Oğurluq olunan Mərkəzi Elmi Kitabxananın idarəçiləri: Həkim, xaloğlu, bacıoğlu, kürəkən, rəfiqə və...
Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl bəzi saytlarda “AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olması haqqında məlumat dərc olunmuşdur. GundemXeber.Az-a məlumat verən mənbə bildirir ki, ''kitabxanadan 160 kompüter aparılıb” başlığı altında xəbər yayımlanmışdı. Görünür saytların məlumatı yox idi ki, orada nələr baş verməsi haqda hamısını yazsınlar. İndi isə sizin redaksiyanızın e-mail poçtunuza məlumat göndərərək bildiririk ki, bildirəsiniz Mərkəzi Elmi kitabxananın idarəçiləri kimlərdir. Mərkəzi Elmi Kitabxanada direktorun müavinləri və aparıcı şöbənin müdirləri qohum, qardaş, rəfiqələrdən təşkil olunub. Belə ki, Mərkəzi elmi Kitabxanaya ixtisasca həkim olan Leyla İmanova rəhbərlik edir. Leyla xanım həmçinin AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun həyat yoldaşıdır. O, Mərkəzi Elmi Kitabxanaya direktor təyin olunduqdan sonra kitabxana kollektivi təəccüb doğuran hadisələrlə rastlaşdı. Qeyri ixtisas sahibləri kitabxanada mühüm vəzifələrə yerləşdirildi. Xanım direktor qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir təyin edib. “Ailə ansanbıl”ına çevrilən kitabxanada onlarla digər mütəxəsis kadırlar qeyri-peşəkarlarla əvəzlənib. Belə vəziyyəti, o cümlədən kitabxanada baş alıb gedən narazılıqları isə AMEA-nın prezidenti Akif Əlizadə görmək istəmir, hər hansı tədbir də indiyə qədər görməyib. Belə olan təqdirdə, Kitabxanada olan nadir və qiymətli kitabların, həmçinin elmi vəsaitlərin aqibəti ilə kim məşğul olmalıdır? - sualına cavab axtarılmalıdır. Kitabxana kollektivi üçün heyrət yaradan odur ki, kitabxana işindən məlumatsız olan Leyla İmanova və yuxarıda adlarını sadaladığımız çevrəsi və həm də idarə heyətinin üzvləri olaraq, bu işləri necə həyata keçirilməsini bilmirlər.'' Yazıda adları çəkilən hər bir şəxsin də, qarşı tərəf olaraq mövqeyini dinləyib dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?