Məlum olduğu kimi, müğənni Ilhamə Quliyeva dünyasını dəyişdiyi gündən mirası üstündə qalmaqal yaranıb.
Mərhumənin oğlu kimi tanınan Orxan Nadirov bütün var-dövlətin ona, ifaçının bacıları isə onlara aid olduğunu deyib. Bütün bu məsələlərdən sonra Orxanın I. Quliyevanın doğma oğlu olmadığı, övladlığa götürdüyü və onu rəsmi olaraq oğlu kimi nüfuzuna keçirmədiyi ortaya çıxdı. Bir neçə ildir ki, davam edən miras davası yekunlaşmış oldu. Bu gün isə GundemXeber.Az-a yeni məlumat daxil olub. Belə ki, mərhumə xalq artisti İlhamə Quliyevanın oğlu kimi özünü cəmiyyətə təqdim edən Nadirov Orxan Əhmədağa oğlu 05 oktyabr 2018-ci il tarixdə Binəqədi rayon Polis idarəsinin əməkdaşları tərəfindən həbs olunubdur.Əldə etdiyimiz məlumata görə, Orxan Nadirov 69,000 manat məbləğində pulu dələduzluqla ələ keçirməsində təqsirli bilinib. Məlumat üçün bildirək ki, Orxan Nadirovun adı dələduzluqla bağlı başqa epizodlarda da keçir. Binəqədi rayon Məhkəməsinin O. Nadirovun həbsi ilə bağlı axtarış qərarı olub. Mövzunu diqqətimizdə saxlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?