Ucar rayonu Qazyan kənd sakinləri tərəfindən GundemXeber.Az-a ünvanlanan müraciətdə bildirilir ki, qışda sinif otaqları soyuq, nəm üfünət olur. Tavandan toz tökülür deyə uşaqlar dərsdən evə gələndə paltraları çirkab içində olur. Yeni dəs ilinin başlanması və mövzunun aktual olmasını nəzərə alaraq sakinlərin müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“Bizim məktəbli uşaqlarımızın həyatları ciddi təhlükə altındadır. Şəhid Əziz Əliyev adına Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəb 1958-ci ildə inşa edilib. Məktəbdə vaxt vardı 500 nəfərdən çox şagird oxuyurdu.
Məktəb qəzalı vəziyyətdə olduğu üçün valideyinlər 250-dən çox şagirdi bu məktəbdən, başqa bir məktəbə keçirməyə məcbur olublar. Məktəbin sinif otaqlarının tavanı, döşəməsi tam yararsız vəziyyətdədir, divarları uçmaq üzrədir. Hətta məktəbdə bir neçə nəfər şagirdin ayağı aralı qalmış döşəmədən aşağı düşüb sınıb. Qışda sinif otaqları soyuq, nəm üfünət olur. Tavandan toz tökülür deyə uşaqlar dərsdən evə gələndə paltraları çirkab içində olur. Məktəbin bayırdan hasarlarını emusiya ilə rəngləyib görüntü yaratmaq istəsələrdə qəzalı vəziyyətdə olduğu üçün səliqəyə düşmür.
Şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Hər an bu qəzalı məktəb uça bilər. Bilmirik nə edək, başqa məktəblərdə yer yoxdur həm də evimizdən çox uzaqda yerləşir. Bu barədə biz valideyinlər müvafiq orqanlara ərizə ilə müraciətlər etsək də, heç bir tədbir görülməmişdir.
Bəlkədə Azərbaycan Respublikasında Qazyan kənd 2 nömrəli tam orta məktəbi kimi köhnə qəzalı vəziyyətdə olan məktəb yoxdur.
Biz valideyinlər mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, qəzalı vəziyyətdə olmasını nəzərə alıb Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəbinə yeni bina inşa edilməsinə köməklik göstərəsiniz.”
Ucar rayonu Qazyan kənd sakinləri
1.Mehdiyev Nemət Əlisa oğlu əlaqə telfonu; (050) 676-49-73
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?