəbər verir ki, sözügedən bank “Dövlət qulluqçularına çox özəl kredit” adı altında dövlət qulluqçularını müştəri olaraq bankına cəlb etmək istəyir. Reklamında dövlət qulluqçularına 15 min manatlıq krediti 50 ayadək 0% komissiya haqqı ilə təklif edən bank, müştərilərinə vəd etdiyi faiz endirimini yerinə yetirmir. Belə ki, dövlət qulluqçularına özəl olaraq komissiya haqqı tələb etməyən bank, əslində bütün müştərilərindən 1% və ya 1,5% komissiya haqqı tutur.
Dövlət qulluqçularına 3 min manatlıq krediti zaminsiz təklif edən bank, 3 min manatdan yüksək kredit üçün 1 nəfər zamin tələb edir. FİFD-nin 22% təşkil etdiyi kredit 12 aylıq sığortalandığı halda 1% komissiya, 12 aydan 36 ayadək, sığortalanmadığı halda isə 1,5% komissiya haqqı ödənilir
Sorğu
Yeni dizaynımız necədir?