Şəxsi intriqalar yenə də dövlət işlərinə, dövlət layihələrinin həyata keçməsinə birbaşa əngəl olur… Elmar Məmmdəyarovun Komitəyə dəstək verməməsinin səbəblərindən biri Fuad Muradovun siyasi kuluarlarda gələcək xarici ilər naziri kimi təqdim edilməsidir. Bu barədə daxil olan məlumatda qeyd olunur ki, bu söz-söhbətlərin yayılmasında Fuad Muradovun və yaxın ətrafının “xidməti” olub.
Diasporla iş sahəsindəki çatışmazlıqlar barədə əvvəlki yazılarımızda qeydlər təqdim etmişdik və gələcəkdə də ölkə və millət üçün son dərəcə əhəmiyyətli olan bu məsələni diqqətdə saxlayacağıq. Ötən yazımızda qeyd etmişdik ki, Xarici İşlər Nazirliyi Fuad Muradovun istər xaricdə, istərsə də ölkə daxilində bütün layihələrini və tədbirlərini, belə demək mümkündürsə, “boykot” edir. Bu yazımızda isə Komitə sədri Fuad Muradovun xarici işlər naziri Elmar Məmmdəyarov arasında gedən “soyuq müharibə”dən bəhs etmək istərdik.
Hamının bildiyi kimi, Elmar Məmmdəyarov qarşıdurmadan uzaq bir nazirdir və onun adı indiyə qədər hər hansı bir rəhbər şəxslə konfliktdə hallanmayıb. Lakin son vaxtlar, yəni cənab Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra onun rəhbərlik etdiyi idarənin adı mediada neqativ istiqamətdə hallanmağa başlayıb. Bunun ardınca xarici siyasət idarəmiz Fuad müəllimin diasporla iş layihələrinə demək olar ki, dəstək verməyib. Edilən dəstək də “xala xətrin qalmasın” olub. Daxil olan məlumata görə, Elmar Məmmdəyarovun Komitəyə dəstək verməməsinin səbəblərindən biri Fuad Muradovun siyasi kuluarlarda gələcək xarici ilər naziri kimi təqdim edilməsidir. Mənbəmizin iddiasından çıxış edərsək, bu söz-söhbətlərin yayılmasında Fuad Muradovun və onun yaxın ətrafının da “xidməti” olub. Hətta bəzi məclislərdə Fuad müəllimin şərəfinə badə qaldırılarkən “gələcək xarici işlər nazirinin sağlığına” deyə tost söylənilib. Mənbə bildirib ki, həmin məclislərdən biri Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi münasibəti ilə olub və həmin məclisdə Fuad Muradovun yaxınlarından başqa bir neçə nazir müavini də iştirak edib. Elə Elman Məmmədyarovla Fuad Muradovun problemləri də həmin məclisdən sonra başlayıb. Aldığımız bilgilərə görə, F. Muradov xarici işlər naziri kürsüsünə doğrudan da iddialıdır və indiki postuna nazir vəzifəsinə çatmaq üçün tramplin kimi baxır. Bu söz-söhbətlər təbii ki, cənab Məmmədyarovun da qulağına çatır və onun Fuad Muradova dəstək verməməsinin, yaxud könülsüz yardım etməsinin də kökündə bu səbəb dayanır. Yəni şəxsi intriqalar yenə də dövlət işlərinə, dövlət layihəlinin həyata keçməsinə birbaşa əngəl olur… Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq../pia.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?