GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR

“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR

Tarix: 16-10-2018, 10:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 558
“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR


Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub. GundemXeber.Az bildirir ki, Virtualaz.org-un redaksiyasına müraciət edən Samirin anası Solmaz Dəmirova və yaxın qohumu Rəşad Muradov əməliyyatdan sonra baş verənləri danışıb.

Muradovun sözlərinə görə, Samir artıq çəkidən qurtulmaq üçün həkim Taryel Ömərova müraciət edib. Çünki Ömərov mədə kiçiltmə əməliyyatının yeganə mütəxəssisi kimi internetdə və yerli telekanallarda reklam olunur. Samir də məhz buna görə həkimin əməliyyatın fəsadsız başa çatacağı vədlərinə inanıb. Əməliyyat bu ilin iyulun 26-da “Modern Hospital” klinikasında həyəta keçirilib.Samir 160 kiloya yaxın çəkidə olub. Amma əməliyyatdan 1-2 gün əvvəl edilən müayinələrdə onda heç bir xəstəlik aşkarlanmayıb. Gözüyaşlı ana deyir ki, iki uşaq atası olan oğlunun ölümündən sonra istintaqa təqdim edilən analizlərin nəticəsindən ikinci dəfə şok yaşayıb. Yazılıb ki, Samir bir neçə xəstəlikdən, eləcə də şəkərdən əziyyət çəkirmiş. “Klinikada 6 gün qaldı, sonra evə buraxıldı. Qarnında kəskin ağrı başladığından səhəri gün klinikaya getdi. Həkim dedi ki, ağrını köp verir, əməliyyatdan sonra köp yaranması təbiidir”, -şikayətçilər əlavə edirlər.

“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR


Ağrılar kəsmir, həkim bu dəfə əməliyyat zamanı tibbi alətlərdən xəstənin mədəsində 3mm-lik deşik yarandığını deyir. Ağrı kəskinləşir, növbəti gün xəstənin mədəsinin əməliyat sonrası burulmasının baş verdiyini söyləyirlər. Beləcə təxminən 2 həftə keçir və hər gün yeni bir bəhanə səsləndirilir.

Muradov hadisənin davamını danışır: “Biz Samiri təcili Türkiyə və ya Rusiya aparmaq istəyirdik, amma Ömərov dedi ki, buna gərək yoxdur. Mədəyə stend qoymaq lazımdır, bunun üçün Türkiyəyə sifariş verilib. 4 gün su belə içmədi”.Mədəyə stend qoymaq üçün digər klinikadan həkim dəvət edilsə də, gələn olmayıb. Ömərov əməliyyatı özü yerinə yetirib. Səhəri gün xəstəyə su içməsinə icazə verilib. Şikayətçilər deyirlər ki, həkimlə yazışmalar var və istintaqa təqdim ediləcək. Çünki həkim ağrlaşmanı normadan artıq maye qəbulu ilə əlaqələndirir, halbuki səs yazısında nə qədər istəyir maye qəbul edə biləcəyini söyləyib. “Növbəti müayinədən bəlli oldu ki, stend aşağı sürüşüb və icilən mayelər qarın boşluğuna tökülüb. Stend yuxarı qaldırılsa da, dəfələrlə yenidən sürüşüb, hətta xəstə koma halına düşəndən sonra belə yerində olmayıb. Stendin qoyulması 4 saat əməliyyatla mümkün olmuşdu”, – Muradov qeyd edib.

“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR


Xəstə yaxınlarının təkidi ilə tanınmış professordan biri Samiri müayinə edib, ona əməliyyatdan sonra peritonit diaqnozu qoyulub, qarın boşluğunun təcili acılıb təmizlənməsini məsləhət bilib. Amma bu da kömək etməyib, Samir komaya düşüb. Buna görə təcili Mərkəzi Klinik Xəstəxanaya köcürüb. (hər iki klinikanın epikriz nüsxəsi var). Burda 14 gün müalicə aldıqdan sonra avqustun 30-da gecə dünyasını dəyişib. Yaxınları Samirin sağalması üçün 50 min manata yaxın pul xərcləyib, yataqxanada yaşayan köçkün ailəsi bunun üçün xeyli borca da düşüb. Hələ üstəlik xəstəxanaya da borclu qalıblar.

Ailənin Səbail Rayon Rrokurorluğuna şikayət əsasında Samir Dəmirovun ölüm səbəbinin müəyyən olunması üçün cəsədi Mərkəzi Patoloji Anatomiya Birliyində yarılıb, ekspertiza təyin edilib, yaxın günlərdə nəticələr bəlli olacaq.Dərdli valideynlər ölkə prezidenti İlham Əliyevə müraciət edərək işin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına köməklik göstərilməsini xahiş edirlər. Müalicəyə çəkilən pulların geri qaytarılması da tələb olunur, çünki iki atasız uşağa baxmaq, üstəlik borc ödəmək yaşlı valideynlər üçün imkansızdır.

“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR


“Modern Hospital”dan isə virtualaz.org-a bildiriblər ki, Taryel Ömərov 2013-cü ildən klinikanın baş həkimidir və saysız-hesabsız xəstələri var, aralarında tanınmışlar da az deyil. Buna baxmayaraq xəstə ölümü ilə bağlı sualı yalnız özü cavablandıra bilər, özü isə klinikada deyil. “Gələn həftə yenidən müraciət edərsiz, boş vaxtı olarsa həkim sizinlə danışar”, – adını açıqlamaqdan imtina edən klinikanın qadın əməkdaşı əlavə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“Grand Hospital”da ölən qıza görə barışıq istənilir - Mərhumun valideynləri: “Həkim cəzalanmalıdır!”

    ​“Grand Hospital”da ölən qıza görə barışıq ...

    13-12-2017, 21:23

  • 
  • “Toppuş bacı”nın əməliyyatı uğursuz alınıb” - Həkimi danışdı

    “Toppuş bacı”nın əməliyyatı uğursuz alınıb” - ...

    3-09-2018, 19:49

  • 
  • Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda – Təfərrüat

    Pənah Hüseynovla “Medistyle Hospital”ın işi ...

    31-05-2018, 15:52

  • 
  • “Caspian Hospital”da faciə: körpəsini yenicə qucağına alan ana öldü

    “Caspian Hospital”da faciə: körpəsini yenicə ...

    3-09-2018, 22:52

  • 
  • "Grand Hospital"ın işsiz qalan həkimləri: "Adamın kişiliyi, mərdliyi olar"

    "Grand Hospital"ın işsiz qalan ...

    23-05-2018, 17:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu